Menu

Koronavirusa yoluxanların sayı artdı

23.02.2021, 14:41
Koronavirusa yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 012 nəfər müalicə olunaraq sağalıb, 3 204 nəfər vəfat edib. Hazırda 2 208 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, bu günə qədər isə ümumilikdə 2 563 101 test icra olunub.

Şərhlər

t.ədalət 2021-02-23 15:10:03

Görünür,sərtləşdirmə "tədbirinə" ehtiyac duyulub.Yavaş-yavaş say artırılır.Hande Harmançı da bir azdan "tədbirə" züy tutacaq.

Səməndər 2021-02-23 14:49:18

TƏBİB insanlarla zarafat edir.Bir bi TƏBİB-in yatamazlıqlarının öhdəsindən gələn tapılacaqmı?a

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol