Menu

Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu

20.02.2021, 00:29
Vətən Müharibəsi qazisi Biləsuvar Rayon İcra Hakimiyyətində şöbə müdiri oldu

Biləsuvar Rayon İcra Hakimiyyətində Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılıb. "Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə Vətən Müharibəsi qazisi Zamiq Adil oğlu Mənsimli həmin şöbənin müdiri təyin olunub.

Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli Vətən müharibəsində iştirak edib. O, ağır döyuşlərdən birində yaralanıb. Z.Mənsimli Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şərhlər

Sahib 2021-02-20 11:38:49

Zərdabi İH başçısı Mərdan Camalov isə bu vəzifəni hərraca çıxarıb.Deyirlər qiymət 10 min civarındadir.Hələlik razılaşan yoxdur, gözləyirlər ki Mərdan müəllim bəlkə insaf edib endirim edər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol