Menu

Ucarda ağır avtoqəza olub - 3 ölü, 2 yaralı var

20.02.2021, 22:06
Ucarda ağır avtoqəza olub - 3 ölü, 2 yaralı var

Ucarda bir neçə nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə saat 21 radələrində Bakı-Qazax magistral yolunun rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə 3 nəfər ölüb 2 nəfər xəsarət alıb.

Hələlik ölən və xəsarət alanları məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol