Menu

Çinlə qarşıdurma ABŞ-ın bütöv iqtisadiyyat sahələrini məhv edər – HESABAT

19.02.2021, 12:07
Çinlə qarşıdurma ABŞ-ın bütöv iqtisadiyyat sahələrini məhv edər – HESABAT

Çinə münasibətdə gərginliyin artmasının neqativ ssenari üzrə inkişafı Amerika iqtisadiyyatının bütöv sahələrinin iflicinə gətirər və ABŞ şirkətləri üçün ciddi nəticələrə səbəb ola bilər.

«The Wall Street Journal» yazır ki, belə xəbərdarlıqla ABŞ Ticarət Palatası (TP) «ABŞ və Çin arasında uçurumun dərki» adlı hesabatda çıxış edib.

ABŞ TP-nın qiymətləndirməsinə əsasən, Çinlə ticarətin tam dayandırılması Amerikanın aviasiya şirkətləri üçün illik satışın 38-51 milyard dollar itirilməsinə səbəb olar ki, bunun nəticəsində 167 mindən 225 minə qədər iş yeri itirilmək təhlükəsi ilə üzləşər.

Yarımkeçiriilər sənayesi isə təxminən 83 milyard dollar və 124 min iş yeri itirər.

Sənəddə ABŞ və Çin arasında münasbətlərin inkişafının müxtəlif ssenariləri - mühaibəyə və iki ölkə arasında iqtisadi əlaqələrin tam kəsilməsinə qədər - əks olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol