“BELƏ OLSA, MÜNAQİŞƏ HEÇ VAXT HƏLL OLUNMAYACAQ...” – “Şuşada və Laçında dağ-desant diviziyaları yerləşdirməliyik”

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Lavrov Qarabağda yerləşmiş Rusiya sülhməramlılarının statusunun müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını söyləyib. Bu barədə nə deyə bilərsiniz?

- Biz Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun verilməsinə imkan verməməliyik. Çünki bu ən azı uzun onillər ərzində bizə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyə imkan verməyəcək. Qərbin Rusiya ilə münasibətlərində ciddi problemlərin olmasına baxmayaraq, Qərb ermənilərə dəstək müqabilində Rusiyanın Azərbaycanla zorakılıq dilində danışmasını və Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunmasına imkan verməməsini alqışlayacaq. Çünki başa düşürlər ki, Rusiya neytrallığını saxlayıb, 44 günlük savaşda Ermənistana əsgəri dəstək verməməklə, özünün Türkiyə, İran və Ermənistanla dəmir və avtomobil yollarının açılmasına şərait yaratsa da, onun əsl hədəfi Ermənistandakı "sorosçu" hakimiyyət idi. Mən də zamanla Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsini Qarabağın azadlığı üçün bir şans kimi qiymətləndirir, Azərbaycan iqtidarını Ermənistanın "sorosçu" hakimiyyəti faktorundan maksimum yararlanmağa çağırırdım. Əgər yaxın tarixə ekskurs etsəniz, görərsiniz ki, bununla yanaşı, onu da təklif edirdim ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarının bərpa olunması naminə, Rusiyanın münaqişədə neytrallığını təmin etmək üçün, onun Azərbaycanda, Qəbələdəki kimi, hərbi baza yaratmasına da razılıq vermək olar. Rusiya özünün Azərbaycanda mövcudluğunu sülhməramlı hərbi iştirakda görürsə, maraqlı olmayacaq ki, Azərbaycan Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etsin və münaqişə həll olunsun. Çünki onun Azərbaycanda hərbi mövcudluğu bu münaqişəyə bağlıdır. Bu acı həqiqətləri dediyim üçün bəzi gerizəkalılar məni "rusiyayönümlü" siyasət yürütməkdə ittiham edirlər. Vaxtilə mərhum Prezident Əbülfəz Elçibəy də Rusiyanın Qarabağ savaşında neytrallığını təmin etmək üçün bizim İranla sərhədlərimizi Rusiya ilə birgə qorumağa razılıq vermişdi. Hətta rusiyalı jurnalistlərə verdiyi və ORT kanalında yayımlanan müsahibəsində həmin sənədi Prezident kimi parafladığını da qeyd etmişdi. Hər kəs həmin müsahibə ilə "YouTube"da tanış ola bilər. Məhz bu səbəbdən Qarabağdakı Rusiya sülhməramlılarına beynəlxalq status verilsə və onların Azərbaycanda qalması bizim yox, beynəlxalq birliyin qərarından asılı olsa, münaqişə heç vaxt həll olunmayacaq və biz Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edə bilməyəcəyik.

Q.Həsənquliyevin barəsində söz açdığı müsahibə

- Türkiyənin proseslərdə iştirakı 44 günlük savaş dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəif görsənir...

- Türkiyə bizim qardaşımızdır. Amma qardaşlarımızın bizdən başqa da çoxlu problemləri və imkanlarının müəyyən həddi var. Türkiyə düzgün olaraq Qarabağa görə Rusiya ilə açıq qarşıdurmaya getmir. Çünki həm bunun nəticəsi uğurlu olmaya bilər, həm də onun NATO üzrə müttəfiqləri ermənilərə görə Türkiyəyə qarşı çıxıb, Rusiyanı dəstəkləyəcək. Türkiyə ilk gündən Rusiya ilə anlaşma çərçivəsində bacardığı hər şeyi etdi və edir.

- Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etmək üçün nələri etməliyik?

- İlk növbədə Prezidenti kənar təzyiqlərdən qorumaq üçün birliyimizi saxlamalı və onu müdafiə etməliyik. İkincisi, azad bazar münasibətlərinə əsaslanan və rəqabətədavamlı iqtisadiyyat, güclü peşəkar ordu qurmalıyıq. Bazar iqtisadiyyatını dəstəkləyən qanunlarımız olduğu üçün Dünya Bankının "Doing Business" hesabatı üzrə ön cərgədəyik, amma qanunlara əməl olunmasında problemlərimiz olduğu üçün ölkə iqtisadiyyatına investisiya qoyuluşu artmır. Bu istiqamətdə problemlərin həlli üçün Prezidentin tapşırıqları yerinə yetirilməli, müvafiq islahatlar həyata keçirilməlidir. Dağlıq Qarabağ ətrafındakı rayonlarımızın qısa zamanda bərpasına və məskunlaşmasına nail olmalıyıq. Daha çox diqqət Laçın və Kəlbəcərin inkişafına yönəldilməlidir. Bu rayonların kənd sakinlərinə pul verilməlidir ki, gedib evlərini bərpa edib heyvandarlıqla məşğul olsunlar. Kəlbəcərdəki "İstisu" turizm mərkəzinin - sanatoriyasının yaxınlığında hava limanının tikintisinə başlamalı, Şuşada və Kəlbəcərdə Ordumuzun ən güclü dağ-desant diviziyaları yerləşdirilməlidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını 44 günlük savaş və coğrafiya müəyyən edib. Bizə qalır onun ətrafını məskunlaşdırıb güclü iqtisadiyyat qurmaq, ətrafda hərbi baxımdan möhkəmlənmək. Dağlıq Qarabağla iqtisadi və insani əlaqələr öz işini görəcəkdir. Bunlarla yanaşı, qətiyyətli xarici siyasət aparmalı, Rusiya ilə əlaqələr yüksək səviyyədə saxlanılmalı, Türkiyə ilə daha da yaxınlaşma siyasəti davam etdirilməlidir. Rusiya ilə bütün problemlərin strateji əməkdaşlıq ruhuna uyğun, danışıqlar yolu ilə çözülməsinə çalışmalıyıq.

- Mühacir tənqidçilər möhtəşəm qələbəmizi kənara qoyub, yalnız Rusiya sülhməramlılarından danışırlar...

- Fransada və ABŞ-da oturub hansı mövqeni sərgiləyəcəklər ki? Nə tapşırılır, onu da danışırlar. Onların dediklərinə əhəmiyyət vermək lazım deyil. Kiçik bir araşdırma aparın. Onlar hətta müharibə başlayana bir gün qalana qədər deyirdilər ki, İlham Əliyev heç vaxt müharibə edə bilməz. Yaxud deyirdilər ki, Azərbaycanı Rusiya idarə edir. İndi isə deyirlər ki, amandır, Rusiya sülhməramlıları gəlib və Azərbaycanın daxili və xarici siyasətinə təsir edəcək. Özləri özlərinə sual vermirlər ki, əgər dedikləri kimi Azərbaycanı Rusiya idarə edirdisə, onda nədən narahatdırlar? Onların hay-həşiri dövlətçiliyimizlə bağlı narahatçılıqdan yox, daha çox kənar sifarişlərdən və hakimiyyət uğrunda mübarizədən qaynaqlanır. Əslində hamısı başa düşür ki, İlham Əliyev nəyə nail olub. Bizim Ordumuzun döyüş meydanında göstərdiyi şücaəti İlham Əliyev diplomatik müstəvidə göstərib. İndi biz dedi-qodulara baş qoşmadan növbəti qələbəmiz üçün hazırlaşmalı və əlverişli beynəlxalq vəziyyətin yaranmasını gözləməliyik.

Yeri gəlmişkən mənim "adi silahlarla döyüş meydanında məğlub olacağı təqdirdə Rusiyanın kiçik başlıqlı nüvə silahından istifadə edə biləcəyi" barədə fikirlərimi "təhlil" edən artist kütbeyinlər gedib Rusiyanın hərbi doktirinasını və müasir dünyada baş verənləri təhlil emək gücünə sahib olmaları üçün siyasi ədəbiyyatı oxuyub, zorakılığa söykənən beynəlxalq siyasi prosesləri izləsinlər. Bu gün özünü dünyanın ən demokratik ölkələri hesab edənlər belə rəqiblərini kiçik başlıqlı nüvə zərbələri ilə hədələyirlər. O cümlədən bizim qonşu İranı.

(Moderator.az)

635x100

Şərhlər

Hafiz 2021-01-26 15:29:07

Azərbaycanın talehi sənlik deyil, vəssalam.

Hafiz 2021-01-26 15:27:14

Qüdrət cən öz gələcək taleyini fikirləş

Vətəndaş 2021-01-22 07:36:13

Anti-milli deputat yenə insanların,cəmiyyətimizin fikirlərini təhqir edir

Fərhad 2021-01-21 21:14:32

Rusdan medal,orden alanların hamısı ... 5-ci kolondrlar.Niyə onlar ortaya çıxarılıb ifşa olunmurlar.Deməli torbada pişik var.Bu isə ölkəy baha başa gəlir.

Həmid 2021-01-21 16:27:29

...deputat olmaq kresloda olmaq o demək feyil hamıdan ağıllısan. Nə olsun Paşimyan ... biridir,ancaq düşmən dövlətin prezidentidir. Bu o demək deyil ki paşinyan ən ağıllı ermənidir...

Qudret NAQIL DANISHMA........ 2021-01-21 16:21:03

Azerbaycan Ordusu Xankendine DAXIL OLMUSHDU, eger CESARETIN VARSA, CAVAB VER, NIYE, Bakidan ƏMR VERILDI : ÇIX !!! GERI !!! , bunu IZAH ET Azerbaycan XALQINA , 3000 nefer Şehidler verildi NIYE ??????????

Oxucu 2021-01-21 15:51:25

Bu cür şərhlərdən sonra da bu sayt bu ağıllıdan əl çəkməyəcək. Ayıbdır axı! Özünüzə hörmət edin!

Qüdrət Həsənquliyevə 2021-01-21 13:06:18

Kimdir hkumətin əl-qolunu bağlayan? Yığılmısınız bir topa boşboğaz Milli Məclisə,günləri havaya verirsiniz.Hanı sizin qətiyyətli qərarlarınız?Yalnız sadə insanlara cərimə təsdiqləməklə məşğulsunuz.Heç utanırsınız?Vətənin bu günündə hanı sizin vətənpərvər,ciddi,kəslinqərarlarınız?boşboğazlıqla ayda 5-6 min maaş necə sizinboğazınızdan keçir?.ı

Səlim 2021-01-21 13:00:57

Bunu əgər bilirsinizsə kim sizin əl-qolunuz bağlayır.Yerləşdirin də! Rusdan qorxaraq Türkiyəni dəvət etmirsiniz.Bəs nəyi gözləyirsiniz?Gecikmirsiniz?

nə bilim 2021-01-21 10:20:43

Qüdrət Həsənquliyevi oxuyanda və ya dinləyəndə özümü azərbaycan xalqına xəyanət etmiş kimi hiss edirəm.

Əli 2021-01-21 07:15:21

Deyəsən bu qüdrət həsənquliyev bizim yox, rusun əmisioğludur

Geri zəkalı 2021-01-21 00:22:55

Ay irəli zəkalı siz öz yerinizi kreslonuzu var-dövlətinizi qorumaq üçün rusa yalvarırsınız...Sizdən olsa siz rus hərbi bazasımı Bakıya da gətirəcərsiniz. Sənin dediklərin bundan xəbər verir

Eli 2021-01-21 00:16:27

Rehmetlik H.Eliyev men bilen Naxçıvanda AM sedri olanda rusları üzletine güle güle çıxartdı Problem de omadı bı günedek.Bu gün de aparılan siyaset onun davamıdır.Mence nu bes eder.Türkiyye de söxünü deyüb be dediyinin üstünde durub.O ,ne Rusiyyadır ne Fransa me de ABŞ onun sözü de özü kimi kişisözüdür Mence menasız müzakirelere ehtiyac yoxdur.

Xalq 2 2021-01-20 22:51:52

Niyə Türkiyəni baza qurmağa çağırmırsınız? Türkiyə məsələni mütləq həll edcəkdi!

Xalq 2021-01-20 22:48:42

danışıqlar iki dəfə olub. Bu danışıqlarda masaya niyə Ərdoğanı aparmadınız ki, indi belə çətin vəziyyətdə qalaq hə? ...

Vətəndaş-1 2021-01-20 21:21:18

Urusdan niyə əl çəkmirsən

Türk 2021-01-20 19:57:25

Bu nə danışır? .

M.Əsgərov 2021-01-20 19:54:58

keçmiş dağlıq qarabağda daxil( dq-ı rayonların birinə birləşdirməklə) inzibati ərazi idarəetmə sistemi ilə ərazi bölgüsü aparmaqla məsələyə yəni dağlıq qarabağın sttusuna son qoymaq olar

Oxucu 2021-01-20 19:11:32

Mənim fikrimcə Azpolitika saytı vətənpərvərlik nöqteyi-nəzərindən Azərbaycan media məkanında birincidir. Buna görə də hər-hansısa sayta həmişə iqtidarda olanların müsahibələrini tirajlamaq, bu saytın reytinqinə zərbə vurmaq deməkdir. Bu cür tirajlamalara son qoyun!

vətənindaşı 2021-01-20 18:07:03

Не пренебрегай врагами--они первымизамечает твои погрешности--наши действителные врвги--в нас самих

Son yazılar