DİN Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində quzu gəzdirilməsinə münasibət bildirib.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdirən şəxslər ərazidə olan polis əməkdaşları tərəfindən saxlanılıb və Polis Bölməsinə dəvət edilib.

E.Zahidov vurğulayıb ki, həmin şəxslərlə proflaktik söhbət aparılıb və sərbəst buraxılıb:

“Onlara başa salınıb ki, pandemiya dövründə insanların sıx toplaşmağına səbəb olan hərəkətlər yolverilməzdir. Əlbəttə, şəhərin pərkəzində quzu gəzdirmək olmaz”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iki nəfərin paytaxtın mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirilməsi ilə bağlı videogürüntülər paylaşılıb. Bildirilib ki, ərazidə olan polis əməkdaşları onları polis bölməsinə aparıb.

635x100

Şərhlər

Səid 2021-03-03 14:06:46

Niyə olmaz Ehsan müəllim? Səbəbi nədir? Quzunun itdən, pişikdən vs heyvanlardan fərqi nədir?! Bir hüquqşünas olaraq, cavab versəniz çox məmnun qalaram.

zaza 2021-03-03 11:16:39

erebler genclik mall da gezdirende olurdu bizimkiler gezdirende olmur edaletine qurban a dunya

Son yazılar