Menu

“Azərsu”ASC-nin idarə rəisi vəzifəli şəxs qismində cərimə olunub

19.02.2021, 18:05
“Azərsu”ASC-nin idarə rəisi vəzifəli şəxs qismində cərimə olunub

Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisindəki çirkab suların boru vasitəsilə Xəzər dənizinə axıdılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Bunu Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

“Araşdırma zamanı Zabrat, Məhəmmədi və Kürdəxanı qəsəbələri ərazisindəki fərdi yaşayış evlərinin çoxunda şambo quyularının olmaması səbəbindən evlərdə formalaşan çirkab suların mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi, birbaşa Zabrat gölünə və oradan da Pirşağı qəsəbəsi ərazisindəki boru vasitəsilə Xəzər dənizinə axıdıldığı müəyyən olunub”.

Xidmət rəisi qeyd edib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 2,2, sintetik səthi aktiv maddələrin isə 2,6 dəfə normadan artıq olduğu müəyyən olunub. Suyun tərkibində istehsalat mənşəli çirkləndiricilər aşkar edilməyib. H.Əlizadənin sözlərinə görə bununla bağlı dəfələrlə müvafiq qurumlara və “Azərsu” ASC-yə edilən xəbərdarlıqlara baxmayaraq işlər sürətlənməyib və heç bir dəyişiklik olmayıb.

“Faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin Bağlar su-kanal idarəsinin rəisi Fərmayil Vəliyev vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub”.

H.Əlizadə bildirib ki, Pirşağı qəsəbəsində formalaşan tullantı sularının dənizə axıdılmasının qarşısını almaq məqsədilə qəsəbə yaxınlığında inşa edilən gücü 60 min m3/sutka olan Pirşağı Çirkab Sutəmizləyici qurğularına yönəldilməsi üçün “Azərsu” ASC-yə məktub ünvanlanıb.

Şərhlər

Gəlin görün 2021-02-20 16:26:03

Şəkidə içməli suyun keyfiyyətinin artırılması məqsədilə dövlət büdcəsindən milyardlar ayrılmasına baxmayaraq içməli suyun keyfiyyəti aşağıdır ...? milyardlar isə göyə sovrulub ? Ticarətçini Baş mühəndis vəzifəsinə, savadsızı isə müdir vəzifəsinə təyin etməklə, həmin idarəni Bayram Məmmədov idarə edir... Bu özbaşnalıq nəticəsində xidmət olduqca aşağı səviyyədədir ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol