PROKURORA İLK TAPŞIRIQ BAŞÇI İLƏ "DİL TAPMAQ" OLURDUSA... - "Baş prokurorun adı korrupsiyada hallansa da..."

Ələmdar Məmmədov,

Təqaüddə olan baş ədliyyə müşaviri

(Bu məqalə 27 sentyabra qədər yazılmışdır) 

Yaxınlarda Milli Məclisin iclasında son dövrlərdə Rayon İcra Hakimiyyəti başçılarının hüquqa zidd hərəkətləri müzakirə edilərkən, deputatlardan biri (səhv etmirəmsə Siyavuş Novruzov) “prokurorlar hara baxırdı” iddiası ilə çıxış etmişdi. İlk baxışda haqlı iraddır. 

Lakin... 

Əgər təyinat alan prokurora birinci tapşırıq icra başısı ilə "dil tapmaq" olurdusa, icra başcısının bir telefon zəngi ilə prokuror gözdən düşürdüsə, rayonlarda keçirilən zona müşavirələrində Baş prokuror yalnız icra başçısı ilə oturub dururdusa, nəinki RİH-nin, məmurun, deputatın, hətta nazirliyin yerli nümayəndəsinin çağırılması üçün xüsusi icazə tələb olunurdusa və bu üzdən bir çox cinayət işlərinin açılması müşkülə düşürdüsə, hər hansı bir qurumda cinayət faktı aşkar olunduqda ictimaiyyətə verilən məlumatda prokurorluğun adı ikinci göstərilirdisə (məs: "Qida Agentliyi və Baş Prokurorluğun birgə məlumatı"), Ağır Cinayətlər Məhkəməsinə göndərilən işlərdə rayon prokuroru ittiham aktını təsdiq edə bilmirdisə, polis rəisi ilə narazılığa görə prokuror dərhal sərəncama götürülüb, qarşı tərəf vəzifəcə daha da böyüdülürdüsə, polis əməkdaşı barədə daxil olmuş ərizə və şikayətlərin yoxlanması üçün DİO rəhbərliyindən icazə alınırdısa, yalnız qanunun aliliyini rəhbər tutmalı olan dövlət ittihamçısının ittihamdan imtina etməsi və əməlin tövsifi əmrlə qaydalaşdırılırdısa, rədd və xitam qərarının ləğvinə, bəraət hökmünün çıxarılmasına görə müstəntiq və prokuror məşhər ayağına çəkilirdisə, CM-nin 291-ci maddəsi "demokl qılıncı" kimi müstəntiq və prokurorun başı üzərində parlayırdısa, ən cüzi xətaya görə (məs; etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmə) prokurorluq əməkdaşı qanunda nəzərdə tutulmayan ağır cəza alırdısa və yaxud guya iş yoldaşından uzaq qohumunun şikayətinə ədalətli baxması xahişinə görə bir məmurun tapşırığı ilə idarə prokuroru barəsində xidməti yoxlama aparılıb vəzifəsindən çıxarılırdısa, daha ağır xətaya yol verən dayılılara “gözün üstə qaşın var” deyən olmurdusa, bank rəhbərliyinə əməkdaşının bank fəaliyyətindən kənar qanunsuz hərəkətləri barədə məktub yazdığına görə rayon prokuroru cəzalandırılırdısa, əməkdaşların bütün hərəkətləri, hətta pal-paltar almaq qaydaları əmrləşdirilib, təşəbbüsdə bulunan hər kəs “qanundan kənar” hesab edilirdisə (məs: prokurorluğun ən ləyaqətli və şərəfli əməkdaşlarından biri cənab Prezidentin Şəki Apelyasiya Məhkəməsinin açılışındakı çıxışına əsaslanaraq əlaqəli qurumlara yeni şəraitə uyğun işləmək təklifi ilə müraciətinə görə rəhbərlik etdiyi şöbənin fəaliyyəti kompleks yoxlanılıb, vəzifəsindən kənarlaşdırılırdısa), ədalətli və peşəkar keyfiyyətləri ilə seçilən, polisin və icra hakimiyyətinin qanunsuz fəaliyyətinə göz yummayan, bu hərəkətləri ilə rayon ictimaiyyətinin rəğbətini qazanan gənc prokuror şübhəli ittihamla həbsə alınırdısa, 1600 kq unun alqı-satqısında “vasitəçi” olduğuna görə prokurorluq əməkdaşının barəsində cinayət işi başlanıb, orqandan xaric olunduğu halda, iri bizneslə məşğul olanlar (elin gözü tərəzidir), o cümlədən Baş prokurorun adı korrupsiyada və yaxud biznes fəaliyyətində hallansa da, nə təsdiq, nə də təkzib edilmirdisə, qanunla qadağan olunmasına baxmayaraq, anonim məlumat əsasında rayon prokuroru haqqında xidməti yoxlama aparılırdısa, hər hansı siyasi tədbirlərdə və bayram günlərində rayon prokuroru xidməti iş otağında gecələməli olurdusa, prokurorluğun xeyir-duası ilə nazirliklərin mənafeyinə xidmət edən istintaq şöbələri yaradılırdısa, ölkədə yalnız bir nəfərə hesabat verməli olan Baş prokuror böyük məmur korpusu qarşısında yaxşı görünmək üçün dəridən-qabığdan çıxıb, öz səlahiyyətlərini tabe orqanlara “pay” verməklə unitar dövlətimizə və dövlətçiliyə zərbə vururdusa, hətta Prezident sərəncamlarının icrasına əngəl törədilirdisə, məmur uşaqları prokurorluğa imtiyazlı şəxslər kimi qəbul edilirdisə (Əlbəttə, nümunə götürülməli məmur və məmur övladları da az deyil), kollegiya iclaslarında cəza alanların və orqandan xaric olunanların sayı ən böyük müvəffəqiyyət kimi xüsusi pafosla qeyd edilirdisə (2000-2005-ci illərdə cəza alanların sayı bəlkə də son 50 ildəki qədər olmuşdur), təqaüd yaşına çatmış əməkdaşlarla 5 illik müqavilə, gərəkliyinə görə deyil, şəxsi münasibətlər zəminində və kimin adamı olduğuna görə bağlanırdısa, qanunda üç aydan artıq olmaması göstərilsə də, əməkdaşlar illərlə əməkhaqqı almadan sərəncamda saxlanılırdısa, əvəzində məmur tapşırığı ilə başqa orqanlarda işləmiş, hətta təqaüdə çıxmış şəxslərin prokurorluğa axını adi hal alırdısa, Prezidentin sərəncamı ilə 01 sentyabr 2019-cu ildən əməkhaqqının artırılması nəzərdə tutulduğu halda, 10 aydan sonra bu məsələ həllini qismən tapırdısa, hüquq-mühafizə orqanları və güc strukturlarından yalnız ən az ştat vahidi olan prokurorluqda xidmət illəri artırılırdısa (25 ildən 35 ilə), Baş prokurorun əmrlər toplusu ən nəfis formatda təkrar-təkrar nəşr olunduğu halda (hansı vəsait hesabına!?) uzun illər telefon məlumat kitabçası işıq üzü görmürdüsə, özünü qorumaqla məşğul olan bütün qurumlar aciz vəziyyətə düşürdüsə (qismən də olsa müstəqilliyini və prokuror nüfuzunu saxlayan qurumlar da olub), başqa sözlə, rəhbərlik tərəfindən müdafiə olunmayacağını bilən, səhvsiz işləməyə məhkum edilmiş rayon prokuroru və digər əməkdaşlardan icra başçısının cinayətkar əməllərinin qarşısını almaq tələbi nə qədər ağıla, məntiqə və ədalətə uyğundur? 

Fəaliyyətinin ilk aylarından bu məsələlərin həllinə çalışıb, rayon prokurorlarının səlahiyyətini qaytaran, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri addımlar atan, kağız üzərində qalmış Elmi-məsləhət şurasının fəaliyyətini pərpa edən, toxunulmazlıq statusunda olan kadrları kənarlaşdıran, bürokratik əngəllər törədən əmrləri ləğvi edən, kollegiyallığı sözdə deyil işdə həyata keçirmək üçün intizam komissiyası yaradan, ən əsası ”Korrupsiyaya qarşı mübarizə haqqında qanun”-un tələbinə əməl edərək, yaxın qohumunun prokurorluqda əmək fəaliyyətinə xitam verməklə digər məmurlara nümunə göstərən hazırkı Baş prokurora hamılıqla kömək etmək lazımdır. Çünki zəif prokurorluq dövlətçilik və xalq üçün fəsadları gec bilinən ən böyük təhlükədir.

P.S. Bu faktları hamı bildiyi halda nə üçün ölkə başçısına müraciət etmirdiniz sualına tarixi-analoji faktla cavab vermək istəyirəm. 1939-cu ildə bir qrup prokurorluq işçisi insanların əsassız məhkum edilməsi barədə verilmiş protestlərin baxılmasında SSRİ prokuroru M.Pankratovun mövqesizliyi və Siyasi Büro üzvlüyünə namizəd XDİ komissarı L.Beriya qarşısında acizlik göstərərək, qanunla müəyyən edilmiş hüquqlarından istifadə etməməsi barədə ÜİK(b)P MK-nin Siyasi Büro üzvü, Leninqrad vilayət və şəhər partiya komitəsinin I katibi, RSFSR Ali Sovetinin sədri A.Jdanova müraciət edirlər. Bu məktub barədə A.Jdanov İ.Stalinə məlumat verir və qısa müddətdən sonra M.Pankratov vəzifəsindən kənarlaşdırılır. Göründüyü kimi Stalin dövründə prokurorluq əməkdaşları cəsarət taparaq öz sözünü deyə bildi. Biz (mən daxil olmaqla) vaxtında bu qanun pozuntularını ölkə rəhbərinə çatdıra bilmədik. Ona görə ki, bizim müraciətlərimiz bu gün artıq hamıya bəlli olan “güc” tərəfindən “bloklanırdı”.

Sözardı: Oxucu düşünməsin ki, keçmiş Baş prokurora qarşı qərəzim və narazılığım olduğu üçün bu yazını qələmə almışam. Xeyr! Allahım şahiddir ki, mənim Zakir müəllimə qarşı şəxsi planda heç bir kin-küdurətim yoxdur. 45 illik tanışlığımızda Zakir müəllim həmişə hörmətimi saxlayıb, yolumu gözləyib, əməkdaşlar üçün ən yüksək mükafatla - “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif edib, başqa sözlə, münasibətlərimiz yüksək səviyyədə olub. Amma prokurorluğa həddindən artıq bağlı bir insan kimi “gözlüyü açıb havanı dəyişmək əvəzinə” qapı pəncərəni də sındırıb prokurorluq adlı binanın kökündən silkələnməsinə biganə qalmaq olmaz! 

(Adalet.az)

635x100

Şərhlər

Rahib-Masallı 2021-03-13 22:51:41

Bu yazı keçmişi pisləmək və yaxud kiminsə bostanına daş atmaq deyil,gələcəkdə belə səhflərə yol verilməməsi üçündür.

Əmrulla 2021-03-12 14:35:11

Ələmdar müəllim, təşəkkür edirəm. Çox sağ olun. Azərbaycan Respublikası Prokurorluğunun tarixində ən çox, 20 il ona rəhbərlik etmiş Baş prokuror Z.Qaralov haqqında çox cüzi məlumat vermisiniz. Rəy bildirənlərin bir qismi sizə irad turub ki, niyə Z.Qaralov vəzifədə olanda deyil, vəzifədən azad eiləndən sonra məlumat verir. Mən də onlara cavab verrmək istəyirəm ki, Ələmdar Məmmədovun məqsədi Z.Qaralovun qanunsuz əməlləri barədə məlumat vermək deyil, Milli Məclisin deputataı S.Novruzovun korrupsiya ilə bağlı “Bəs prokurorlar hara baxıdı?” sualına cavab vermək olub. Z.Qaralovun 20 il müddətində yol verdiyi qanunsuz əməlləri barədə illərlə yazmaq olar. Ə.Məmmədov cəmiyyətə catdırır ki, depuatat S.Novruzov da daxil olmaqla 5 dəfə Baş prokuror vəzifəsinə təsdiq etdiyiniz bu qaydada işləyən Baş prokurorun tabeliyində olan prokurorlar nə iş görə bilərdilər ki, ölkədə korrupsiya bu qədər vüsət almasın. Baş prokurorun qanunsuz əməlləri barədə onun repressiya etdiyi işçilər illərdir ki, onu təyin edən və təsdiq edən vəzifəli şəxslərə və orqana şikayətlər ediblər, məhkəmələrdə iddialar qaldırılıb. Nəticəsi olmayıb. Şikayətlərimiz onun özünə göndərilib. Avropa Məhkəməsi də onunla bağlı şikayətləri icraata götürməkdən imtina edib. Əli Avropa Məhkəməsinə çatan rayon, şəhər prokurorlarını korrupsiyaya qarşı aparmamqda ittiham etmək nə dərəcədə ədalətlidir. Z.Qaralov 20 il ərzində toxunulmaz vəzifəli şəxslərdən biri olub. Mən də onun qanunsuz əməllərinin qurbanı olan işçilərdən biriyəm. Hüquq fakültəsində Z.Qarovla eyni vaxtda təhsil almışam. Onu çoxlarından yaxşı tanıyıram. Azərbaycan Respublikası Prokurorluğu tarixində onun kimi uzun müddət bu vəzifədə işləyən və onun qədər də çoxlu qanunsuz əməllərə yol verən ikinci bir Baş prokukor olmayıb. Bu barədə vaxtım olan kimi əlavə məlumat verəcəyəm.

Çılğın 2021-03-10 17:11:50

Elemdar müellim yazdıqlarız çox bacibdir Z Qaralov milletimize ve dövletimize vurduğu ziyanlara göre hökmen cezasını almalıdır

Çılğın 2021-03-10 16:58:34

Zakır Qaralovun mılletımıze ve dövletımıze vırduğu zıyanların cüzi hissesin yaz

Zaza dayı 2021-03-09 15:07:34

Alemdar müellim edaletli yazıb, haqqı deyib. İndiki zamanda Alemdar müellim kimi prokuror tapmaq da çetindir. Bunu xüsusi qeyd etmek isteyirem. Amma ve lakin .... Cesaret tapıb heqiqeti demek lazımdır. Guya Kamran Eliyev bu rejimle ne ise ede biilermi?! Ölkede qanun yalnız kasıblara şamil edilir!

Rasim Allahverdiyevə 2021-03-09 12:14:53

Sözün düzü qatar gedəndən sonra deyiləndə heç bir mənası olmur və bu yalnız özünü müdafiə xarakterli olur....

Islam 2021-03-09 00:32:14

Zamsninda deyilmeyen soz bos quyuya tokulen su kimi menasiz ve men fe varam demekden basqa hec curr yozulamaz.!Daldan atilan das menasi dasiyar.

A.Məmmədov 2021-03-08 22:35:59

Hörmətli Ələmdar müəllim! Rayon prokurorlarını göyə qaldırmağınızla mən razı deyiləm. Mənim başıma gəlmiş hadisəni Sizin nəzərinizə çatdırmaq istəyirəm. Mənim atamın Buzovna qəsəbəsində yerləşən evi, Kazım Fərəcov adlı şəxs tərəfindən keçən ilin 31 yanvar, 1 və 9 fevral tarixlərində bizə xəsarət yetirmək məqsədi ilə ən kiçiyi əlin içi böyüklükdə daşlarla daşa basılıb. Polis Şöbəsinin araşdırılmasında bu hadisəyə hüquqi qiymət verilməyib. Buna görə də Bakı şəhər BPİ tərəfindən bu hadisənin hərtərəfli araşdırılması üçün polisin çıxardığı qərarın ləğv edilməsi barədə Xəzər rayon Prokurorluğu qarşısında bir neçə dəfə vəsatət qaldırılıb. Bu vəsatətlər rayon prokuroru Fəxri Murtuz oğlu Ələsgərov tərəfindən rədd edilib. Sizin məntiqinizlə Murtuz Ələsgərovun oğlunu Xəzər RİN-nin Başçısı bu addımı atmağa məcbur edib. Xeyr, bu belə deyil! Bu prokuror, adi prokuror deyil! Onun qardaşı Prezident Administrasiyasının şöbə müdiridir. Zakir Qaralov vəzifədə deyil. Bir ildir Baş Prokurora fasiləsiz müraciətlər edirəm. Mənim müraciətlərimə Respublika və Bakı Prokurorluqları DİO-larının rəis müavinləri başdansovdu cavablar verirlər. İndi ki, Zakir Qaralov Baş Prokuror deyil? Buna nə deyirsiniz? Yıxılana balta vurmaqdan asan nə ola bilər?

Hacı 2021-03-08 22:11:02

Ələmdar müəllim ağsaqqal hörmətli Prokurordu onun yazıları tamamilə doğrudur zakir qaralov həbs edilən icra başçıların oğlanlarını ən yüksək vəzifələrə təyin etmişdir onun zamanında prokurorluq bərbad vəziyyətə salındı. Bunda

Kerim 2021-03-08 22:10:44

Elemdar müellim,bir vacib meseleni unutmusunuz.Qaralov ömrü boyu „hebs et,sonra sübut edersen“ prinsipi ile isleyib.O hüquq,qanundan cox uzaq daha cox alver tefekkürlü birisi idi

Mustafayev Mətləb 2021-03-08 19:25:26

Ölkənin baş prokuroru razılıq verir ki, Eldar mahmudov vətəndaşın mənzilinə tapança qoyub şərləsin buna nə deyirsiniz Ələmdar müəllim???

Moshu 2021-03-08 14:31:19

Ələmdar müəllim yazısında qeyd edir ki, “Oxucu düşünməsin ki, keçmiş Baş prokurora qarşı qərəzim və narazılığım olduğu üçün bu yazını qələmə almışam. Xeyr! Allahım şahiddir ki, mənim Zakir müəllimə qarşı şəxsi planda heç bir kin-küdurətim yoxdur.”. Ələmdar müəllimi tanımıram, lakin bir hüquqşünas kimi onun səmimiyyətinə inanıram. Bu yazı hüquq dilində ifadə etsək, klassik ittiham aktıdır. Bəlkə də Ələmdar müəllim olanların 5-10 faizini işıqlandırıb. 20 il bir ölkənin baş prokuroru olasan və heç bir müsbət işə imza atmayasan. Xatırlamıram ki, kimsə Zakir Qaralovu bir müsbət, obyektiv prokuror kimi xarakterizə etsin. Elə bil ki, 5-ci kolonun nümayəndələrindən biri elə sabiq Baş Prokuror idi. Bildiyim qədər sabiq Daxili İşlər Naziri Zakir Qaralovu saya saymırdı, onun sözü Zakir Qaralov üçün qanun olub. Özü korrupsiyaya qarşı mübarizə aparmalı olduğu halda sahibkarlılq fəaliyyəti ilə mə.ğul idi. Bunları Azərbaycanda bilməyən yox idi. Tək “Akkord” şirkətlər qrupu buna sübutdur. Çox maraqlı və unikal dövlətik, dəvənin beli düzələndə biz də düzələcəyik. Zakir Qaralov da sabiq Baş Prokuror kimi deyil, bir oliqarx kimi işğal olunmuş ərazilərin bərpasına öz töhfəsini vermək məcburiyyətindədir.

Nazim 2021-03-08 14:09:52

Elemdar m yazisi o qeder edaletli yazidir ki, bu yazinin esasinda zakir qaraloun baresinde teqsirlendirilen wexs qisminde celb etme barede qerar yazmaq mumkundur, neinki mumkundur hette cecikilir

Vasif 2021-03-08 13:40:26

Sağ ol, Ələmdar müəllim !

Rahib-Masallı 2021-03-08 13:14:51

Qaralovun təsiri hələ 10 il qalacaq.

Nazim 2021-03-08 13:03:06

Edaletli yazidir!

ƏLƏMDAR BYƏ' 2021-03-08 12:54:41

Bəs Siz dediyiniz tapşırqlar haradan gəlirdi?Belə Tapşırıqlar yalnız İcra başçılarına səlahoyyətverən şəxslrin göstərişi ilə mümkün ola bilən bir iş olduğunu bilmirdiniz?Elə YAP-ın birinci günündn belə halların baş verməsi kimin əməyinin məhsulu olduğunu bilərəkdən oabura yozmağın nə mənası var? əgər bunları görməzdən gəlmirdinizsə nitə indiyə kimi səsinizi eşidən olmayıb? Ya da niyə eyirazınız eşidilməyib? İndi dyrub jeçmişlərdəndanışmaq nə deməkdir?Yatmışdınız,yoxsa susmuşdiniz?u

Vidadi M. 2021-03-08 12:43:38

Ələmdar müəllim, Sizinlə razıyıq. Ümumiyyətlə, Sizin yazılarınızı maraqla oxuyuram.

Rasim Allahverdiyər 2021-03-08 12:18:32

Həmişə sözün düzünü deyən böyük ürəkli insan

Roma 2021-03-08 11:42:36

Ələmdar müəllim, Sizin yazınızla tam razıyam, çox düzgün və aktual yazıdır...

Son yazılar