ZİYA MƏMMƏDOVUN UCARDAKI OBYEKTLƏRİ AÇIQLANDI – Ticarət mərkəzi, mağazalar, fermalar... + FOTOLAR

Rayon sakini keçmiş naziri ailəsinə məxsus obyekti qanunsuz olaraq dağıdıtdırmaqda ittiham edir

"Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovun bizim ailəyə qarşı etdiyi qanunsuzluğa görə bu gündən ölüm aclığı aksiyasına başlayıram".

Bu sözləri Ucar şəhəri, Oğuz küçəsi ev 41 ünvanda yaşayan sakini Əliyev Tehran İslaməli oğlu "AzPolitika.info"-ya göndərdiyi məktubda yazıb.

Şikayətçi bildirir ki, Ziya Məmmədovun göstərişi ailəsinin yeganə qazanc yeri olan obyekti qanunsuz olaraq dağıdılaraq yerində şahmat məktəbi inşa edilib.

"Hansı ki, həmin obyektin atam Əliyev İslaməli Xeyrulla oğluna məxsus olmasına dair qanuni sənədlərimiz var. Atam həmin 460 kv-m torpaq sahəsini 30 iyun 2005-ci il tarixdə Ucar Bələdiyyəsindən almışdı. Orada avtomobillərin yuyucu məntəqəsi tikib, gələn qazancla ailəmizi dolandırırdıq. Atam 2007-cu ildə vəfat etdi, məni isə 2010-cu ildə Rusiyada bir erməni şərləyib həbs etdirdi. Azərbaycana ekstradasiya olundum və 2020-ci ildə azad edildim"- deyə, Ucar sakini yazır.

Tehran Əliyev bildirir ki, sənədlərini götürüb Ucar rayon İcra Hakimiyyətinə müraciət edərək, atasına məxsus torpaq sahəsinin üzərində şahmat məktəbinin hansı əsasla tikildiyini soruşub: "İcra başçısı mənə dedi ki, 2010-cu ildə Ziya Məmmədovun göstərişi ilə bu addımı atıb. İndi bizə həmin torpaq sahəsinin əvəzinə başqa yerdən yer vermək istəmirlər".

Şikayətçi daha sonra yazır ki, Ziya Məmmədov nədənsə şahmat məktəbini rayonun mərkəzində olan şəxsi obyektlərinin yerində tikdirməyib: "Bizim torpaq sahəmiz mərkəzdən kənardadır, ancaq Ziya Məmmədovun Ucar şəhəri, N.Nərimanov küçəsində sahəsi 3000 kv.m. olan "Siti klub"u, sahəsi 6000 kv-m olan marketi, "Azərbaycan" küçəsində 80 obyekti birləşdirən ticarət mərkəzi var. Hansı ki, həmin yerdə əvvəllər böyük park var idi. Beş mindən çox ağacı kəsdirib yerində ticarət mərkəzi inşa etdirib və icarəyə verib.

Bundan başqa "Azərbaycan" küçəsində yerləşən, sahəsi 5000 kv-m olan «555» mebel mağazası, H.Əliyev küçəsində 1 hektar ərazini əhatə edən böyük yeşik sexi var. Ziya Məmmədova məxsus bu obyektlər təkcə Ucar şəhəri ərazisində yerləşənlərdir. 

Rayonun kəndlərində, Bakı-Qazax magistralının kənarında bundan qat-qat çox sayda böyük obyektlər, fermalar və min hektarlarla əkin sahələri var".

Şikayətçi avtoyuma mərkəzinin bərpa olunmasını, Ziya Məmmədovun və onun qohumu, sabiq icra başçısı Yaşar Məmmədov cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

 "Ombudsman Səbinə Əliyevadan xahiş edirəm, bu gündən başladığım ölüm aclığı aksiyasını nəzarətə götürüb hüquqlarımın müdafiəsinə dəstək olsun. Aksiya zamanı ölərəmsə, məsuliyyəti bir başa Ziya Məmmədovun üzərinə düşəcək",-deyə Tehran Əliyev vurğulayıb.

Beləliklə, sabiq nazirin tək kiçik bir rayondakı əmlakının dəyəri milyonlarla ölçülür...

Xatırladaq ki, bu yaxınlarda mətbuata açıqlama verən Ziya Məmmədov dolana bilmədiyi üçün heyvandarlıqla məşğul olduğunuı söyləmişdi. Rayon sakinin yazdıqlarından məlum olur ki, sabiq nazir yalan danışmayıb. Sadəcə bir qədər "təvazökarlıq" edib, fermaları olduğunu söyləməyib...

R.Əliyev

"AzPolitika.info"








635x100

Şərhlər

rasim quliyev 2021-03-03 22:49:18

Ziya m Sizin oglunuz deyildi 1mln ayi kababi yeyen?Ayinin ahi tutdu postunuzu terk etdiz.

RT 2021-03-03 05:48:43

Haram pullardi , boqazdarna ele xestelik dûshecekki hec elaci tapilmayacaq !!!! milletin pulun yemek olmaz !!!

.EJDER NAQILBAZ 2021-03-02 22:44:13

aye,bu natemizlerin orden,medalinin,pullarinin sayi bilenmer...

Amon 2021-03-02 22:02:51

Ziya memmedov rayonda gögerti ekib inek sağır.goyerti 6 si 1manatdi sudunde litri 70qepik o da ancaq gundelik dolanisiq ucundu

Səma 2021-03-02 18:57:07

Nə istəyirsiz e bu nazirdən? Ucarlıları ağ günə çıxarıb, rayonda parklar saldı,məktəb,xəstəxana,xeyir-şər yeri tikdi,fermanı sizlər üçün yaratdi, neçə ailə işləyir,çörək yeyir..Gedin yeyib dağıdanlardan danışın..Ziya və qardaşları hamıya çörək verən insanlardı..Əl çəkin onlardan, indiki rəhbərlər nə tikib Ucar üçün,kimə bir manat yardım ediblər?? Yenı rayon,kənd camahatı çətinə düşəndə, Ziya mü

ayrım 2021-03-02 16:29:54

Ziyanın kadrları bu gün ökənin nəqliyyat sektorunda qaz vurub qazan oynadır. millətin iı yerini tutub elindən alır əmək haqlarını talayırlar. ziya işdən cixib ki?.ona bu sktordan ötürülən pullar bəyəm kəsilib ki?

Roma 2021-03-02 15:20:22

Mən artıq dəfələrlə bu sözlərimi təkrarlayıram, bu sözlər Ziya Məmmədov, Səlim Müslümov və s. bir neçə bu kimi adamlara tam aiddir: Aftafa görməyən arxa, görəndə xoruldayır. Biri maşinist köməkçisi, o biri İnstitutda dərs deyəndə belə imkansızlıqdan yataqxanada yaşamaq və s.....səbəbini bilavasitə görməməzlikdə axtarmaq lazımdır. Müəyyən yaxşı yaşayış görmüş insanın gözü-könlü tox olar, dünya malına bu qədər canavar xisləti ilə yanaşmaz.

Xalq 2021-03-02 15:12:02

ədalət yoxdur, ədalət ölüb! Ədalət axtarmayın!

Sahib 2021-03-02 13:55:47

Ziya Məmmədov və qohum əqrəbası ilə birlikdə Azərbaycan xalqına vurduğu maddi, mənəvi zərbəni yalnız ermənilər vura bilib.Bu gorməmisləri bu səviyyəyə gətirməkləri özü böyük bir səhv idi.Hec olmasa indi səhvləri düzəldin...

məzlum 2021-03-02 13:55:45

Yəqin ......

t.ədalət 2021-03-02 13:52:21

Ziya Məmmədovun nəinki Ucarda Ayda,marsda obyektləri var..

Roma 2021-03-02 13:30:36

Ziya Məmmədovun, yardım fondunun bank rekvizitlərini bilən varsa, mən ora 5 manat (imkanım ona çatır) vəsait köçürmək istəyirəm...

Asqin 2021-03-02 12:56:44

Ziya da onun qohumuUcar RİHakimiyyətinin bascisi Mənsur Məmmədov da ,Yaşar, Elton,İİldirim Məmmədovlar da etdikləri oğurluq, qarət və qatillərə görə caza almayacaqlar da bu ölkədə HEC Kİm ədalətdən danışa bilməz,.......

Son yazılar