ARAİK ARADAN ÇIXMAĞA HAZIRDIR – “Heç kimə sirr deyil ki, “müdafiə ordusu” haradan idarə olunurdu”

Dünən qondarma rejimin başçısı Araik Arutunyan öz videomüraciətində bəzi məsələlərə aydınlıq gətirib.

“AzPolitika.info” xəbər verir ki, qanunsuz və saxta qurumun rəhbəri “vəzifəsindən” istefa vermək və növbədənkənar seçkilərdə iştirak etməmək fikrində olduğunu deyib: “İctimai-siyasi durumu nəzərə alaraq, ilk imkan düşən kimi, istefa verməyə hazır olduğumu bildirmək istəyirəm. Ağlabatan müddətdə Qarabağda növbədənkənar “ümumdövlət seçkiləri” təşkil olunacaq. Həmin “seçkilərdə” iştirak etməyəcəm və siyasətdən gedəcəm.”

Göründüyü kimi, həyasızlığının həddi-hüdudu olmayan bu şəxs istənilən an aradan çıxmağa hazır olduğunu deməklə yanaşı, hələ hansısa seçkidən də dəm vurur.

Arutunyan növbəti dəfə biabırçı məğlubiyyətə görə məsuliyyəti öz üzərindən atmağa çalışaraq, qondarma rejimin “müdafiə ordusu”nun İrəvandan idarə olunduğunu etiraf edib: “Məgər mən “Artsax”ın (Qarabağın-red.) müdafiəsi və ərazi bütövlüyü üçün yetərli imkana malik idim? Heç kim üçün sirr deyil ki, “müdafiə ordusu” haradan idarə olunur və “Artsax”ın rəhbəri bu proseslərə nə dərəcədə cəlb olunub".

Bununla da qondarma rejimin başçısı onun rəhbərlik etdiyi “respublikanın” oyuncaq qurum olduğunu və İrəvandan idarə olunduğunu rəsmən etiraf edib. Hansı ki, Azərbaycan da 30 ildir həmin şeyi deyir, lakin İrəvan bunu təkzib edirdi.

Arutunyan həmçinin, deyib ki, müharibə daha tez və ermənilər üçün daha əlverişli şərtlərlə bitə bilərdi. Lakin buna nəyin mane olduğunu sonra açıqlayacağını söyləyib: "Müharibə daha əlverişli şərtlərlə, öncədən dayandırıla bilərdi, daha az itki verə bilərdik".

Qanunsuz qurumun başçısı bundan öncə jurnalistlərlə söhbətində hələ üçtərəfli razılaşmanın imzalandığı gün istefa vermək istədiyini deyib. Lakin sonradan fikrindən yayınıb və bunu “növbədənkənar seçkidən” sonra etmək qərarına gəldiyini deyib. Xatırladaq ki, Arutunyan 2007-ci ildən 2018-ci ilə qədər qondarma hökumətin başçısı vəzifəsini daşıyıb və 2020-ci ildə “prezident” seçilib. Onun bu “karyerasının” nə ilə, hansı biabırçılıq və rəzalətlə sonuclandığı isə göz önündədir.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Roma 2020-12-22 19:02:53

araiki həbs eləmək, törətdiyi cinayətlərə adekvat cəza almalıdır...

vidadi goyce 2020-12-19 12:19:44

араик шанворд дыхайи ты убледок,умбицил и олигофрен ,ты подлое отроде армянин

Xalq 2020-12-17 13:47:43

araiki qaçmağına qətiyyən imkan vermək olmaz, çünki o sonralar yenidən zühur edə bilər!

t.ədalət 2020-12-17 13:33:06

ermənilərin Yuxarı Qarabağdakı"müdafiə ordusu" Rusiyadan idarə olunur.

Son yazılar