Menu

Bayden və Netenyahu "İran təhlükəsi"ni müzakirə ediblər

19.02.2021, 00:11
Bayden və Netenyahu "İran təhlükəsi"ni müzakirə ediblər

İsrailin Baş naziri Benyamin Netenyahu Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Co Baydenlə sülh sazişlərinin irəli aparılmasını, İran təhlükəsini, bölgəsel çağırışları və koronavirusla mübarizəni müzakirə edib.

Bu barədə İsrail hökuməti başçısının dəftərxanası xəbər verib.

«Bu gün (17 fevral) axşam Netenyahu ABŞ prezidenti Co Baydenlə danışıb. Söhbət çox isti və dostluq şəraitində keçib, təxminən bir saat çəkib» - xəbərdə deyilir.

«Bayden və Netenyahu sülh sazişlərinin irəli aparılmasını, İran təhlükəsini, bölgəsel çağırışları müzakirə edərək, dialoqu davam etdirmək və ABŞ-la İsrail arasındakı alyansı daha da möhkəmləndirmək üçün «birgə işləmək barədə» razılığa gəliblər. ABŞ prezidenti və İsrailin Baş naziri koronavirusdan peyvəndləməni və pademiya ilə mübarizəni müzakirə ediblər» - dəftərxanadan əlavə ediblər.

«The Times of Israel» qəzeti qeyd edir ki, bu, İsrail Baş nazirinin ABŞ prezidenti vəzifəsinin icrasına başlayandan sonra Baydenlə ilk söhbətidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol