Menu

Sumqayıtda 23 yaşlı gənc qəfildən öldü

05.02.2021, 11:42
Sumqayıtda 23 yaşlı gənc qəfildən öldü

Sumqayıtda gənc oğlan qəfildən ölüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə 10-cu mikrorayondakı mənzillərdən birində baş verib.

Mikrorayon sakini olan 23 yaşlı E.Abbasov yaşadığı evdə vəfat edib.

O, narkotik maddələr istifadəçisi olub. Gənc oğlanın məhz bu səbəbdən dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol