Həşaratların zülalından ət və çörək məhsullarının istehsalının işlənməsi rusiyalılar üçün artıq yaxın illərdə əlçatan olacaq.
Bu barədə RİA Novosti innovasiyalı qida məhsullarının yaradıcılarına istinadla xəbər verir.
«Yaxın 10 ildə Rusiyada qeyri-adi, amma faydalı tərkibə malik yeni ərzaqlar meydana çıxacaq. Məsələn, bitki və hüceyrə əti və ya həşaratların zülalından bişirilmiş məhsullar» - «Fuel for Growth» vençur fondunun icraçı həmkarı, «Milli texnoloji təşəbbüslər üzrə (MTT) FoodNet» yol xəritəsi işçi qrupunun üzvü Andrey Zyuzin bildirib.
Onun sözlərinə görə, ilk ərzaqlar artıq mağazaların vitrinlərində görünməyə başlayır. Zyuzin dəqiqləşdirib ki, hazırda həşaratlardan hazırlanmış ərzaqları əsasən Çin, Tailand, Hindistan və Meksika sakinləri istehlak edirlər. Bu zülal özünün immunomodullaşdırıcı və hipoallergen xüsusiyyətləri ilə məşhurdur.
«Rusiyada isə hələlik həşaratlardan əsasən, böyük təsərrüfatlarda heyvanların və balıqların yemində istifadə edilir. Buna baxmayaraq, bəzi şirkətlər artıq ölkədə makaron, un və milçəklərin qanad zülalından bişirilmiş məhsulların istehsalına başlamağı planlayırlar» - deyə, agentliyin həmsöhbəti bildirib.
Sonra da dünya mat qalır ki, koronavirus insan orqanizminə necə və haradan keçib?
AzPolitika.info


Şərhlər
murdarlar, sizin çinlilərdən nə fərqiniz var?