Menu

YOLUXANLARIN SAYI SAĞALANLARI ÖTDÜ... - Operativ Qərargah məlumat yaydı

28.02.2021, 15:37
YOLUXANLARIN SAYI SAĞALANLARI ÖTDÜ... - Operativ Qərargah məlumat yaydı

Azərbaycanda koronavirus infeksiyasına 270 yeni yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 4 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 234 537 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 768 nəfər müalicə olunaraq sağalıb, 3 220 nəfər vəfat edib. Hazırda 2 549 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 444, bu günə qədər isə ümumilikdə 2 598 679 test icra olunub.

Şərhlər

Semed 2021-02-28 18:32:35

Bu pandemiya bizi 7 quyunun tərkinə saldı.Amma sahə müvəkkili pandemiya dövründə Nissan aldı özünə 600 AZN əmək haqqı ilə bu maşın hardandır

Helim 2021-02-28 17:54:09

Tebii.. Novruz bayraminadek reqemler arta-arta "gedecek", sonrada yollari baglayib, camaati bayramda yene evlerine salacaqlar. Derdleri budur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol