Gənclər və idman nazirinin müavini, Ağır Atletika Federasiyasının I vitse-prezidenti İsmayıl İsmayılovun səhhətində problem yaranıb.
Unikal.org-ın məlumatına görə, nazir müavini bu günlərdə paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.
İ.İsmayılov sözügedən sayta açıqlamasında səhhətində problem olduğunu təsdiqləyib və hazırda müalicəsini davam etdirdiyini deyib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə mətbuata açıqlamasında bildirib ki, İsmayıl İsmayılov yıxılıb və qabırğası çatlayıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub”.
Məlumata görə, hadisə İsmayılov işdən çıxarkən baş verib. Onuni ayağının burxulması nəticəsində yıxıldığı bildirilir.
Artıq İsmayılovun xəstəxanadan evə buraxıldığı, müalicəsini ev şəraitində davam etdirdiyi bildirilir.
Nazirlik rəsmisinin sözlərinə görə, o, hazırda müalicə alır: “Vəziyyətində ciddi nəsə yoxdur. Bir neçə gün sonra tam sağalaraq işə qayıdacaq”.
Xatırladaq ki, bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimov da səhhətində yaranan ciddi narahatlıqla bağlı təcili ABŞ-a aparılmışdı. Nazir bununla bağlı açıqlama verərkən ağciyərindən müalicə aldığını bildirmişdi.


Şərhlər
İsmayıl müellim ele de pis adam deyil.Yeqin ki fikir edirmiş ki,naziri işden çıxarsalar bunu onun yerine teyin ederler.Fikirden bele alınıb daha eyni yoxdurİsmayıl mğellim bir az özünü xaşa tutsun tez sağalsın yoxsa idöanımız başsız qalarUğurlar İsmayıl müellime tez sağalsın.
Əşi abiriniz həyasız yoxdur, heç olmasa canınıza yazığınız gəlsin.Rədd olub gedin başqa işə də..Qoca qoltuq, begemonta oxuyanların bu nazirlikdə nə işi? Arifin nə işi var qoruqda ki yıxılıb qilcasi sınsın....abırsız həyasız və gorməmislər..
10-15 il əvvəl Gənclər idman naziri Azad Rəhimovun hansısa qaçış yarışına qoşulub qaçmasının TV də şahidi olduq.Nazir Finisə qədər nəinki qaçmaq heç yeriyib də çata bilmədi. Həm də onun tovsuməsinin səsi hələ də qulagimdadir
Gənclər və idman naziri də onun müavini də gəncdirlər nə də idmançılardan əsər əlamət yoxdur..Odur ki düz yerdə də yeriyə bilmirlər, büdrəyib dombala asırlar.Hec olmasa özləri utaalidirlar ki bu yaşda, bu göbələk bu nazirlikdə isləməkləri AYİBDİ axı. Çıxın gedin.Qol qabirganiza heyfiniz gəlsin heç olmasa
Yəqin çox içib
Görəsən bunun altından nə çıxacaq?