Menu

AZƏRBAYCANDA YOLUXMA VƏ ÖLÜM SAYI SÜRƏTLƏ ARTIR - Günün statistikası

26.03.2021, 18:22
AZƏRBAYCANDA YOLUXMA VƏ ÖLÜM SAYI SÜRƏTLƏ ARTIR - Günün statistikası

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 759 yeni yoluxma faktı qeydə alınıb, 511 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 24 nəfər COVID-19-dan vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 252 680 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 893 nəfər müalicə olunaraq sağalıb, 3 445 nəfər vəfat edib, aktiv xəstə sayı 14 342 nəfərdir. Son sutkada 8 923, hazırkı dövrədək isə 2 816 784 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol