Menu

Etibar Əliyev "Firudin bəy Köçərli" mükafatı ilə təltif edilib - FOTO

17.02.2021, 13:32
Etibar Əliyev "Firudin bəy Köçərli" mükafatı ilə təltif edilib - FOTO

Millət vəkili, təhsil eksperti Etibar Əliyev tərtib etdiyi "Yeni təhsil, tərbiyə və elm antologiyası" kitabına görə "Azedu Akademy" tərəfindən "Firudin bəy Köçərli" mükafatı ilə təltif edilib.

"AzPolitika.info" xəbər verir ki, sözügedən təşkilat təhsilin inkişafında faydalı ideya və təkliflərin müəllifi kimi onu mükafatlandırıb.

Xatırladaq ki, kitabda yer almış Firudin bəy Köçərlinin "Ana dili" əsəri antologiyaya yeni məzmun verir. Millət vəkili əməyinə verdiyi dəyərə görə "Azedu Akademy"-nin kollektivinə təşəkkür edib.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol