“PUTİNİN BU FİKİRLƏRİ VƏZİYYƏTİ MÜRƏKKƏBLƏŞDİRDİ” – “Türkiyə qırıcılarının düşmənə zərbə endirməsi an məsələsidir...”

Qüdrət Həsənquliyev: "Rusiya sülhməramlılarının gəlib qondarma rejimin nümayəndələri ilə tərəf kimi danışması əslində onların missiyasına ziddir"

"Erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərini tərk etməyiblər, onlara humanist münasibət olmamalıdır"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Sentyabrın 27-də başlanan müharibə faktiki olaraq noyabrın 10-da üçtərəfli sazişlə yekunlaşıb. Bundan sonrakı mərhələ dekabrın 1-nə qədər çəkib və Ermənistan üç rayonumuzu - Ağdam, Kəlbəcər və Laçını döyüşsüz qaytarıb. Dekabrın 1-dən proses siyasi-diplomatik mərhələyə daxil oldu. Siz bu mərhələni və gedişatı necə qiymətləndirirsiniz?

- Əslində təsəvvür edirdim ki, atəşkəs haqqında birgə bəyanat imzalandıqdan sonra Ermənistan kapitulyasiyaya gedir və bu sənədi imzalamaqla bizim ərazi bütövlüyümüzü tanıyır və bu prinsip əsasında həllinə razılıq verir. Prezident də açıq bəyan etmişdi ki, nə status-kvodan, nə də hər hansı bir statusdan söhbət gedə bilməz. Sonradan Vladimir Putinin “Biz danışmışıq və razılaşmışıq ki, status-kvo saxlanılacaq və status məsələsini gələcək rəhbərlər həll edəcək” fikirləri vəziyyəti bir qədər mürəkkəbləşdirdi. Bundan sonra Rusiya sülhməramlılarının gəlib qondarma rejimin nümayəndələri ilə tərəf kimi danışması əslində onların sülhməramlı missiyasına zidd idi. Çünki BMT-nin sülhməramlı əməliyyatlar departamentinin rəsmi sənədi var. Bu sənəddə qeyd edilir ki, BMT sülhməramlıları əsasən üç missiyanı yerinə yetirir. Əlbəttə, ilk olaraq hər iki münaqişə tərəfinin razılığı olmalıdır. Yəni tərəflər sülh istəyir və sülhməramlılar da ora gəlir ki, təxribatlar baş verməsin. Başqa sözlə, rəsmi iradənin əleyhinə proses baş verməsin və münaqişə yenidən alovlanmasın. Bunun üçün birincisi, tərəflərin razılığı lazımdır. İkincisi, sülhməramlılar bitərəfliyini qoruyub saxlamalıdır. Üçüncüsü, tərəflərə qarşı güc tətbiq etməməlidirlər. Sülhməramlılar yalnız özləri hücuma məruz qaldıqları halda müdafiə məqsədilə silah tətbiq edə bilərlər. Yəni sülhməramlıların məqsədi güc tətbiq etməkdən ibarət deyil. Hazırda BMT dünyanın 13 bölgəsində sülhməramlı missiya həyata keçirir və onun illik büdcəsi də təqribən 8 milyard dollardır. Sözümün canı odur ki, sülhməramlıların statusunun nədən ibarət olduğu beynəlxalq sənədlə müəyyənləşir. Bununla eyni zamanda sülhməramlılar əsasən üç missiyanı yerinə yetirir.

Birincisi, sülhü qoruyub saxlamaq missiyasıdır, bizdə olan sülhməramlılar bu statusa malikdir.

İkincisi, sülhyaratma missiyasıdır. Yəni sülh yoxdur, amma sülhməramlılar BMT Təhlükəsizlik Şurasının qərarı ilə hansısa bölgəyə daxil olur, güc tətbiq edir, münaqişə tərəflərini ayırır.

Üçüncüsü, sülhə məcburetmə missiyasıdır. Məsələn, Liviyada sülhə məcburetmə missiyası oldu. Bizdə nə sülhyaratma, nə də sülhə məcburetmə missiyasıdır. Burada olan sülhməramlılar sülhü qoruyub saxlama missiyasını həyata keçirir. Lakin bu, birgə bəyanatda öz əksini tapmayıb. Sənəddə yalnız qeyd edilir ki, sülhməramlılar gəlir.

Sülhməramlılar digər tərəf kimi yalnız Ermənistanla əməkdaşlıq edə bilərlər. Əslində sülhməramlıların gedib Arayik Arutyunyanla görüşməsi, qurama rejimin "bayrağı" altında foto çəkdirməsi sülhyaratma missiyasına ziddir.

Mən sənəd imzalandıqdan sonra parlamentdə çıxış edərək bildirdim ki, bir qrup insan rus sülhməramlılarının bölgəyə daxil olmasını həm beynəlxalq, həm də milli qanunvericiliyə zidd hesab edirlər. Qeyd etdim ki, əslində bu, belə deyil. Azərbaycanın xarici ölkələrdə Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakına aid qanun var. Qanun 2010-ci ildə qəbul edilib. Bu qanunda bizim Silahlı Qüvvələrinin səlahiyyətləri, hansı qaydada göndərildiyi və sair müəyyən edilirir.

Amma Azərbaycana sülhməramlıların gəlməsinə dair həmin qanunda cəmi bir müddəa var. Səhv etmirəmsə, qanunun 4.4-cü bəndində qeyd edilir ki, Azərbaycan öz ərazisində sülhməramlı əməliyyatların keçirilməsi üçün xarici dövlətlərə və beynəlxalq təşkilatlara müraciət edə bilər. Amma bu müraciətin mexanizmi nəzərdə tutulmayıb. Mən ona görə təklif etdim ki, xarici sülhməramlıların Azərbaycanda iştirakı haqda qanun qəbul edək və ya mövcud qanuna bir fəsil əlavə edək. Burada nəzərdə tutulsun ki, sülhməramlıların statusu nədən ibarət olur, onlar hansı formada dəvət olunur. Əlbəttə, dövlət adından müqavilələri dövlət başçısı imzalayır, Prezident qəbul edir və ya qəbul etmir.

Amma xaricə sülhməramlılar göndəriləndə Milli Məclis bu prosesdə iştirak edir. Əslində xaricə silahlı qüvvələrin göndərilməsinə biz parlament olaraq razılıq veririksə, ölkəyə gələn qüvvələr üçün də razılıq verməliyik. Mən təklif etdim ki, bu cür hallar qanunda nəzərdə tutulsun. Bu, həm də nümayəndəli orqanın prezidentlə məsuliyyəti bölüşməsi deməkdir. Həm də qanunda sülhməramlıların statusu müəyyən olunsun. Yəni sülhməramlılar bura hansı mandatla gəlib: sülhyaratma, sülhə məcburetmə və ya sülhü qoruma missiyası ilə. Bir daha vurğulayım ki, müharibədən sonra sülhməramlılar əslində sülhü qorumaq missiyası ilə bura gəlib. Yəni tərəflər özləri sülhə razılaşır və sülhməramlılar da gəlib ərazidə dayanır ki, sülh pozulmasın.

Həmçinin bizim 2010-cu ildə qəbul etdiyimiz Hərbi Doktrinanın 4.29-cu bəndi var. Həmin bənddə qeyd edilir ki, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr istisna olmaqla Azərbaycan ərazisində xarici dövlətlərin hərbi iştirakına icazə verilmir. Amma istisna hal kimi müəyyən olunub ki, hərbi-siyasi vəziyyətdə əsaslı dəyişiklik olduqda müvəqqəti olaraq xarici hərbi iştiraka icazə verilə bilər. Amma müvəqqəti müddətin nə qədər olması yenə də qanunla müəyyənləşmir. Əslində 100 il də müvəqqətidir, əbədi deyil. Əlbəttə, gündəlik danışığımızda bilirik ki, hər bir məfhumun məna yükü var. Biz anlayırıq ki, müvəqqəti dedikdə təqribən söhbətin hansı müddətdən getdiyi bəllidir. Bu olsun 5 və ya 10 il. Sözsüz ki, 50 və ya 100 il ola bilməz. Buna heç bizim ömrümüz də çatmaz. Onun üçün mən təkliflər etdim ki, qanunda bu məsələyə də aydınlıq gətirilsin.

Həm də qanunda BMT-nin əsas prinsipləri öz əksini tapsın. Bu halda bilinsin ki, sülhü qoruma missiyası zamanı rus sülhməramlıların statusu nədən ibarətdir. Orada ev tikməkdən, humanitar yardım etməkdən və ya erməni qaçqınlarını İrəvandan Xankəndinə daşımaqdan ibarət ola bilər. Yeri gəlmişkən, 10 noyabrda imzalanan sazişdə qeyd edilib ki, qaçqınların geri qaytarılması işi ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Bakıdakı nümayəndəliyi məşğul olmalıdır. Amma bir çox hallarda görürük ki, sülhməramlılar İrəvanda camaatı avtobusa mindirib Xankəndinə gətirirlər. Bu statusun aşılması deməkdir. Mən hesab etmirəm ki, sülhməramlıların səlahiyyətini aşması varsa, dərhal buna görə Rusiya ilə düşmən olmalıyıq. Qətiyyən yox. Lakin Rusiya rəsmiləri ilə bu məsələləri aydınlaşdırmalı, müzakirələr aparmalıyıq. Lazım gəlsə, Azərbaycanın müvafiq dövlət adamları Moskvaya səfər etməli, onlar bura dəvət olunmalıdır. Yəni əlaqələr intensivləşməlidir. Baxın, üçtərəfli saziş imzandıqdan sonra Ermənistan prezidenti başda olmaqla bir neçə dövlət adamı Moskvaya səfər edib. Bizdən səfər edən olmayıb.

Bu mənada hesab edirəm ki, diplomatik təmasları gücləndirməliyik. Danışıqlar masası arxasında problemlər öz həllini tapmalıdır. Həm də sülhməramlılar iki dövlətin - Azərbaycan və Ermənistan arasında yerləşdirilməyib. Sülhməramlılar Qarabağda yaşayan etnik ermənilərlə Azərbaycanın digər əraziləri arasında yerləşib. Rusiya Prezidenti Putin də dəfələrlə deyib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Hətta hərbi əməliyyatlar zamanı Putin dedi ki, biz müdaxilə edə bilmərik, çünki hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılır. Sülhməramlılar da Ali Baş Komandanlarının bu mövqeyindən çıxış etməlidirlər. Əgər bura Azərbaycanın ərazisidirsə, orada Azərbaycanın qanunları tətbiq edilməlidir. Sülhməramlılar ermənilərin yaşadığı kənd, qəsəbə və rayonların tədricən Azərbaycanın yuridiksiyasına qaytarılması istiqamətində fəaliyyət göstərilməlidir. Birgə bəyanatda qeyd edilirdi ki, erməni silahlı qüvvələrinin ərazini tərk etməsilə paralel sülhməramlılar gəlir. Lakin sülhməramlılar gəlib, amma erməni silahlı qüvvələri hələ də ordadır. Biz gördük ki, son insident zamanı ermənilər Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərində təxribata əl atdılar. Bəlli oldu ki, orada təxribat edənlər Ermənistan ordusunun əsgər və zabitləridir. Deməli, erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərini tərk etməyiblər. Bu da istər-istəməz Azərbaycan cəmiyyətində narazılıq yaradır. Bunu da danışıqlar yolu ilə həll etmək lazımdır. Təbii olaraq Azərbaycan təxribatın qarşısını aldı, ordumuz həmin iki kəndi nəzarətə götürüb.

Üstəlik, Qubadlı və Zəngilanın bəzi kəndlərində ermənilərin qaldığı haqda xəbərlər yayılır. Qanunsuz məskunlaşdırılan kəndlərdə... Sosial şəbəkələrdə yayılan məlumata görə, onlar yaza qədər vaxt istəyib, guya indi qış olduğundan çətindir. Bilirsinizmi, işğal edilən ərazinin məskunlaşdırılması hərbi cinayətdir. Belə ağır cinayət hadisəsinə humanist münasibət olmamalıdır. Onlar dərhal bizim torpaqları tərk etməlidir.

Hesab edirəm ki, həm də gündəlik baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq lazımdır. Necəki 44 günlük müharibə zamanı bu yüksək səviyyədə edilirdi.

- Qüdrət bəy, bir neçə il əvvəl siz deyirdiniz ki, əslində Azərbaycan Qarabağ danışıqlarını Rusiya ilə aparmalıdır. Hətta buna görə sizə hücumlar oldu, tənqidlərə məruz qaldınız. Necə düşünürsünüz, nəticə olaraq dedikləriniz baş verdimi?

- Bəli, mən illər əvvəl belə təkliflə çıxış etmişdim. Hətta qeyd etmişdim ki, Qarabağda tam suverenliyimizi bərpa edək və lazım gəlsə, Azərbaycanda bir zamanlar Qəbələdə olduğu kimi Rusiya hərbi bazasını yaradaq. Niyə? Çünki hərbi bazanın statusu dəqiq məlum olur və onun ölkənin daxili siyasətinə müdaxilə etmək, münaqişəni qızışdırmaq imkanı çox məhdud olur, nəinki münaqişə bölgəsində yerləşən sülhməramlıların...

Bu mənada dediyim təklif sərfəli variant idi. Biz Qarabağda mütləq suverenliyimizi təmin edirik, əvəzində Rusiyanın hərbi bazası olur və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv oluruq. Amma indi biz Qarabağ üzərində tam suverenliyimizi bərpa etməmişik, həm də təhlükəli variantda sülhməramlılar ölkəyə gəlib. Fikrimcə, mənim təklifim də maraqlarımıza tam cavab verirdi.

Həm də bəzi adamlar özlərini başadüşməzliyə vurur, bu da mənin günahım deyil. Bəziləri qərəzdən, bəziləri anlaşılmazlıqdan, bəziləri həqiqətən başa düşmürlər ki, bizim torpaqlarımız Rusiya Ermənistanı müdafiə etdiyindən işğal altında qalırdı. Prezident İlham Əliyev də deyirdi ki, bizi Ermənistanla təkbətək buraxın. Özünüzdən mif yaratmısınız ki, guya güclü ordunuz var, gəlin təkbətək döyüşək. Cənab Prezident əgər deyirsə ki, gəlin təkbətək döyüşək, deməli sənin arxanda başqası var. O dövrdə mən əslində deyirdim ki, tərəf Rusiyadır, onunla danışmaq lazımdır. Bu mənada məncə, siyasətdən uzaq, sadəlövh və elementar düşünmək imkanların məhdud olmalıdır ki, sən Azərbaycanın siyasi, diplomatik sahədə danışıqlar aparmadan, hazırlıq görmədən Ermənistanın təxribatına əks-hücumla cavab verə biləcəyini düşünəsən. Bəziləri yenə də özlərini başqa cür aparır, deyirlər ki, biz niyə Xankəndinə daxil olmadıq və s.

- Niyə?

- Anlayanlar bilir ki, biz Rusiyanın bu münaqişəyə cəlb olunmasında maraqlı deyilik. Rusiyanın bu münaqişəyə cəlb edilməsi müharibənin nəticəsindən asılı olmayaraq Suriya və başqa ölkələr kimi fəlakət olar. Odur ki, atəşkəs imzalanan günün səhəri mən bəyan etdim ki, biz hazırkı şəraitdə mümkün olan maksimum nəticələrə nail olduq.

- Necə düşünürsünüz, Azərbaycan iqtisadi imkanlar hesabına Qarabağda suverenliyini tamamilə təmin edə bilərmi?

- Məncə, elə bu cür də olacaq. Açığı, mən başqa yol görmürəm. Biz əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonları bərpa etməliyik. Orada müasir üslubda yeni şəhər və qəsəbələr salmalıyıq. Bu şəhər və qəsəbələrdə müasir yollar, kanalizasiya sistemi, su təchizatı, elektrik enerjisi təmin olunmalıdır. İlk növbədə dəmiryolu çəkilməlidir. Cənab Prezidentin dediyi kimi, sanki işğal edilən ərazilərimizdən bir vəhşi qəbilə keçib, hər şeyi dağıdıblar. Ora elə böyük tikinti materialları lazımdır ki, bunu sadəcə yük avtomobiləri ilə daşımaq mümkünsüzdür. Odur ki, birinci dəmiryolu xətti bərpa olunmalıdır. Büdcə müzakirələrində bu məsələni qaldıracağam. Ağdama qədər dəmiryolunun təmirinə başlanılıb. Zəngilana qədər də dəmiryolu olmalıdır ki, biz bu rayonlarımıza tikinti materialları daşıya bilək. Vətəndaşlar da buna cəlb edilməlidir. Bəzi hallarda kəndlərin bərpasını dövlət özü həyata keçirməməli, kəndləri müasir layihələr əsasında layihələndirməlidir. Onsuz da kimin evi, torpağının harada olduğu məlumdur. Bundan sonra həmin adamlara pul verib tələb etmək olar ki, bu layihə əsasında evini tik, başqa məqsədlər üçün bu vəsaiti xərcləmə. Əhalinin özünü bu işə cəlb etmək lazımdır. Bu, məskunlaşmanın daha sürətlə həyata keçirilməsinə səbəb olar.

İkincisi, quruculuq işlərinə donor təşkilatlarını, dövlətlərini də cəlb etmək lazımdır. Bizim baş prokurorla görüşdə ABŞ səfiri deyib ki, onlar dövlət olaraq dağılmış ərazilərimizin bərpasında iştirak edə bilərlər. Məncə, Azərbaycan çəkinmədən bu dövlətlərə müraciət etməlidir. Əslində onların böyük günahı var. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi vaxtında təcavüzün qarşısını almadılar. İmkan verdilər ki, erməni tərəfi həm torpaqları işğal etsin, həm də dağıtsın. İndi onların bir növ mənəvi və siyasi borcudur ki, bu işdə bizə kömək etsinlər. Azərbaycan da bu köməyi istəməlidir.

Eyni zamanda işğaldan azad edilən ərazilərimizdə güclü hərbi bazalarımız olmalıdır. Ehtimal edirəm ki, iki yeni korpus yaradıla bilər. Düşünürəm ki, bizim ən güclü hərbi bazalarımızdan biri Kəlbəcədə olmalıdır. Şuşada bizim hərbi qarnizon olmalıdır. Bu, gələcəkdə istənilən təxribatların qarşısını operativ şəkildə almağa imkan verə bilər.

- Azərbaycanı Naxçıvanla və perspektivdə Türkiyə ilə birləşdirəcək Mehri dəhlizinin açılması kimi strateji məsələ də üçtərəfli sazişdə öz əksini tapıb. Hazırda Ermənistanda bütün siyasi qüvvələr bunun onlar üçün ciddi səhv olacağını elan edirlər. Necə düşünürsünüz, bu dəhliz açılacaqmı?

- Əslində erməni siyasətçiləri gözəl başa düşürlər ki, bu dəhliz açılsa ondan bizdən çox Ermənistan bəhrələnəcək. Mən Naxçıvanda doğulub boya-başa çatmışam. SSRİ zamanı Naxçıvandan keçən qatarların 80 % Ermənistana gedirdi. Naxçıvana nə yük gəlirdi ki...Yalnız Bakı-Şərur sərnişin qatarı idi və az-maz yük gəlirdi. Əsas yük Ermənistana daşınırdı. İndi Rusiya ilə Ermənistanın birbaşa əlaqəsi yoxdur. Avtomobil yolları ilə Gürcüstan üzərində yük daşınması problematikdir. Dəhliz açılsa, bundan Ermənistan da faydalanacaq.

- Bəs nədən erməni siyasətçiləri buna qarşı çıxırlar?

- Onlar fikirləşirlər ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrinin bərpa olunması Rusiyanın maraqlarına uyğun deyil. Guya onlar belə düşünürlər ki, bu kimi fikirlər Rusiyanın narahatlığına səbəb ola bilər. Baxın, Paşinyan Azərbaycan və Türkiyə ilə dil tapmağın lazım olduğunu dedikdən sonra həm ölkə daxilində, həm də Rusiya mətbuatında ona qarşı kampaniya başladı. İddia edildi ki, Paşinyan belə açıqlamalarla ölkəni uçuruma aparır, Ermənistanın gələcəyi Rusiya ilə bağlıdır və s. Guya Rusiya ilə yaxın olmaq başqa ölkələrlə əlaqələri qurmamaq deməkdir. Erməni siyasətçilər əslində Rusiyaya bağlı olduğundan revanşist mövqedən çıxış edir, bildirirlər ki, düşmənçiliyi davam etdirəcəyik.

Mən hesab edirəm ki, dəhliz açılacaq. Bu, Rusiyanın da maraqlarına uyğundur. Bir var ruslar Gümrüdəki bazaya yüklərini təyyarə ilə daşıya, bir də var qatarla... Bu, onlar üçün ucuz başa gəlir. Üstəlik, İran dəmiryol xətləri Culfa ilə birləşdirilib. SSRİ zamanı Yaponiya və Çindən gələn mallar İran üzərindən qatarla Azərbaycan üzərindən keçməklə Rusiya və Avropaya gedirdi. Mən bunu özüm görmüşəm, bəzən dəmiryolu xətti kənarında yaşayan bəzi insanlar cinayət törədərək qatarlardakı yükləri ələ keçirməyə də çalışırdı. Bu mənada Rusiya da maraqlıdır ki, dəhliz açılsın. Üstəlik, Ermənistan dəmiryolları Rusiyanın nəzarətindədir, Rusiya onu alıb. Ehtimal edirəm ki, bu dəhlizin açılması haqda danışıqlar əslində Rusiya ilə gedir.

- Bundan sonrakı prosesdə Türkiyənin iştirakı formatını necə görürsünüz?

- Türkiyənin burada iştirakı Rusiyada müəyyən dairələri, elə başqa qonşu dövlətləri də ciddi şəkildə qıcıqlandırır. Onlar burada Türkiyənin hərbi iştirakından narahatdırlar. Türkiyə, əvvəla, Azərbaycanla sərhəd dövlətdir. Azərbaycan Türkiyə, Türkiyə isə Azərbaycan deməkdir. Əlbəttə, Cənubi Qafqazda Türkiyəni sıxışdırmaq mümkün deyil. Xüsusilə nəzərə almaq lazımdır ki, Türkiyə adamların qəlbindədir. Sadəcə Azərbaycanda bir qrup adamlar var ki, onların bir hissəsi məqsədyönlü şəkildə, bir hissəsi başa düşməyərək Azərbaycan-Rusiya münasibətlərini Azərbaycan-Türkiyə münasibətlərinə qarşı qoyurlar. Yəni sən Türkiyə ilə yaxınsansa, hökmən Rusiya ilə düşmən olmalısan və yaxud Rusiya ilə yaxınsansa, Türkiyə ilə düşmən olmalısan. Eləcə də İranla əməkdaşlıqda maraqlısansa, Türkiyə ilə düşmən olmalısan. Deməyim odur ki, ölkəmizdə ölkənin öz maraqlarını dərk edib ondan çıxış edən təfəkkür, dünyagörüşü bir çoxlarında formalaşmayıb. Kim hansı tərəfə meyillidirsə o tərəfi qabardır və hesab edir ki, Azərbaycanın o ölkə ilə yaxınlaşması vacibdir. Bu xəstə təfəkkür ciddi formada dəyişməlidir. Rusiya ilə yaxınlaşma Qərblə münasibətlərin korlanması kimi anlaşılmamalıdır. Rusiya özü can atır ki, Qərblə münasibətlərini bərpa etsin, ABŞ-la əlaqələrini yaxşılaşdırsın. Rusiya buna can atırsa, sən niyə bunu etməyəsən? O başqa məsələdir ki, Qərbin Qarabağla mövqeyində ədalətsizlik varsa, biz onu həmən pisləməliyik. Məsələn, ABŞ Türkiyəyə sanksiya tətbiq edirsə, biz qətiyyətlə onu qınamalıyıq. Qeyd etməliyik ki, NATO-nun digər üzvləri Rusiyadan belə komplekslər alıb, Yunanıstan, Sloveniya və digərləri S-300 alıblar və hətta bunu NATO müdafiə sisteminə inteqrasiya ediblər. Hələ Türkiyə deyir ki, biz onu NATO müdafiə sisteminə inteqrasiya etdirməyəcək, avtonom sistemdə çalışdıracağıq. Amma buna baxmayaraq Türkiyəyə qarşı əsassız olaraq sanksiyalar tətbiq edilir.

- Qarabağdakı yeni təmas xəttində Türkiyənin iştirakı hansı dividentlər gətirə bilər?

- Prezident bəyan etdi ki, Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Amma bildiyiniz kimi ermənilər Ağdamda bir salamat bina qoymayıb ki, həmin binanı təmir edəsən və prosesə başlanılsın. Yəqin ki, onlar üçün iş şəraiti yaradıldıqdan sonra buna başlanılacaq. Yalnız məlumat budur ki, Monitorinq Mərkəzi Ağdamda yerləşəcək. Say barədə, onların statusu haqqında da ictimaiyyətə məlumat verilməyib. Fikrimcə, belə məsələlərə dair cəmiyyətə mütəmadi informasiya verilməli, xəsislik edilməməlidir.

Monitorinq Mərkəzində türk mütəxəssislərin iştirakı sözsüz ki, müsbət hadisə olacaq. Ərazidə baş verənlər ciddi nəzarət altında saxlanılacaq, əgər ermənilərin təxribat xarakterli hərəkətləri üçün hazırlıq işləri görüləcəksə, biz bundan xəbərdar olacağıq. Odur ki, türklərin orada olması lazımdır. Bilirsinizmi, Türkiyə bizimlə ABŞ qədər məsafədə yerləşsəydi, deyərdim ki, buna ehtiyac yoxdur, Türkiyə bizə köməyə gəlincə iş-işdən keçər. Amma Türkiyənin özündən qırıcı təyyarələrin qalxıb düşmənə ağır zərbələr endirməsi an məsələsidir. Məsafənin yaxınlığı baxımdan deyirəm. Qeyd edilirdi ki, Türkiyə hərbçiləri də sülhməramlı prosesdə iştirak edəcək, amma reallıqlar da var və onunla barışmaq lazımdır. Bəzən hansısa məsələlərdə güzəştə getmək, hansısa məsələlərdə dirəniş göstərmək lazımdır. Siyasət budur. Hər zaman istədiyini 100 faiz əldə etmək mümkün olmur. Mütləq başqa ölkələrin maraqlarını nəzərə almaq lazım gəlir. Odur ki, bu kimi halların anlayışla qarşılanması müsbət haldır.

(Teleqraf.com)

Şərhlər

Famil Cəbiyev 2020-12-26 13:19:16

Qüdrət bəy Siz bu fikirlərinizi Heç olmasa XİN-nə bildirin Siz deputatsınız,Milli Məclisdə məsələ qalfırıb müzakir edin,Qərar qəbul edib müvafiq distansiyalara göndərib icra tələb edin.Üç gündən,beş gündən bir bir sicilləmə yazıb saytda yerləşdirmıyiniz nə deməkdir? ....Axı siz deputat,millət vəkilisiniz.Borcunuz millətin düşündüyünü rəsmi qaydada həll etməyə çalışmaq olmalıdır.

B.Qarabağlı 2020-12-20 11:17:33

Daha bir kobud səhvimiz davam edir? Hər gün özümüz və mətbuatımız Ermənistanın zəifliyini təkrarlayırıq? Acdır, qoyun özü çörək istəsin? Yoxsa, bu qəddar hərbi genosid CİNAYƏTKARI özündən üç dəfə böyük xalqın illərlə qurulmuş ata-baba mülklərini viranə edib, otuz il işğalda saxlayır? Ümumiyyətlə, yaranandan ona rəsmi iddia verən, təcavüz edən yoxsa, HƏRB, ORDU nəyinə gərəkdir?

Veteran 2020-12-19 23:17:34

Bircə çıxış yolu var.Türkiyə başda olmaqla Bütün XALQ-ORDU-Vətənpərvər azad fikirli insanlarımızla birləşimək ölkə başçısı ilə birlikdə bu rus-erməni şərəfsilərin qoparağını buradan bridəfəlik cəhənnəm etmək lazımdır.Sizə 200 il bəs eləmədimi "cənablar ? " lik

B.Qarabağlı 2020-12-19 14:25:40

Maraqlı epiloq, tələsik predloqdur! Ancaq, dil birliyimizinin çatışmazlığı dərin təhlil tələb edir! Nədən sürətlə irəliləyib itgilər də verdik, sonra dayanıb ... yol verdik? Siyası terminlərdən tələskən, kobud istifadəyə görə də bir sıra haqq-hüquqlarımıza nail ola bilmirik? İşğalçı faşist ağ bayraq qaldırmamış, biz ona çatdırıq ki, kapitulyasiyaya gedirsən? Özünü SİVİL sayan aləm İNSAN HÜQUQLARINI daim meydana qoyduğu halda biz özümüzü "2-ci aşağı sort"a endiririk? Nəticəsi-işğalçı faşistləri aləm və yaxın güc müdafiə edir, bizlərsə daxili hüquqi konsensuz çatışmazlığımıza görə hüquqən günahlandırılırıq?

Qoca 2020-12-19 10:43:56

dediyindən belə alınır ki ruspərəstlər hakimiyətdə möhkəmlətmək üçün rusiyanı ora gəlməsindən çox məmnundurlar.

Səlim 2020-12-19 01:27:19

Ümumiyyətlə Qüdrət bəy dolayısı adamdı, mən belə fikirləşirəm. O dolayısı yolla demək istəyir ki, biz Xankəndinə getmək üçün ya gərək Rusiya parçalanıb dağılsın bir dövlət kimi, ya da ən azından cənab Putin hakimiyyətdən getsin. Bəlkə yeni rus prezidenti ilə dil tapmaq olar? Amma o da sual altına? Deyəsən bizə yenə illər lazım olacaq....!

Culfa 2020-12-18 21:50:30

Noyabrın 8-9 gecəsi Qubadlıda nələr olub, gözləriylə görəydilər, onda görüm yenə də belə danışardılar. Ax, bu siyasətçilər!!! Birinin balası görünmədi ortalıqda... Ancaq ara qarışdırmaqla məşğuldurlar.

Vətəndaş 2020-12-18 13:24:01

Döyüşsüz rus bizə heç nə qaytarmayıb. Cavanlarımızın şəhidlərimizin qanı bahasına düşmən ordusu tam məhv edildi. Şuşa alınandan sonra bir sutkada düşmən 100-ə yaxın kəndi boşaltdı. Yəni 3-5 günə erməni Laçından yola salınacaq idi ki rus özünü soxdu ortaya ermənini qorumağa,bizim başımıza bəla oldu

OQTAY 2020-12-18 13:01:21

Basqa olkelerin,maraqlarini nezere almaq lazim gelmir!!!Millet 30 ildi,qacqin-didergin dusub,evi -esiyi tar-mar olub,ne qeder itgin,sehid,qazimiz olub.Bir maraq,prinsib olmalidir,o da MILLETIN QARABAQA yerlesmeyi!!!Nankor ermeni ,dunyada rusvay bir mexluk kimi tanindi ve redd olsun bu zibiller torpaqlarimizdan!!!

Həsənquliyevə 2020-12-18 12:51:50

Gözəl nağıldır.....konkret faiktlardan uzaq fikirlərdir.

Son yazılar


Новости

Обзор на FairPhone 3

Трудно не быть очарованным смартфоном, который поставляется с отверткой в коробке, особенно когда он такой же маленький и изящный, как тот, который поставляется с Fairphone 3 Plus. На самом деле это единственный аксессуар, который вы получаете вместе с телефоном. Там нет USB-кабеля, нет настенного зарядного устройства и определенно нет наушников в коробке. Эта маленькая отвертка является важным показателем того, что вы получаете с новейшим устройством от устойчивого производителя смартфонов Fairphone. Во-первых, телефон предназначен для того, чтобы быть как можно более ремонтопригодным. Это модернизированная версия прошлогоднего Fairphone 3, одного из двух устройств, получивших идеальную оценку ремонтопригодности от iFixit. Помимо ремонта, Fairphone также пытается использовать этические материалы там, где это возможно, и предлагает хорошие условия работы для людей, производящих его телефоны. Все это благородные цели, и трудно не желать успеха Fairphone. Но желание, чтобы производитель смартфонов добился успеха, означает, что его устройства соответствуют высоким стандартам, потому что именно так он может привлечь самую большую аудиторию и создать самый большой положительный эффект. Однако держать Fairphone 3 Plus в соответствии с этими более высокими стандартами может быть неприятно. При цене € 469 / £425 (Fairphone 3 Plus недоступен для покупки в США, но это примерно $550) он конкурирует по цене с такими моделями, как Pixel 4A (€349 / £349) и iPhone SE этого года (€489 / £399). Это переполненная ценовая точка, в которой Fairphone 3 Plus изо всех сил пытается быть конкурентоспособным. ОБЗОР OFFAIRPHONE 3 PLUS .РЕЗУЛЬТАТ 7 ИЗ 10 Плюсы Легкий для того чтобы отремонтировать Разъем для наушников Поставляется с крошечной отверткой Минусы Низкая производительность Иногда глючит программное обеспечение Так себе камера Прежде чем мы начнем говорить о самом телефоне, стоит немного поговорить о том, как он сделан. Во-первых, 40 процентов пластика, используемого в его конструкции, перерабатывается, как и некоторая часть меди. Он использует золото Снимите заднюю крышку телефона, и вы найдете съемный аккумулятор и набор легкодоступных винтов. Как только вы получите заднюю часть телефона, вы сможете увидеть все конструктивные особенности, которые способствовали этому идеальному показателю ремонтопригодности. Нет никакого неудобного клея или фирменных винтов, удерживающих телефон вместе, просто серия пластиковых застежек и стандартных винтов с крестообразной головкой. Это очаровательно в своей простоте,но это также делает устройство старомодным. По сравнению с большинством современных смартфонов Fairphone 3 Plus представляет собой громоздкую пластиковую плиту. У него большие толстые рамки над и под экраном, странно выступающий наушник и селфи-камера. Если вам нравится технология, которая выглядит как технология, то вы ее оцените, но она далеко не гладкая. Функционально эта конструкция также может быть немного неудобной. Я обнаружил, что Fairphone 3 Plus имеет раздражающую дизайнерскую причуду, когда расположение заднего датчика отпечатков пальцев находится слишком высоко на задней панели телефона, заставляя меня перенастроить захват, чтобы разблокировать телефон. Как правша, он также чувствовал себя немного странно, имея кнопки громкости и питания на левой стороне. С другой стороны, моя соседка-левша любила его. Делайте из этого что хотите. Есть задний датчик отпечатков пальцев,но он неудобно высоко. Да, там есть разъем для наушников. Если отбросить в сторону дизайнерские претензии, то остальная часть внешнего вида Fairphone 3 Plus ничем не примечательна. У него есть ЖК-дисплей 1080p, который не очень яркий с цветами, которые выглядят немного размытыми. Его единственный динамик средний, и, в отличие от многих других телефонов, он расположен на левой стороне устройства, а не внизу. Это место означало, что я случайно покрыл его немного меньше, когда держал телефон в альбомном положении, чтобы смотреть видео, но больше, когда держал его в портретном. Как бы то ни было, вы захотите использовать наушники здесь, так что, к счастью, есть 3,5-мм разъем для наушников, чтобы сделать это проще для вас. FAIRPHONE 3 PLUS НЕ ОЧЕНЬ БЫСТРЫЙ ТЕЛЕФОН С точки зрения производительности Fairphone 3 Plus пыхтит. Он работает на Snapdragon 632 с 4 ГБ оперативной памяти, что переводится в двухлетний чип с таким объемом оперативной памяти, который в наши дни сходит с рук только бюджетным телефонам Android. Заикание-это факт жизни с Fairphone 3 Plus, независимо от того, активируете ли Вы Google Assistant для выполнения быстрой задачи, переключаетесь между приложениями или открываете ящик приложений. Я также столкнулся с парой раздражающих ошибок во время работы с телефоном. Больше всего меня раздражало то, что я не мог найти способ импортировать свои контакты WhatsApp или резервную копию чата. Каждый раз, когда я пытался это сделать, приложение застревало в цикле загрузки, который не заканчивался даже после того, как я оставлял его работать в течение получаса. Я использую бета-версию WhatsApp для Android, но даже в этом случае я никогда не испытывал этого на других устройствах. После переключения Android на жестовую навигацию я также обнаружил, что элементы пользовательского интерфейса на главном экране будут перекрываться друг с другом. Это заставляет телефон чувствовать себя немного дешевым. Включите управление жестами, и элементы пользовательского интерфейса телефона иногда могут накладываться друг на друга. У Фэйрфона большие рамки. Время автономной работы Fairphone 3 Plus не является чем-то исключительным. В большинстве случаев я заканчиваю день примерно с 40 процентами заряда, но это я работаю из дома, поэтому я не занимаюсь чем-то таким интенсивным, как навигация. Время включения экрана сильно варьировалось между минимумом в три и максимумом в пять с половиной часов. При нормальном использовании, я думаю, что это телефон, который продержится примерно один день, но не намного больше. По крайней мере, часть этого устаревшего оборудования можно обвинить в том, что Fairphone 3 Plus по сути является тем же телефоном, что и прошлогодний Fairphone 3. Это сделано специально, поскольку это означает, что любые владельцы Fairphone 3, которые хотят воспользоваться модернизированными камерами Fairphone 3 Plus, могут купить их отдельно в качестве модулей обновления для своего существующего телефона, а не покупать совершенно новый телефон. Это интересный ответ на критику, с которой сталкиваются такие компании, как Apple, за выпуск новых телефонов каждый год, что, по мнению критиков, поощряет ненужные ежегодные обновления. Это замечательная конструктивная особенность, но она создает неудачные компромиссы для конечного устройства. FAIRPHONE 3 ВЛАДЕЛЬЦЫ МОГУТ ПОЛУЧИТЬ НОВЫЕ КАМЕРЫ, КАК ОБНОВИТЬ МОДУЛИ Эти конкретные обновления камеры в Fairphone 3 Plus сосредоточены на его новых датчиках с более высоким разрешением. Задняя камера увеличилась с 12 до 48 мегапикселей, в то время как селфи-камера теперь составляет 16 мегапикселей по сравнению с 8 мегапикселями в прошлом году. Вы по-прежнему получаете только одну заднюю камеру, но, учитывая, насколько низко разрешение и ненужно много вторичных камер, это, вероятно, приемлемый компромисс. Однако, несмотря на улучшение разрешения, общее качество фотографий, сделанных Fairphone 3 Plus, остается в порядке. Возможно, его цена не такая, как у флагмана, но он все равно стоит на 75 фунтов дороже, чем Pixel 4A, среднечастотный телефон, который предлагает очень схожую производительность со своими более дорогими братьями и сестрами. ВИД СЕТКИ 1 из 19 При дневном свете Fairphone 3 Plus имеет тенденцию производить детализированные изображения с большим контрастом. У них есть удар, но иногда это может происходить за счет теневых деталей, и изображения иногда могут выглядеть чрезмерно резкими. Эта комбинация может создать некоторые шумные фотографии. Это особенно заметно в условиях низкой освещенности, когда детали могут быть вытеснены из более темных областей изображения. Это означает, что когда все становится действительно темным, вы можете полностью потерять детали. Однако в целом мне понравились фотографии, которые я получил из селфи-камеры Fairphone 3 Plus. Несмотря на улучшения камеры, Fairphone 3 Plus по-прежнему предлагает среднюю камеру смартфона. Это прекрасно при дневном свете, но вы не получаете большой гибкости, а при слабом освещении изображения могут выглядеть зернистыми и лишенными деталей. Модернизированные модули камеры телефона обеспечивают только средние фотографии. Мне кажется неправильным критиковать Fairphone 3 Plus по тем же показателям, которые мы используем для ранжирования других смартфонов, потому что он прилагает такие усилия в областях, которые не интересуют многих других производителей. Это действительно замечательно, насколько легко разобрать этот телефон на части,и усилия Fairphone по этическому источнику его материалов должны быть одобрены. БЮДЖЕТНЫЙ ТЕЛЕФОН СО СРЕДНЕЙ ЦЕНОЙ Но все эти усилия, какими бы стоящими они ни были, имеют свою цену. С точки зрения устройства, которое находится в ваших руках в конце дня, вы платите больше за меньшую функциональность. Производительность может быть глючной и медленной, а время автономной работы и производительность камеры-средними. Это телефон с шармом, но он далек от стильного, гладкого или любого другого комплимента, который мы бросаем вокруг телефонов других производителей. Если вы кто-то, кто хочет более этичную и устойчивую альтернативу бюджетному устройству стоимостью 200 фунтов стерлингов, то Fairphone 3 Plus обеспечивает это. Он будет обслуживать ваши потребности так же, как и бюджетный смартфон в 2020 году, но с премией по цене, которая отражает его этические материалы и ремонтопригодность. Но не ожидайте, что это будет конкурировать с другими аналогичными по цене телефонами. Fairphone имеет разные приоритеты, и для того, чтобы купить один из его телефонов, вам нужно поделиться ими. СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ: FAIRPHONE 3 PLUS Каждое интеллектуальное устройство теперь требует от вас согласия на ряд условий, прежде чем вы сможете использовать его — контракты, которые никто на самом деле не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали точно подсчитывать, сколько раз вы должны нажать "согласен", чтобы использовать устройства, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Fairphone 3 Plus, вы должны согласиться: Условия предоставления услуг Google Условия предоставления услуг Google Play Политика конфиденциальности Google (включена в ToS) Установка приложений и обновлений: “вы соглашаетесь с тем, что это устройство также может автоматически загружать и устанавливать обновления и приложения от Google, вашего оператора связи и производителя вашего устройства, возможно, используя сотовые данные.” Следующие соглашения являются необязательными: Подписка на рассылку новостей Fairphone означает согласие с условиями предоставления услуг и политикой конфиденциальности Fairphone Анонимные данные о местоположении для сервисов Google "Разрешите приложениям и службам сканировать сети Wi-Fi и близлежащие устройства в любое время, даже когда Wi-Fi или Bluetooth выключены.” Отправляйте данные об использовании и диагностике в Google Кроме того, если вы хотите использовать Google Assistant, вы должны согласиться позволить Google собирать информацию о приложениях и контактную информацию с ваших устройств. Другие функции, такие как Google Pay, могут потребовать дополнительных соглашений. Окончательный итог: четыре обязательных соглашения и не менее пяти факультативных.

Обзор: Motorola razr 2020

Какую разницу дают нам 11 месяцев? Именно столько времени потребовалось Motorola, чтобы повторить оригинальный римейк Razr. За это время Motorola втиснула 5G и улучшила практически каждый аспект телефона. Практически каждый аспект оригинального Razr 2019 года нуждался в улучшении — это был беспорядок. Этот Razr 2020 года в порядке. Но при цене в 1399 долларов это также невероятно дорого по сравнению с любым другим не складывающимся телефоном с аналогичными возможностями. Стоит ли эта цена вообще того, зависит от того, сколько вы готовы отдать, чтобы иметь классный, вызывающий ностальгию флип-телефон со складным экраном. Новый Razr-классный телефон, в этом нет никаких сомнений. И теперь, когда он прошел минимальную планку удобства и качества, я в основном наслаждался его использованием. Но я бы не хотел платить за это. Обзор Motorola Razr: складные флип-флопы 6 ИЗ 10 Плюсы Это классный телефон-раскладушку Полезный внешний дисплей Минусы Дорогой Несогласованная камера Нечетное размещение отпечатков пальцев Не полностью устойчив к воде или пыли Купить за $1,399.99 от Motorola купить за $1,199.99 от лучших купить Razr кажется очень тонким, когда его открывают, но он не тоньше стандартного iPhone Razr кажется очень тонким, когда его открывают, но он не тоньше стандартного iPhone. ДИЗАЙН MOTOROLA RAZR (2020) MotorolaMotorola проделала большую работу, сохраняя классический внешний вид Razr с этой итерацией, вплоть до изогнутых краев и выступающего подбородка внизу. Когда он закрыт, это элегантная, красивая вещь. Открытый, он кажется тоньше, чем есть на самом деле — он примерно такой же толщины, как ваш стандартный iPhone, но общий дизайн имеет тот же дух Razr. Пластиковый экран тоже чувствует себя лучше, благодаря некоторым тонким изменениям в системе шарниров, которые делают его немного прочнее. В середине все еще есть какие-то странные выпуклости, но ни один складной телефон еще не придумал способа избежать этого. Это не самый красивый экран — при 876 х 2142 пикселях он имеет очень высокое соотношение сторон, а в целом его цвет и четкость выглядят средними. Razr складывается полностью ровно, без зазора, в отличие от Samsung Galaxy Z Flip. Шарнир на Razr 2020 года значительно улучшен, сохраняя при этом каплевидную складку. Датчик отпечатков пальцев находится на логотипе Moto на задней панели, но это оказывается неудобным местом для достижения. Motorola также добавила немного больше пружинистости флипу. Вполне возможно, чтобы перевернуть его открытым с одной стороны, но это требует некоторой практики. Как только вы поймете, как это сделать, это будет весело. Razr не может держать себя под таким углом, как Samsung Z Flip, но Z flip не так удовлетворяет, как физическая вещь. Я не хочу замалчивать тот факт, что иметь телефон, который складывается в тонкую, карманную форму, все еще невероятно. Я могу выйти с этой штукой в заднем кармане и не беспокоиться о том, что она застрянет или даже выпадет, когда я сижу (хотя сидеть прямо на ней, вероятно, не рекомендуется). Он просто помещается в карманах и сумках, где большие и высокие телефоны неудобны. Итак, коробка ностальгии проверена. Но это не было проблемой с оригинальной перезагрузкой Razr. Этот телефон 2019 года буквально скрипел и издавал скрежещущие звуки, когда вы его открывали. Этот-тихий и гладкий, за исключением слабого шипения пластикового экрана, скользящего на место, когда вы закрываете его. И в отличие от Samsung Galaxy Z Flip, он закрывается полностью без зазора, так как экран может образовывать каплю внутри самого шарнира. Razr выпускается в трех цветах: золотом, графитовом и серебряном. Задняя часть телефона-плоское стекло с изогнутыми краями, которое приятно на ощупь, но скользко, как и все выходы, и, как ни странно, под ним нет беспроводной зарядной катушки. Лучшее, что вы можете сделать,-это быстрая зарядка USB-C мощностью 15 Вт. Удивительно, но моя главная жалоба на аппаратное обеспечение не имеет никакого отношения ни к шарниру, ни к экрану, а к расположению датчика отпечатков пальцев. Теперь на спине, скрытая в логотипе Моторолы. Оказывается, это неудобное место, прямо посередине телефона, когда он открыт. Это не требует искажений, чтобы достичь его, но это заставляет вас чувствовать себя целым дополнительным шагом. Дисплей быстрого просмотра Razr очень удобен. ПРОИЗВОДИТЕЛЬНОСТЬ И ПРОГРАММНОЕ ОБЕСПЕЧЕНИЕ MOTOROLA RAZR (2020) Нога вверх, которую Razr имеет над другим флип-телефоном на рынке, Samsung Z Flip, - это тот большой дисплей на внешней стороне телефона. Motorola называет его дисплеем "быстрого просмотра", и у него есть несколько функций, которые действительно полезны, но иногда он немного глючит. У него есть два состояния. Большую часть времени он находится в заблокированном режиме, где вы можете долго нажимать значки, чтобы вызвать предварительный просмотр, а затем провести пальцем вверх, чтобы увидеть еще больше предварительных просмотров. Но настоящий ход-это разблокировать телефон, когда он закрыт. Тогда у вас будет доступ к полному интерфейсу Android для уведомлений (включая ответы), видоискателю камеры и даже пусковой установке приложений. ВНУТРИ RAZR НЕ ТАК МНОГО МЕСТА ДЛЯ БОЛЬШОЙ БАТАРЕИ, НО ПРИ НЕКОТОРОЙ ОСТОРОЖНОСТИ ВЫ МОЖЕТЕ ПРОДЕРЖАТЬСЯ ЦЕЛЫЙ ДЕНЬ Вы можете поместить определенные приложения в утвержденный список для дисплея быстрого просмотра, позволяя запускать их на 2,7-дюймовом экране 800 x 600. Большинство приложений для Android прямо ужасны при таком размере, но с его помощью удобно отвечать на сообщение — клавиатура хорошо работает со свайпами. Лучшая часть внешнего дисплея заключается в том, что вы можете использовать его в качестве видоискателя камеры, позволяя вам делать селфи с лучшей из двух камер на Razr. Новый Razr имеет 5G, хотя и не поддерживает более высокоскоростную mmWave-версию 5G (там нет больших потерь). Он также доступен разблокированным и будет принимать стандартную SIM-карту — Две вещи, которые вы на самом деле не могли получить с оригиналом, хотите верьте, хотите нет. Motorola использует процессор, который вы найдете на большинстве телефонов среднего уровня Android (например, Pixel 5 и 4A 5G), Snapdragon 765g от Qualcomm. Он работает в паре с 8 ГБ оперативной памяти и 256 ГБ памяти. В результате всего этого Razr отлично работал в моем тестировании, но я не бросал на него тонну чрезвычайно сложных игр. Процессор также может помочь миниатюрной батарее емкостью 2800 мАч прослужить дольше. Мне определенно нужно было зарядное устройство с этим телефоном к раннему вечеру, но при более легком использовании (в том числе проводя больше времени на внешнем дисплее вместо того, чтобы открывать телефон) я мог видеть, как проходит день. Вы можете использовать лучшую внешнюю камеру для селфи. КАМЕРА MOTOROLA RAZR (2020) На Motorola Razr есть две камеры. Селфи-камера внутри, рядом с экраном, имеет 20-мегапиксельный сенсор, втиснутый в крошечное пространство. Вы должны использовать его для видеоконференций и ничего больше, так как он не очень хорош. К счастью, вы можете легко делать селфи с помощью основной внешней камеры. Он имеет 48-мегапиксельный сенсор, который выдает 12-мегапиксельные изображения. Вы можете использовать один из пользовательских жестов Motorola (в данном случае поворот запястья), чтобы запустить его, а затем фотографировать себя в течение всего дня. ВИД СЕТКИ 1 из 16 Однако, когда вы это сделаете, постарайтесь убедиться, что вы находитесь в приличном освещении. Что-нибудь слишком сложное, и эта в остальном совершенно средняя камера идет немного боком. Тот же совет применим и тогда, когда вы открыли телефон, чтобы использовать камеру как обычно. Я просто не могу точно предсказать, что предпримет Razr. В сумерках он перейдет в ночной режим, даже если в этом нет никакой необходимости. Требуется время, чтобы познакомиться с любой новой камерой, но к этой потребуется немного больше времени, чтобы привыкнуть, чем к большинству, чтобы узнать ее причуды. Как и в большинстве телефонов, вы можете получить действительно хорошие фотографии из Motorola Razr 2020 года в правильных условиях. В большинстве случаев цвета немного приглушены, и в деталях нет особой резкости, а затем из ниоткуда он выдувает цветок без особой причины. Время от времени это будет серьезно впечатлять меня, как в случае с закатом, снятым в галерее наверху. В основном, однако, это просто нормально, в том числе для селфи и особенно при слабом освещении. В целом, эта штука в основном достаточно компетентна для Instagram. Добавьте все это, и у вас есть камера, которая является значительным улучшением по сравнению с камерой на Razr 2019 года и значительным разочарованием по сравнению с камерой практически на любом телефоне Android, который стоит 600 долларов или больше (не говоря уже о 349-долларовом Pixel 4A). Motorola Razr 2020 года выпуска с 5G Я чувствую себя как заезженная пластинка, когда дело доходит до обзора складных телефонов, но здесь все равно идет. В какой-то момент я должен поверить, что стоимость этих гибких экранов и тщательно спроектированных петель снизится. Если бы они это сделали, то такое устройство, как Razr 2020 года, было бы вполне приемлемым телефоном среднего уровня. Если судить точно так же, как по телефону, то на Razr нет ничего выдающегося. Камера могла бы быть лучше, но в остальном она имеет приличное время автономной работы, производительность и даже качество сборки. Если судить по флип-телефону, то Razr занимает свою собственную хорошо продуманную нишу рядом с основным конкурентом, более Хо-хумовым, но во многих отношениях лучшим Galaxy Z Flip. Я думаю, что за 1400 долларов вы получите телефон, который будет потрясающим почти во всех возможных отношениях, а не только с классным дизайном и удовлетворительным флипом. За полцены я был бы в десять раз более взволнован. При такой цене Razr 2020 года слишком резко сокращает любой разумный бюджет. СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ: MOTOROLA RAZR (2020) Каждое интеллектуальное устройство теперь требует от вас согласия на ряд условий, прежде чем вы сможете использовать его — контракты, которые никто на самом деле не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали точно подсчитывать, сколько раз вы должны нажать "согласен", чтобы использовать устройства, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Motorola Razr, вы должны согласиться: Политика Конфиденциальности Motorola Условия предоставления услуг Google Политика конфиденциальности Google (включена в ToS) Установка приложений и обновлений: “вы соглашаетесь с тем, что это устройство также может автоматически загружать и устанавливать обновления и приложения от Google, вашего оператора связи и производителя вашего устройства, возможно, используя сотовые данные.” Следующие соглашения являются необязательными: Использование местоположения: "Google может периодически собирать данные о местоположении и использовать эти данные любым анонимным способом для повышения точности определения местоположения и услуг на основе определения местоположения.” Разрешить сканирование: "разрешить приложениям и службам сканировать сети Wi-Fi и близлежащие устройства в любое время, даже если Wi-Fi или Bluetooth выключены.” Отправка данных об использовании и диагностике Доступ к местоположению перевозчика Кроме того, если вы хотите использовать Google Assistant, вы должны согласиться позволить Google собирать: Информация о приложении с ваших устройств Контактная информация с ваших устройств: "эти данные могут быть сохранены и использованы в любом сервисе Google, где вы вошли в систему, чтобы предоставить вам более персонализированный опыт. Вы можете просмотреть свои данные, удалить их и изменить настройки по адресу account.google.com” Другие функции, такие как Google Pay, могут потребовать дополнительных соглашений. Окончательный итог: четыре обязательных соглашения и не менее шести факультативных.