“Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeytsdən bədbin proqnoz

“Microsoft” şirkətinin təsisçisi, dünyanın ən acgöz və varlı insanlarından biri olan Bill Qeyts COVID-19 pandemiyasının hələ başlanğıc olduğunu bildirib.

O, bu fikirləri Almaniyanın “Süddeutsche Zeitung” nəşrinə müsahibəsi zamanı səsləndirib. Milyonçu hesab edir ki, dünya hələ növbəti pandemiyaya hazır deyil.

“Ümid edirəm ki, iki ildən sonra vəziyyət başqa cür olacaq. Vaksinlər, dərmanlar, testlər, xəstəxanalar – hamısı hazır olacaq. Pandemiya artıq həyatımızın bir hissəsinə çevrilib. Dövlətlərin vəzifəsi öz vətəndaşlarını qorumaqdır. Əgər hazırlıq daha yaxşı aparılsaydı, vəziyyət başqa cür olardı. Biz bundan düzgün nəticələr çıxarmalıyıq. Çünki növbəti pandemiya on dəfə daha ağır ola bilər”, - deyə Qeyts bildirib.

635x100

Şərhlər

vətəndaş 2021-01-27 23:09:19

Bu giydirme hər şeyi özü planlaşdırılır deyesen

Asif 2021-01-27 22:54:26

Bu şarlatın proqnazları verilməsə yaxşıdır. Bu məxluq insanlığın düşmənidir

Zeynal78 2021-01-27 22:45:21

Dəccal

Helime 2021-01-27 22:19:09

Bu adami gorende, esebleshirem. Kimsen? Falchisan, uzaqgorensen, nesen? Sen hardan bilirsen ne olacaq? Vaksin meselesinde , gor ne qeder pul qazanib ki, pandemiyalar xoshuna gelib. Insanlarin esebleri ile oynayir. Ne olacagini Allahdan bashqa kimse bilmir.

Son yazılar