Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi

Rusiya prezidenti Vladimir Putin Anatoli Çubaysı beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndə təyin edib. “Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Anatoli Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsində dövlət qulluqçusu və prezident administrasiyasının əməkdaşı olmayacaq.

Xatırladaq ki, 65 yaşlı Anatoli Çubays 1991-ci ildə Rusiyada müxtəlif aparıcı vəzifələrdə çalışıb. 1990-cı illərdə ölkədəki iqtisadi islahatların ideoloq və rəhbərlərindən olub. 2000-ci illərdə Rusiyanın elektro-energetika sahəsində islahatlara başçılıq edib. 2008-ci ildə Rusiya Dövlət Nanotexnolgiya şirkətinin baş direktoru, 2011-ci ildən isə Rusiya Nano-Texnologiyalar Açıq Cəmiyyəti İdarə Heyətinin sədri olub.

Anatoli Çubays Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamlarındandır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar