VÜQAR SƏFƏRLİ HƏBS EDİLDİ - Milyonların mənimsənilməsində ittiham olunur

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq demokratik cəmiyyətin əsas atributlarından olan kütləvi informasiya vasitələrinin inkişafı da daim diqqət mərkəzində saxlanılır.

Bununla yanaşı, bu mühüm sahə üzrə dövlətin dəstək siyasətinə öz qanunsuz əməlləri ilə kölgə salan vəzifəli şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunması istiqamətində prokurorluq orqanlarının məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, “Portos” MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2” aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi “Futbol+Qol” qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəyib, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd edilən korrupsiya şəbəkəsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri və dövlətə vurulan ziyanın bərpa olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Oxucu 2021-01-25 21:38:01

Vüqar Rəhimzadə - Vüqar Səfərlinin dostu idi .....Dostluğun kökündə nə dururdu ?

Roma 2021-01-16 04:44:52

Dəqiq araşdırma aparılsın və korrupsiyada, maliyyə oğurluqlarında əli olanlar, Əli həsənov, Azay Quliyev və s. günahları varsa əmlakları müsadirə, özlərini də daş karxanalarına...

Dövlətimizi sevən 2021-01-15 21:15:59

Məmurların iş prinsipi eynidir, hamısının son 10 - illik fəaliyyəti yoxlanılmalıdır, xüsusilə Şəki İH - i ? Onların külli miqdarda pul əldə etmələri gələcək dövlətçiliyimiz üçün təhlükə mənbəyidir ?

Dövlətçi 2021-01-14 23:06:46

KİV yazmağı və əhalinin danışmağına görə keçmiş Qaçqınkom Ə.Həsənovu BP KQMİ, HP və Qaçqınkomun daxili yoxlamaları yoxlayıb: onun iki milyard (2 000 000 000) manat astronomik pul kütləsini oğurladığı məlum olub!!! Pandemiya və müharibə sıyrılmış qılıncı ləngidib yəqin...

Cəmşid Dərələyəzli 2021-01-14 22:43:55

Təbii ki, Əli müəllim Vüqar haqqında susacaq. Əksinə, yəqin ki, Vüqar hüquq mühafizə orqanlarına Əli müəllim haqqında danışmamış deyildir. Əli Həsənovun çətəsinin üzvü olan Vüqar kimiləri maddi tərfdən çox mənəvi cəhətdən də bu ölkəyə 20 ildən çox zərər vurdular. Yetmədi son üç ildə onlar trolları vasitəsi ilə ölkəni döyüş poliqonuna çevirib, Ölkə Başçısını xaricdən söydürməklə məşqul oldular. Ona görə də Əli Həsənov başda olmaqla bütün o çətə üzvləri müyyən edilərək qanun qarşısında cavab verməlidirlər ki, yeni gələnlərə də bir dərs olsun.

Nailə 2021-01-14 22:29:24

Bu gūnə kimi Şura Əli Həsənovun oğlunun Fikrət Əmirov kūçəsi 1 ūnvanında yerləşēn ofisində fealiyyət göstərir. Yəni DDŞ də Əli Həsənovundur. Azay Quliyevə 12 ildir ki faizə verib

Sami 2021-01-14 22:23:40

Yeqin ki, indi növbə QHT-lərə Dəstək Şurasınındır. Ora Fərasət Qurbanovun açıq bazarıdr. Layihələr 30 faiz otkatla satılır. Azay Quliyev və icraçı direktor artıq oliqarxa çevriliblər. Dəfələrlə saytlarda Azay mūəllimin varidatı sadalanıb. Təəssūf ki araşdıran yoxdur.

vətəndaş 2021-01-14 19:55:01

Bəs, QHT-lərə Dövlət Dəstəyi Şurası? Vüqar Səfərli korrupsiya əməllərində Əli Həsənovun sol əli idisə, Azay Quliyev sağ əlidir. Elə bilirsiniz Şuranın icraçı direktoru və sədri Vüqar Səfərlidən az pul "yeyirl". Əksinə, Şura Əli Həsənova daha yaxın, daha da korrupsiyalaşmış təşkilatdır.

Roma 2021-01-14 19:33:36

Vüqar Səfərli: "Qaz vur, qazan dolsun" prinsipi ilə hərəkət edib. Maraqlıdır heç bir qorxu-hürkü canlarında yoxdur, çox qəribədir...

ejder 2021-01-14 16:41:04

malades,,iyneterapiyadan sonra buraxacaqlar digerleri kimi

Roma 2021-01-14 16:12:07

Görün aramızda neçə-neçə belələri vardır. Torpağı qəsb olunmuş, xalq, millət nə hayda, bu nankorlar da bir tərəfdən daraşıb xalqın qanını sorur...bir sözlə Allah Şəhidlərimizə rəhmət, Qazilərimizə şəfa, belə xislətlilərə isə ölüm versin...

Son yazılar