“QƏLƏBƏMİZLƏ BÜTÜN DÜNYAYA TÖHFƏ VERDİK...” - “Erməni sakitləşməyəcək, onlar revanş götürməyə cəhd edəcəklər”

Ələmdar Məmmədov: “Tarixi təcrübə bizə deyir ki, ermənilər anti-bəşəri davranışlarından əl çəkən deyillər”

“Mən dünyada yaşayan soydaşlarımızı ermənidən mal almamağa və erməniyə mal satmamağa çağırıram”

Azərbaycan Ordusunun zəfəri, tarixi qələbəsi hər keçən gün daha parlaq görünür, yeni-yeni müzakirələrə yol açır. Azərbaycan Vətən Müharibəsində 2783 şəhid verib, minlərlə əsgərimiz qazi olub. Nəticədə vətən torpaqları düşməndən azad edilib. Qısa müddətdən sonra işğaldan azad olunan ərazilərimizdə yenidən həyat qaynayacaq, minlərlə evdə işıq yanacaq. Amma bu müharibə, onun bizə verdikləri, habelə bizdən aldıqları, tarixi əhəmiyyəti və s. barədə məsələlər daim müzakirə mövzusu olacaq.

“AzPolitika.info” bu mövzu ətrafında keçmiş prokurorhüquqşünas Ələmdar Məmmədovla söhbətləşib.

- Ələmdar müəllim, artıq Vətən müharibəsi arxada qalıb. Bir ziyalı, peşəkar hüquqşünas kimi mövcud durumu necə xarakterizə edirsiniz?

- Əlbəttə, müharibə ağır prosesdir, onu aparmaq, qələbə qazanmaq heç də asan məsələ deyil. Lakin Azərbaycan bu müharibənin qalibidir. İndi dünya mediası, Azərbaycanın dostları və hətta düşmənləri belə, bizim qələbəmizdən bəhs edir. İkincisi, qələbə vasitəsilə biz 30 ildir ki, işğal altında olan tarixi ərazilərimizi geri qaytardıq, separatçıları bu torpaqlarımızdan qovub çıxardıq.

Sözsüz ki, məsələnin siyasi və mənəvi tərəfinə gəldikdə biz daha çox dvidend əldə etdik. İlk əvvəl sentyabrın 27-si, səhər saatlarında Azərbaycan Ordusu əks-hücum kampaniyasına start verdi. Günorta saat 13:00-da Ali Baş Komandan Azərbaycan xalqına müraciət etdi. İlham Əliyevə altı saat lazım gəldi ki, Azərbaycan xalqı yumruq kimi birləşsin və Vətən Müharibəsinin aparılmasına cəlb olunsun. 

Mən, burada anologiya gətirmək istərdim. Hitler Almaniyası Sovet İttifaqına hücum edəndə SSRİ lideri İosif Stalinə azı altı ay, hətta ilyarım lazım gəldi ki, Sovet xalqını sıx birləşdirərək əsl vətən müharibəsi cəbhəsi yaratsın. Bu, daha çox Moskva döyüşlərində yarandı, sonradan məşhur 221 nömrəli əmr ortaya çıxdı. Yəni Stalin postu qoyub qaçmağı qadağan etdi, fərarilərin güllələnəcəyini elan etdi və s. Amma bizim 100 minlik orudumuzda bir nəfər də fərari olmadı. Bu, əslində bizim xalqımızın böyüklüyü idi. Biz dünyaya göstərdik ki, Azərbaycan xalqı ehtiyac yarandığı an birləşə və vətən uğrunda döyüşə bilir. Bu, həm dünyaya mesajdır, həm də daxilimizdə xalqı aşağılamağa çalışan, onun tarixi şəxsiyyətlərinə ləkə atanlara göstərdi ki, xalqımız çox böyük xalqdır.

- Demək istəyirsiniz ki, bu müharibənin milli düşüncə baxımından böyük əhəmiyyəti olacaq...

- Bəli, biz müharibədə erməni faşizminə qalib gəldik. Bu, xalqımızın dünyaya töhvəsidir. Erməni faşizmi Hitler faşizmindən də dəhşətlidir. Bu, real həqiqətdir. Məsələn, Hitler Almaniyasının ikinci siması German Gerinq deyirdi ki, öldürün, öldrün və aqibətlərini düşünməyin, bunların hamısına görə mən cavab verəcəyəm. Guya ən ali irqdir. Yəni hər kəs də bilirdi ki, faşistlər öldürməyə gəlir. Erməni faşizmi də bu cür fikirləşir, öz daxilində belə deyir, amma həyatı boyu, tarixin bütün mərhələlərində özünü əzilib-büzülən, yazıq və köməksiz xalq kimi təqdim edir. Bu mənada erməni faşizmi alman faşizmindən daha qorxulu və təhlükəlidir.

1990-cı illərdən başlayaraq SSRİ-nin dağılması ilə imperiya təfəkküründə olan dövlətlər millətlərin öz müqəddaratını təyin etmək pərdəsi altında dünyada yeni çaxnaşma səhnələri yaratdılar. Bu, faktiki separatizm hərəkətləri idi. Baxın, Ukraynada məhz bu separatçılığın nəticəsində Donbas bölgəsində qondarma separatçı rejimlər yarandı. Gürcüstanda Abxaziya və Osetiya, eləcə də Moldovada Dnestryani region. Elə digər ölkələrdə də oxşar qurumlar mövcuddir. Separatizm imperialist qüvvələr, maraqlı mərkəzlər tərəfindən dəstəkləndi. Lakin ilk dəfədir ki, separatçıların dişi və dizi bizim xalqın gücünə qırıldı. Biz, əslində bu qələbəmizlə bütün dünyaya töhvə verdik. Hesab edirəm ki, bundan sonra separatizm irəliləyə bilməyəcək. Təsəvvür edin ki, dünyada 4 mindən çox xalq, 200-dən çox dövlət var. Bütün xalqların dövləti olmalıdır?

Qısaca onu qeyd edim ki, Azərbaycan separatizmə qarşı mübarizədə bir presedent yaratdı. Bu, reallıqdır. Hesab edirəm ki, bunun da müəyyən nəticələri olacaq. Bu reallıq ən azından separatizmdən əziyyət çəkən xalqları və dövlətləri düşünməyə məcbur edəcək.

- Necə dşünürsünüz, ciddi hərbi, iqtisadi və mənəvi zərbələr alan ermənilər sakitləşib faşizm ideyalarından imtina edəcəklərmi?

- Erməni heç vaxt sakitləşməyəcək, tarixin hansısa dönəmində revanş götürməyə cəhd edəcək. 1915-ci ildə nə olmuşdu, biz nə etmişdik ki? 1918-ci ildə də həmçinin. 1948-1953-cü il deportasiyasını biz yaşamışıq. Sonra 1988-ci ildə SSRİ-nin dağılması ərəfəsində yenidən qalxdılar. Tarixi təcrübə bizə deyir ki, onlar anti-bəşəri davranışlarından əl çəkən deyillər.

Ötən əsrin II yarısında Hindistan milli azadlıq mübarizəsi aparırdı. Qandi bu mübarizədə “ingilis mallarına yox, ingilisə mal yox” ideyasını irəli sürdü. Yəni ingilisdən mal almayın və ingilisə mal satmayın. Əvvəlcə ona güldülər. Amma xalq onun sözünə qulaq asdı. Bir neçə aydan sonra məlum oldu ki, ingilis şirkətləri müflis olur. Bu, əslində Hindistan milli azadlıq mübarizəsində dönüş nöqtəsi idi. Mən bu mənada dünyada yaşayan soydaşlarımızı ermənidən mal almamağa və erməniyə mal satmamağa çağırıram. Bu, sənin hququndur. Heç kimə demirəm ki, erməninin qabağını kəs, ona hücum et. Moskvada, Tehranda, Vaşinqtonda, Londonda və yüzlərlə digər şəhərlərdə yaşayan soydaşlarımız ermənilərlə iş birliyi qurmasın. Beləcə, onlara zərbə vurulsun. Hər halda, mən bu addımı ermənilərin bizə yönəlik düşmənçiliyinə qarşı vacib amil kimi görürəm.

- Sentyabrın 27-si Azərbaycanda anım günü elan olundu. Buna necə yanaşırsınız?

- Bəli, bununla bağlı dövlət başçısının müvafiq sərəncamı oldu. Mənim şəxsi qənaətim belədir ki, sentyabrın 27-si bizim üçün daha çox birlik günüdür. Xalqımız 6 saat ərzində birləşdi. Stalin bunu azı 6 aya bacardı. Özü də bütün təbliğat resurslarını işə salmaqla. Bizdə isə heç buna da ehtiyac qalmadı. Prezident bir kəlmə çağırış etdi, xalqımız da birləşdi. Bir nəfər insan öz övladını müharibədən saxlamadı, hamımız birlik nümayiş etdirdik.

Açığı, bir müddət kuluarlarda dostlar, elə deputat tanışlar da deyirdi ki, “başqa məqamlar var, böyük dövlətlər var” və sair. Cavab verirdim ki, mən ömrüm boyu dövlət hüquq tarixini oxuyan, təbliğ edən şəxsəm. Necə yəni böyük dövlətlər, onların maraqları var? Əslində, bu müharibə sübut etdi ki, böyük dövlətlər xofu var. Bu müharibə onu da göstərdi ki, artıq belə xof aradan qalxdı. Millətimizin ən böyük uduşlarından biri də budur. Hamı gücə tabedir. Bizi güclü gördülər. Əgər erməni 5-10 kəndimizi alsaydı və biz zəif olsaydıq, başlayacaqdılar ermənini dəstəkləməyə. Amma bizi güclü gördülər. Biz öz haqqımızı tələb edir, torpaqlarımızı istəyirik. Buna da nail olduq. Gedib Gürcüstanın və ya Ermənistanın ərazilərinə iddia etmirik. Ərazi iddiasına qalsa, biz çoxlarına qarşı iddia qaldıra bilərik.

Rasim Əliyev

“AzPolitika.info”   

635x100

Şərhlər

Boris Ocaqov 2020-12-07 10:23:32

32 il qanı tökülüb, viranə edilmiş ölkənin haqq ədalətinə şərhlər bu qədərmiş? Ermənistan dövlətinin qovduğu milyonlarla azərbaycanlı ailələrinin haqqı, Yuxarı və aşağı Qarabağdakı ata ocağından Hərbi Genosidlə qovulmuş milyon dinc-mülki əhaliyə-insanlığa qarşı tarixin ən vəhşi cinayəti mühakiməsizmi bitəcək, ay Ali Məhkəmələr?

Roma 2020-12-06 08:27:25

t.ədalətə...Sizinlə tam razıyam, ancaq yenədə yan-yörəmizə fikir verməli, xüsusilə də vəzifə təyinatlarında korrupsiyadan uzaq, Vətənpərvər , Millətini və Xalqını sevən insanlar vəzifələrə təyin olunmalıdırlar. Yoxsa, təyin olunur və qısa bir müddətdən sonra elə bir var-dövlətə sahib olurlar ki...bəzilərini şəxsən tanıdığımdan deyə bilərəm ki, tələbə vaxtı necə deyərlər, nimdaş paltarda dərsə gəlib gedənlər indi necə deyərlər topdağıtmaz var-dövlətə sahibdirlər...

rasim quliyev 2020-12-05 22:23:30

Revans isteyecekler lap yaxsi amma bu defe Ermenistan musteqil Azerbaycan torpaglarina hucum edecek onda ne ODKB ne de basqalari qoruyacaq .Bu defe gedib Irevani qaytarariq .Kokleri kesilsin

t.ədalət 2020-12-05 16:44:31

Ələmdar müəllim, beynəlxalq ticarətə əli yetənlərin,əksər məmurlarımızın anası və ya digər əqrəbası erməni olanlardır.Sizin çağırışınız,elə bilirsiniz ki,erməni üfunəti olanlara təəsir edəcək?Əsla!Dünyaya tərbiyəsizlik gətirən bir millətlə bağlılığı olanlardan yaxa qurtarmasaq qələıbəmiz də sonda sınacaq.

Son yazılar