Menu

Azərbaycandan xaricə gedənlərin sayı 16 dəfəyə yaxın azalıb

19.02.2021, 16:50
Azərbaycandan xaricə gedənlərin sayı 16 dəfəyə yaxın azalıb

Bu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin yanvar ayına nisbətən 15,6 dəfə azalaraq 27,8 min nəfər olub. “Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 48,1 %-i Türkiyəyə, 14,8 %-i Rusiyaya, 10,4 %-i Gürcüstana, 8,7 %-i İrana, 18%-i digər ölkələrə səfər edib. Gedənlərin 77,2 %-ni kişilər, 22,8 %-ni qadınlar təşkil edib. Bu dövrdə ötən ilin eyni ayı ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 68,1 dəfə, Gürcüstana gedənlərin sayı 45,1 dəfə, Rusiyaya gedənlərin sayı 17,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,2 dəfə azalıb.

Bu ilin yanvar ayında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 31,2 %-i dəmir yolu və avtomobil, 60,7 %-i hava, 8,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Şərhlər

Memmedqulu 2021-02-19 20:39:38

O debilxanada bilmirler ki serhedler baqlidir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol