"Böyük qayıdış icra olunmağa başlayanda məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması prosesinə də start veriləcək".
Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında çıxış edən Prezident İlham Əliyev bildirib ki, ilkin mərhələdə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük veriləcək.
Bu arada respublika üzrə məktəb, uşaq bağçası, yataqxana, inzibati sanatoriya, pansionat tipli obyektlərdə 40 mindən çox ailənin müvəqqəti məskunlaşdığı bildirilib.
İşğaldan azad olunmuş ərazilərimizə böyük qayıdış zamanı ardıcıllıq gözləniləcək.
Proqramın icrası zamanı birinci növbədə ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə üstünlük veriləcək.

Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin mətbuat katibi İbrahim Mirzəyev Xəzər Xəbərə bildirdi ki, bakıda və regionlarda məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdrımaq üçün müəyyən tədbirlər görülüb. Bundan sonra bu istiqamətdə işlər əsasən işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq.
Uzun illərdi öz yurd-yuvalarından didərgin düşən məcburi köçkünlər həmin yerlərə yenidən qayıtmağı səbirsizliklə gözləyirlər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasında "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasından istifadə olunması nəzərdə tutulub.//Xəzər Tv

Şərhlər
analoqu olmayan,,aqilli qesebe,,,analoqu olmayan aqilli kend,, ve s.ANALOQU OLMAYAN AKADEMIK RAMIZ MEHDIYEF,HA HA HA
Tam ədalətli! Artıq, hər Qarabağ Hərbi Genosid ailəsi iki-üç ailə olub. Gənc ailələri birbaşa "ağıllı" hektarlarla geniş ÖZ ailə-ferma təsərrüfatlarının layihə üzrə qurulmasına göndərmək daha doğru və səmərəli olar!