Menu

Mədəniyyət Nazirliyi "Aleksandr Nevski" kilsəsinin görüntülərini yayımlayıb - VİDEO

16.02.2021, 15:52
Mədəniyyət Nazirliyi "Aleksandr Nevski" kilsəsinin görüntülərini yayımlayıb - VİDEO

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: "Aleksandr Nevski" pravoslav kilsəsinin videogörüntülərini yayımlayıb.

Nazirlikdən verilən məlumata görə, məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb.

1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.

1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.

Şərhlər

t.ədalət 2021-02-17 12:11:15

Əslində isə bu kilsə Azərbaycanı işğal etdikdən sonra Azərbaycanı xristianlaşdırmaq,kökümüzü qazıyıb milli mənsubiyyətimizi məhv edilmək üçün tikilib.Bu kilsə Rusiyanın Azərbaycanı işğal etməsinin simgəsidir.Biz belə kilsələrlə fəxr etdikcə müstəmləkəyə doğru gedirik.Milli dövlətlər üçün bu çox təhlükəli tendensiyadır.

ATTILA Bilge Kagan 2021-02-16 20:13:43

Duz edib,eceb edib!!!Burda ne var????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol