"Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət əsas müzakirə mövzularından biri olacaq" - Rusiya XİN

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 26-da keçiriləcək görüş öncəsi yaydığı məlumatda bildirilib.

Məlumatda Rusiya-İran XİN başçılarının müzakirə edəcəkləri mövzular açıqlabıb. Bildirilib ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında vəziyyət əsas müzakirə mövzusu olacaq.

Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq.

“Qarşılıqlı faydalı əməkdaşlığın tədricən inkişafı, Rusiya və İranın əhəmiyyətli potensiallarının birləşdirilməsi təkcə hər iki dövlətin mövqeyinə müsbət təsir göstərmir, eyni zamanda, Cənubi Qafqaz regionunda, Yaxın və Orta Şərqdə vəziyyəti yaxşılaşdırır və orada sülh və sabitliyi təmin edir”, - deyə Rusiya XİN-in məlumatında vurğulanıb.

635x100

Şərhlər

Seyid Ənhu 2021-01-25 18:44:17

200 il öncə də eynən belə edib, baş-başa verib xısınlaşaraq Azərbaycanı öz aralarında böldülər. İKİSİ DƏ DÜŞMƏNDİR! VƏ HEÇ ZAMAN BUNLARDAN XEYİR GƏLMƏYƏCƏK.AMMA UCA ALLAH HİYLƏLƏRİ POZANDIR. TAM ƏMİNƏM Kİ, BU ÇANAQ ÖZ BAŞLARINDA ÇATLAYACAQ.

t.ədalət 2021-01-25 18:38:16

Bu lavrov-kalantaryan dərəni xəlvət görüb bildiyi kimi sarsaqlayır.

Xalq 2021-01-25 15:39:00

Axı niyə Qarabağı hər yerindən duran müzakirə etməlidir? Niyə bu "dost" dövlətləri bizim XİN-nin rəhbərliyi yerində otuzdurmur? Yerdə qalan torpaqlarımız da düşmənin əlindən alınmalıdır!

Son yazılar