“Özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri koronavirusla mübarizəyə cəlb edilməlidir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Urud deyib.
Deputat bildirib ki, bunu məcburi etmək olmaz: “Amma müxtəlif həvəsləndirici tədbirlərlə bunu etməliyik. Açıqlama vermişdilər ki, bir xəstəyə gündəlik 100-150 manat xərclənir. İcbari Tibbi Sığorta Agentliyi özəl müəssisələrə 200 manat ödəyə bilər. COVID-19 xəstələrini xəstəxanaya yerləşdirməliyik”.
Deputat təklif edib ki, ekspress testlər ölkəyə gətirilib, satılsın: “Test sahəsində monopoliyaya son qoyulmalıdır. Hər kəs ekspress testlər vasitəsilə özü evdə test edə bilər”.
Deputat qeyd edib ki, 600 min nəfərə qədər insana yenidən 190 manat veriləcək: “Bu siyahıya yenidən baxılmalıdır. Hamımız əlimizi daşın altına qoymalyıq”.


Şərhlər
Monopoliya yaradanlar və bu monopoliyanın fəaliyyətinə icazə verən və ya göz yumanlar müəyyənləşdirilib müvafiq cəzalarını almalıdırlar.Belə olmasa bu boş söz olacaq. Amma normal cəmiyyətlərdə bu ağır cinayət sayılır.
Niyə monopoliyaya yarandıına imkan verilib ki,indi ,il keçəndən sonra monopoliyaya son qoymağı hələ təklif edirsiniz?Bəs bu ölkənin hüquq mühafizə orqanları,hökuməti hara baxıb? Bax buna diqqət edilməlidir.Əsas ağrı buradadır..Bir çox sahələr bu gündədir.