Menu

Prezidentin köməkçisindən toyların bərpası ilə bağlı açıqlama

19.03.2021, 16:42
Prezidentin köməkçisindən toyların bərpası ilə bağlı açıqlama

"Hazırda toyların bərpası ilə bağlı məsələlər müzakirə edilmir".

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

“Polisin qadağan olunmuş fəaliyyətlə məşğul olanları cərimə etməyə ixtiyarı var” - deyə,  Şahmar Mövsümov bildirib.

“Hazırda ad günü keçirmək qadağandır. Əgər siz bunu edirsizsə, qaydaları pozursuz. Avtobusda oturub getmək isə qadağan deyil. Amma əgər hansısa polis əməkdaşı deyirsə, “sıxlaşın iki nəfər də minsin”, əlbbəttə, o düz etmir", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol