"BU, ANKARANIN RUSİYA VƏ ERMƏNİSTANA MESAJIDIR Kİ..." - "Akarın ilin son gününü Azərbaycanda keçirməsinin xüsusi əhəmiyyəti var”

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Ümit Dündar və Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir.

Bu gün onlar müdafiə naziri Zakir Həsənov və Prezident İlham Əliyevlə görüşüb.

Türkiyə hərbi elitasının Azərbaycana səfərini şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Hulusi Akarın ilin sonuncu gününü Bakıda keçirməsinin xüsusi əhəmiyyəti var:

“Birincisi, Türkiyə hərbçilərin Qarabağa gəlişi başlanıb və Hulusi Akarın iştirakıyla keçirilən tədbirdə bunun xüsusi vurğulanmasına ehtiyac var idi.

İkincisi, bu Ankaranın Rusiya və Ermənistana mesajıdır ki, “Türkiyə ordusu artıq Qarabağda yerləşib”.

Üçüncüsü, Hulusi Akar telefon vasitəsilə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan, Rusiya və Ermənistan auditoriyasına bu mesajını ötürdü: “Türk əsgəri “ölsəm şəhid, qalsam qazi” anlayışı ilə ölkəmizdə və bütün dünyada, başda da Azərbaycanda ona verilən vəzifəni qüsursuz yerinə yetirəcəkdir””.

Politoloq qeyd edib ki, Ermənistan rəsmiləri və müxtəlif siyasətçiləri illərdir Rusiyaya yalvarırdılar ki, Türkiyənin bölgədə yerləşməsinə imkan verməyin: “Bəlkə də Kreml müharibəyə qədər İrəvanın bu yalvarışlarına qulaq verirdi, ancaq hazırda Kreml sahibi özü də etiraf edir ki, heç bir qüvvə Türkiyə-Azərbaycan ittifaqına və Türkiyə ordusunun Azərbaycanda yerləşməsinə mane ola bilməyəcək”.

E. Şahinoğlu hesab edir ki, Azərbaycan üçün yeni dövr başlayır:Rusiyalı hərbçilərin erməni separatçılarla birgə Dağlıq Qarabağdakı fəaliyyətləri nəzarət altına alınmalı və məhdudlaşdırılmalıdır. Bu vəzifəni Azərbaycan və Türkiyə hərbçiləri birgə yerinə yetirəcəklər. Ağıl oyunlarının mürəkkəb dövrünə qədəm qoyuruq və 44 günlük müharibədə olduğu kimi bu mübarizədə də qalib olmalıyıq!”

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2021-01-01 17:45:11

Siyasi şərhə görə çox sağ olun.

Veteran 2021-01-01 17:45:11

Siyasi şərhə görə çox sağ olun.

Veteran 2021-01-01 17:44:18

Eşq olsun qardaş Türkiyə dövlətinə!

Eli 2021-01-01 13:47:30

Moşu müellim bu Azpolitika bu “arxa kömeksiz qardaşlar” haqqında geden yazını maksimum bşr iki saat saxlayır guya millwt bilmir ki bunlar kimdir ve hansı meqsede qulluq edirler.Bir defe BTİ desen besdir .Bunlara da dayan deyilecek yeqin ki.

Moshu 2021-01-01 10:05:28

Ilk öncə “Azpolitika”nı Yeni 2021-ci il münasibətilə təbrik edirəm, qələmi iti olsun, saytı daha oxunaqlı etsinlər, informasiya məkanında öz layiqli yerini tutsun, gələcək işlərinizdə uğurlar arzulayıram. Ötən il ərzindəki fəaliyyətinizlə bağlı dərc etsəniz də, etməsəniz də bəzi xatirimdə qalan nüansları nəzərinizə çatdırmaq istərdim. Məs., deputat Malik Həsənovla bağlı verilən yazıya münasibət bildirilən şərhdən sonra bu yazı tamamilə saytdan çıxarılmışdır. Konkret bu yazıya “oxucu” tərəfindən verilən şərhi bir kimsə varsa onun açılışını verməsini xahiş edərdim. “Hokumetin bezi ........., serf etmir Turkiye qoshunlarinin Daqliq Qarabaqa gelishine, chunki, ........Putinden telimatlar aliblar bu ...........” Arzu etməzdim ki, zərrə-zərrə yığdığınız nüfuzunuzu bir anda itirəsiniz. Sizə böyük uğurlar arzulayıram. Güman edirəm ki, əməkdaşlığımız bundan sonra da uğurla davam edəcək.

Eli 2021-01-01 03:04:09

Türkün türkden başqa dostu yoxdur Allah TürküTürkiyyeni büyün türkleri ve Azerbaycanı qorusun.İnşaallah Amin!

Tahir 2021-01-01 01:11:27

Bir millet iki dövlet birliyine hec bir maneye bata bilmez.

vetendash 2021-01-01 00:31:54

Bu videoya baxin , https://www.youtube.com/watch?v=DdgJaC4ATNI

yuksek rutbeli zabit 2020-12-31 23:59:14

Azerbaycanda Xalq arasinda bir Atalar Misali var : " Bu adamdan gozum su ichmir " - izahi beledir ki, bu adama etibar yoxdur, chunki, shubheli ishlerle meshqul olur, bu Atalar Misalinin Zakir Hesenova aidiyyeti olduqu bildirilir Internetde.

oxucu 2020-12-31 22:31:07

Hokumetin bezi ........., serf etmir Turkiye qoshunlarinin Daqliq Qarabaqa gelishine, chunki, ........Putinden telimatlar aliblar bu ...........

Kipcak 2020-12-31 19:18:37

Turk ordusuna ruslar maneələr törədən biridir və nə gedər çox olsalar Azərbaycan üçün xeirdir

t.ədalət 2020-12-31 18:55:25

Türkiyə-Azərbaycan birliyinə mane olmağa çalışanlar var.Deputat Zahid Oruc və onun ardıcılları olan "beşinci kolon" bu müqəddəs birliyi ermənilərin arzusu ilə yaralamağa çalışırlar.

Xalq 2020-12-31 18:46:52

Xoş gəlmisiniz qardaşlar!

Son yazılar