"Ola bilsin ki, hansısa məcburi köçkün işğaldan azad edilən yerə qayıtmasın və bu da onun şəxsi seçimidir. Mövcud qanunvericiliyə uyğun olaraq təbii ki, onun məcburi köçkün statusu ləğv ediləcək. Bunun da nəticəsində məcburi köçkün və onlara bərabər tutulanlara şamil edilən imtiyazlar öz qüvvəsini itirmiş olacaq".
Musavat.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, mövcud qanunvericiliyə məcburi köçkünlərlə bağlı dəyişikliyin edilməsi istisna deyil: "Buna zərurət yaranıb.


Şərhlər
verilmiş evlər qalmalıdır onlarda. Kim də istəsə qayıdsıb getsin. Yaşlı təbəqə qayıdacaq. Ancaq verilmiş evi almaq düz çıxış yolu deyil.
Qaçqın deyiləm,sadəcə bizimlə qaçqın işləyir. Gəlib 10 yaşından 30 il vaqonda yataqxanada yaşayıb,keçən il şəhərdən uzaq bir yedə mənzil veriblər. 1 uşağı var o da burada doğulub böyüyüb. İndi bu evi bu tək qadının əlində almaq nə qədər ədalətli qərar olacaq? Dövlətimizin xalqımızın pulu ilə tikilmiş mənzildir. Şayiələr gəzir ki bu mənzillər onlardan alınıb vətən uğrunda döyüşənlərə veriləcək. Ancaq burada başqa yolla da bunu həll etmək olar. Yüz milyonlarla milyardlarla pulu oğurlamış məmurlardan alıb bu məsələni həll etmək olar