"KİMSƏN SƏN? GET ÖZ İŞİNLƏ MƏŞĞUL OL..." - Prezidentdən Elman Rüstəmovun fikirlərinə sərt reaksiya

"Mənim münasibətim buna mənfidir. Özü də mən deyim nəyə görə. Birincisi, bu, özbaşınalıqdır. Belə açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı mənim tərəfimdən bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. 

Mən demişdim ki, bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki biz kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özü üçün hansısa bir ofis, yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində "Cənab Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi Bankın sədri Şuşada təmsil etdiyi qurumun nümayəndəliyinin açılacağını bildirib və bu məsələyə münasibətinizi öyrənmək istəyərdik" sualına cavabında Prezident İlham Əliyev deyib.

"İkincisi, biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır.

Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə, yerli qurumlar bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma – hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. 

Yəni, bu ardıcıllıq budur. Bu işlər görüləndən sonra infrastruktur layihələri icra edilməlidir. Axı infrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yox, yoxdur, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. 

Mən artıq göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox. “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. 

Yoxsa biri oradan duracaq deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bir. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq. Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək, amma kim oraya gedəcək. Orada adam yoxdur.

Şuşa şəhərinə gəldikdə, Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq bizim soydaşlarımız da, onlar bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Başqa orada bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki, çoxdan öz ömrünü bitiriblər, orada da 2 min erməni yaşayırdı.

İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da ki, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və insanların buna hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə..."


dib.

635x100

Şərhlər

İ.Mustafaoğlu 2021-02-03 16:18:12

Cənab Prezident, Sizi xalq istəyir və ətrafınızda sıx birləşib. Siz özününzü dövlət əmlakını talamaqdan doymayan məmurlardan qoruyun...

Cəmşid Dərələyəzli 2021-02-02 10:54:19

Cənab Prezidentin Azərbaycan Televiziyasına verdiyi bu son müsahibəsində Milli Bankı sədri, Dövlət Gömrük Komitəsinin sədri, AZAL-ın prezidenti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, Sərhəd Qoşunlarının rəisi və Fövqalədə Hallar naziri haqqında söylədiyi fikirlər və tutduğu iradlar cəmiyyət tərəfindən müsbət qarşılanmış və cənab Prezidentdən bu köhnəlmiş və öz “əməlləri” ilə Onun ölkə üzrə hər alanda qarşıya qoymuş olduğu hədəflərə kölgə düşürən bu sayaq məmurların görəvdən alınmalarını ehtiva etmişdir. Çünki, artıq bu adı çəkilən məmurlarda vətənpərvərlik hisləri (yəni əvvəldən də əksəriyyətində belə bir hislər olmamışdır) ölmüş, onlar üçün vəzifə dövlət və dövlətçiıliyə xidmətdən çıxaraq, hər atdıqları addımda və söylədikləri hər fikrdə yalnızca öz şəxsi mənafeylərinin güdülməsi halinə gətirilmişdir. Və bunu da Ölkə Başçısı çox gözəl bilir. Odurki də, Ölkə Başçısının bu çıxışından sonra hökümətdə 20 ildən çoxdur kök salmış və cəmiyyət tərəfindən də artıq qəbul edilməyən Hökümət üzvləri (başda Ədliyyə Naziri də olmaqla) belə bir vəziyyətdə dərhal istefa ərizələrini yazsalar, elə bilirik daha hörmətli olarlar. Amma çətin. Ona görə də yaxşı olardı ki, ən uzağı bu ilin ikinci yarısında indiki “Parlamenti”in buraxıb, Konistitutsiyada dəyişikliklər edib yeni seçgilərə və refenduma getməklə, cənab Prezidentin öxünün də qeyd etdiyi kimi sistem dəyişikliyi aparıb kadr islahatını tam başa çatdırmaq. Bununla da əksəriyyəti bunlar kimi üst düzey iri ranqlı memurlar bütün hakimiyyət strukturlarından təmizlənməlidr. Həttda bundan öncə, YAP-nın qurultayının çağırılıb ilk növbədə Əli Əhmədov başda olmaqla partiyanın İcra Aparatının üst düzeyini göndərmək lazımdır. Əks halda, qeyd olunan düşüncələrin sahibləri olan bu məmurlarla yürümək, olsa -olsa zaman alacaq, özü də uzun zaman. Bu isə cənab Prezidentin ölkə üzrə qarşıya qoymuş olduğu hədəflərin, vaxtında reallaşmasında ən böyük əngəl demək. İnanırıq ki, Ölkə Başçısının Qarabağın İşğaldan azad olunmasında sərgiləmiş olduğu əzmikarlıq və qətiyyət və bundan doğan xalqla dövlətin birliyi, bu sahədə də öz sözünü deyəcəkdir.

RÖVŞƏN 2021-02-02 10:11:26

Cənab Prezident Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevə EŞQ OLSUN!

Veteran 2021-02-01 22:51:10

Ölkə Rəhbəri tamamilə doğru irad bildirir.

boz kardinal 2021-02-01 21:39:52

Gedin başınızı qoyun ölündəə

Araz 2021-02-01 19:58:59

yarım milyardlıq milli bank tikiləcək ya yox? Görəsən ABŞ-ın milli bankı neçəyə tikilib başa gəlib. Futbol stadyonu da 1 milyard olmasa da bir az az pula başa gəldi. İndi içərsində qurd quş oynayır

Son yazılar