Menu

Ceyhun Bayramov İrana səfər edəcək

07.12.2020, 11:39
Ceyhun Bayramov İrana səfər edəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 9 dekabrda İran paytaxtı Tehrana səfər edəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

S.Xətibzadənin sözlərinə görə, Azərbaycan xarici işlər naziri səfər çərçivəsində İran prezidenti Həsən Ruhani, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol