"Caspian Pharmed" QSC ləğv olunduğunu elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 92 A, 2023-cü məhəllə ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Caspian Pharmed" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 668 min manatdır. "Azərsun Holdinq" MMC-yə daxil olan şirkət İqtisadiyyat Nazirliyinin Pirallahı Sənaye Parkının rezidentidir.


Şərhlər