Menu

Türkiyədə yenə mədən çökdü - Yaralılar var

15.10.2014, 16:46
Türkiyədə yenə mədən çökdü - Yaralılar var

Türkiyənin İsparta vilayətində mərmər mədənlərindən biri çöküb.

"Hürriyet" qəzetinin verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var.

Hazırda onların sayı dəqiqləşdirilir. Qəzet yazır ki, hadisə yerində xilasedicilər işləyirlər ("Trend").

Yada salaq ki, bu ilin mayında da Türkiyənin Soma daş kömür mədənində çökmə olmuş, nəticədə yüzlərlə mədənçi ölmüşdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol