Menu

"UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid edirik" - Rusiya XİN

04.02.2021, 19:05
"UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid edirik" - Rusiya XİN

“Bildiyim qədəri ilə hazırda UNESCO-nun ilkin missiyasının Dağlıq Qarabağ və ətraf rayonlara səfərinin təşkili ilə bağlı danışıqlar gedir”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, UNESCO-nun missiyasının Qarabağa səfərinin yaxın vaxtlarda baş tutacağına ümid etdiklərini bildirib.

“Ümid edirik ki, bu səfər regionda qarşılıqlı inamın möhkəmlənməsinə yardım edəcək”, - deyə Rusiya XİN-in rəsmisi vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol