Menu

"Türk ordusu qarşısında nə terror təşkilatı, nə də əlaltıları dayana bilər" - Ərdoğan + VİDEO

15.02.2021, 18:36
"Türk ordusu qarşısında nə terror təşkilatı, nə də əlaltıları dayana bilər" - Ərdoğan + VİDEO

“Ordumuzun zaman və məkan məhdudiyyəti tanımadan ölkəmizin ehtiyac duyduğu lazım olan hər hərəkatı öz imkanları ilə həyata keçirmək səviyyəsinə çatması ilə qürur duyuruq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Hər ötən ildə dağlarda inkişaf edən qabiliyyətləri, təchizatı, texnologiyası, canlı qüvvəsi ilə türk ordusunun qarşısında nə terror təşkilatı, nə də əlaltıları dayana bilər. Əsgərimizin qarşısında dayana bilməyən terror təşkilatı alçaqlıqda sərhəd tanımır”, - dövlət başçısı bildirib.

Ərdoğan Amerika Birşləşmiş Ştatlarını PKK terror təşkilatının arxasında durmaqda ittiham edib.

“Əgər biz sizinlə NATO-da biryerdəyiksə, əməkdaşlığımızı davam etdirəcəyiksə bizə münasibətdə səmimi olmalısınız”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. 

Şərhlər

Bivec Aləm 2021-02-15 22:56:12

R.T.Ərdoğan prezident seçiləndən öncə terrorçularla ünsiyyətə çalışdı? Nəticədə terrorçular qlobal dağıdıcı orduya kimi qonşu ölkələri də məhv etməyə başladılar və bu savaşın da sonu görünmür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol