Menu

İşdən çıxarılan nazir müavini danışdı - "Bu, zarafat məsələ deyil"

01.02.2021, 16:16
İşdən çıxarılan nazir müavini danışdı - "Bu, zarafat məsələ deyil"

Təhsil nazirinin müavini  işdən çıxması ilə bağlı açıqlama verib. Unikal.org-a danışan M.Vəliyeva bildirib ki, hazırda vəziyyəti yaxşıdır:

“Bir müddət öncə vəzifəmdən ayrılmaq qərarını verdim. Bu, zarafat məsələ deyil. Səhhətimdə yaranan problemə görə istefa verdim. Hazırda sağlıq durumum yaxşıdır. Müalicəm davam edir”.

Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, Məhəbbət Vəliyevanın tutduğu vəzifədən azad olunması bərədə  "AzPolitika.info"  təxminən bir ay öncə məlumat vermişdi. 

Şərhlər

pensioner 2021-02-01 19:13:33

2014-cü ilə kimi fəaliyyəti olmayəb?

Xin-deki müavinler 2021-02-01 17:02:04

bircä qaldı xarici işlər nazirliyində naftalin iyisi verən müavinlər, xalafov, azimov, mammed-kuliyev, ramiz gasanov ve digerleri... fariz rzayev ise tazedir, amma bashi köhnelerin başı kimi işleyir, yani getse pis olmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol