"İSKƏNDƏR"LƏRİ AZƏRBAYCANA KİM ATIB: ERMƏNİLƏR, YOXSA RUSİYA? - "Bakı və Ankara Moskvaya aydın mesaj göndərərək..."(Yenilənib)

Azərbaycan Ərazilərinin Minalardan təmizlənməsi üzrə Agentlik - ANAMA Şuşada iki ədəd “İsgəndər” raketinin qalıqlarının aşkar edildiyi barədə məlumat yayıb. 2020-ci ilin dekabrından agentlik Şuşada işləyir, şəhərdə martın 2-də iki raketin qalıqları tapılıb, üzərindəki nömrələr bu raketlərin “İsgəndər” olduğunu təsdiq edir.

Üzərində seriya nömrələri yazılan raket hissələrinin fotoşəkilləri dərc də edilib. ANAMA-nın mətbuat xidməti isə “Turan”a faktı nə təsdiq, nə təkzib edib, əlavə şərh verməyib. Hərçənd Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov baş nazir Nikol Paşinyanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə olunduğu, amma onların cəmi 10 faizinin partladığı haqda bəyanatını təkzib etmişdi. İ.Konaşenkov bildirmişdi ki, 44 günlük müharibə zamanı Ermənistan bir “İsgəndər” raketindən belə istifadə etməyib. İndi bu məsələnin ortaya çıxması bir tərəfdən Paşinyanı haqlı çıxarır, Rusiyanın isə təkzibini heç edir.

Bu, Rusiyanın yalanını üzə çıxarır, həm də Ermənistanın müharibədə məkrli niyyətini ortaya qoyur. 

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan da “Armnyus” telekanalına müsahibəsində etiraf edib ki, Qarabağda müharibə zamanı Ermənistan “İsgəndər” raketindən istifadə edib: “Bu müharibənin son dönəmində olub və raket Şuşa istiqamətinə atılıb. Müharibənin əvvəlində nə üçün bu silaha əl atılmadığının səbəbini deyə bilmərəm. Məncə, cavab atəşindən qorxublar. Yəni Ermənistanın hansı ərazisindən bu raket atılsa idi, Azərbaycan ora başqa bir raketlə dəqiq cavab zərbəsi endirəcəkdi. ”İsgəndər" raketi müharibənin dördüncü günü atılmalı idi, Azərbaycan Horadizdə canlı qüvvə və texnika cəmləyəndə..."

“Caliber”in yeni süjetində isə bildirilir ki, raketin Ermənistan ordusunun ixtiyarında olan “E” indeksli modelə deyil, məhz Rusiya Silahlı Qüvvələrinin istifadə etdiyi “M” modifikasiyasına aid olması ciddi suallar doğurur.


Süjetdə raketlərin bu iki növü arasındakı fərq izah olunur və “E” versiyasının məhz ixrac üçün nəzərdə tutulduğu bildirilir. Şuşada qalıqları tapılan “İsgəndər”lərin üzərindəki “M” nişanları isə onların, məsələn, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından buraxılmasını ehtimal etməyə əsas verir. Süjetdə həmçinin Şuşaya atılan “İsgəndər”lərin partlamadığı da qeyd olunur.

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya belə məsələlərdə heç zaman səmimi olmayıb: “Müharibədən əvvəl ”İsgəndər-M" raketlərini ermənilər hərbi parada çıxarıb öyünəndə açıq surətdə deyilirdi ki, erməni silahlı qüvvələrinə aiddir və Rusiyadan verilib. 44 günlük müharibə qurtardıqdan sonra Paşinyanı ən çox ittiham edən Sərkisyan idi. Serj deyirdi ki, “İsgəndər”dən istifadə olunsaydı, belə rüsvayçı məğlubiyyət yaşanmazdı.

Paşinyan isə onun atmacasına cavabında bildirmişdi ki, “Bu necə raketlərdir?! Biz dərhal ondan istifadə etdik, əvvəlcə hədəfi dəqiq vurmadılar, (Şuşanı misal gətirir), sonra oradakı erməni qoşunlarına çıxmağı əmr etdik, həmin raketlər Şuşanın 40-45 kilometrliyinə düşdü və partlamadı”. Paşinyan onu da əlavə etmişdi k, ballistik raketlərdən cəmi 10 faizi partlayıb. Moskva bu açıqlamanı rus silahının gücünə kölgə salmaq kimi qiymətləndirdi və Paşinyanın naşı olduğunu iddia etdilər. Daha sonra ruslar bir az da irəli gedərək, ümumiyyətlə, müharibədə “İsgəndər”dən istifadə olunmadığını bəyan etdilər.

Halbuki Paşinyandan əvvəl, ilk dəfə indi həbsdə olan ermənilərin keçmiş baş qərargah rəisi də söyləmişdi ki, “İsgəndər”dən istifadə etdik, amma qarşı qoyulan məqsədlərə nail olmadıq. İndi isə “İsgəndər”dən istifadənin detalları üzə çıxır. Məlum olur ki, Şuşaya bu raketlərdən ən azı 10 dəfə atıblar. Bu raketlər düzgün hədəflənməyib, onlardan isə yalnız ikisinin hədəfdən xeyi uzaqda partladığı bəlli olub, onun qalıqlarını da ANAMA əməkdaşları tapıblar".

Q.Hüseynlinin fikrincə, bu raketləri bir kənaraq qoyaq, “Skad” tipli raketlərə kasset tipli bomba başlıqlarının qoyulması, onlardan iki dəfə Gəncəyə və iki dəfə də Bərdəyə atılmasına nə demək olar: “Axı kasset tipli bombalar beynəlxalq konvensiyalarla qadağan olunub. Özü də bu silahlardan müharibə zonasında deyil, mülki əhali yaşadığı bölgələrdə istifadə edilib. Üstəlik, insanlar gecə yatdığı yerdə istifadə edilib. Belə davranış insanlığa sığmır”.

Sabiq MTN zabiti, politoloq Ərəstun Oruclu qeyd edib ki, həmin identifikasiya kodu Şuşaya atılmış “İskəndər E” deyil, “M” tipli raketə aid olmasını göstərir: “Belə raket isə Ermənistanda yoxdur və olmayıb. Rusiya istehsalı olan ”İsgəndər"in Ermənistana satılmış versiyası E olub, M tipli “İsgəndər”lər isə yalnız Rusiyanın arsenalındadır. Belə olduğu halda, Şuşaya raketi kimin atması sualının cavabı da öz-özünə tapılmış olur. 

Amma bunun ardınca Bakı üzərində vurulmuş “İsgəndər”in haradan atılması sualı da üzə çıxır.

Bunun da cavabı prinsipcə bəllidir, çünki “İsgəndər E” raketinin maksimum uçuş məsafəsinin 250-280 km arası olması onun hətta Qarabağdan atılmasını istisna edir. Unutmayaq ki, noyabrın 10-da Azərbaycan Ordusu artıq Qarabağın xeyli hissəsinə nəzarət edirdi ki, bu da Bakıdan ən azı 300-330 km-lik məsafə demək idi".

Ə.Oruclunun sözlərinə görə, məlumatlı mənbələr müharibə dövründə Azərbaycan ərazisinə bir neçə “İsgəndər” atıldığını və onlardan 5-6 ədədinin havada zərərsizləşdirildiyini bildirsələr də, hələlik bu haqda rəsmi məlumat yoxdur: “Amma baxır nəyi rəsmi məlumat saymaq olar. Məsələn, Paşinyanın bu raketlərlə bağlı ilk bəyanatı həmin məlumatla təxminən üst-üstə düşür. Demək, düşmən ölkənin baş naziri bir o qədər də yalan danışmamışdı. Onun bəyanatına Rusiyanın isterik reaksiyası da Paşinyanın haqlı olmasına işarə kimi qəbul edilə bilər. Qalır məsələni dərindən araşdırmaq və bunun üçün də ANAMA-nın ortaya qoyduğu və müvafiq foto ilə təsdiqlənən fakta Moskvanın reaksiyası son dərəcə önəmlidir. Moskva isə hələlik susur...”

Hərbi ekspert Tərlan Eyvazov Turan-ın müxbiri ilə söhbətdə bir çox məlumatları araşdırdıqdan sonra "İsgəndər" raketlərinin məhz ermənilər tərəfindən atıldığını iddia edir.

Amma Ukraynalı ekspert Aleksandr Arestoviç Turan-a müsahibəsində bu raketlərin Rusiya qüvvələri tərəfindən Şuşaya bilərəkdən atıldığını deyib. 

O hesab edir ki, raketkər partlamayıb, ruslar "bolvanka", yəni partlayıdıcı olmayan raketlərlə Şuşanı vuraraq, hədəfi dəqiq müəyyən etmək istəyib.

"İsgəndər" raketlərinin qalıqlarının Bakıya gətirilməsinin və mətbuata raketlər atılması barədə xəbərlərin verilməsinin siyasi səbəblərinə gəlincə, bir çox azərbaycanlı şərhçilərin qənaətinə görə, bu addımlarla Bakı və Ankara Rusiyaya aydın mesaj göndərərək, Kremlin hərəkətlərinə göz yummaq istəmədiklərinə işarə edirlər.

Buna nəyin səbəb olduğu aydın deyil... Amma, Bakı raketlərdən istifadə edildiyinin sübutunu təqdim etmək qərarına gəlibsə, görünür, nə isə dəyişib.

"Bunun ətrafında müəyyən siyasi ticarət getdiyi istisna deyil və Azərbaycan geri çəkilmək niyyətində deyil" - deyə, Turan bildirib.

AzPolitika.info

635x100

Şərhlər

GM 2021-04-02 20:44:28

Aleksandr Arestoviçin fikirləri qəbuledilməzdir. Bu adamın qənaətində əsla məntiq yoxdur. Ola bilsin ki, o, bu üsulla rus raketlərinin qüsurlarını maskalamaq istəyir.

HAAQA HERBI TRIBUNALA MURACIET 2021-04-02 18:50:12

Azerbaycanin Bash Prokurorluqu, Mudafiyye Nazirliyi, Dovlet Tehlukesizlik Xidmeti, Ermenistanin Gumru rayonunda yerleshen , Rusiyanin 102 - ci herbi bazasindan, “İsgəndər-M” kompleksindən, Azerbaycana atilan raket barede, RESMI PROTOKOLU TERTIB ETMELIDIRLER ve SENEDLESHDIRILMISH, RESMI MURACIET ile GONDERMELIDIRLER HAAQA HERBI TRIBUNALA va BMT MEHKEMESINE, Rusiya Mudafiye Nazirliyinin , Azerbaycana qarshi HERBI CINAYET TORETDIYININ SUBUT OLUNDUQU ve HOKMEN CEZALANDIRILMASI TELEBININ ICRASINA BASHLANMASI PROSESINE START VERILSIN. Azerbaycan XALQI, bandit putin ve shoyquya SATILMAYIB !!!

Xalq 2021-04-02 18:37:46

Bir olmamış helikopterin vurulmasına görə putin rus qoşununu Qarabağa soxub baza qurdu! İndi zəhmət çəkib desin görək nə üçün bu İskəndər raketlərini atıb üstümüzə? Bu qadağan olunmuş silahı niyə işlədib? Bu suallara cavab versin ruslar!n

VM 2021-04-02 18:00:05

Arasdirilir- melumat-verilecek- ozude-ece-lazimdisa- hec-kim-coreyi-qulagia-yemir- -ruslar-haqqida-lazim -ola.-faktlar-hazir- olaн-kimi-lazimi-miqdarda-онlar-tula-kimi- oraнi-terk-edecekler!

Eli 2021-04-02 16:39:59

Allah Ulu Hüseyn Cavide rehmet eylesin.”Topal Teymur” esarinde Emir Teymur turk sultanı İldırım Beyazidi meğlub ederek qefese salın sarayda kef öeclisi teşkil edir.Meclisin prtasındz birden çılğıncasına üzünü İldırıma tutaraq deyir:Hiç meraq etme xaqanım!Sen bir kor abdal,ben deli bir topal.Eger dünyanın zerre qeder deyeri olsaydı yığın yığın insanlara,ucu bucağı yox memleketlere senin kimi bir kor ve menim kimi bir topal müsellet olmazdı.

Eli 2021-04-02 16:16:24

Rusiyanın siaysi,herbi ve diplomatiya sahesinin rehberlerinin b u hereketleri heç ne ile öüqayise oluna bilmez Bunların bu hereketine baxanda İblis be onun şeytanları öelekşerin en temizi hesab olunmaşıdır.Bu qeder heyasızlıqlardan sonra hele sülhmeramlı kimi meydan sulayır.İnsan me qeder alçaq vicdamsız şerefsiz makişi olmalıdır ki bele işlete gefib özünü ve milletini dünyada cındır kimi gösteresen .Dunya fahişelerin olub hemişe.Ele olmadaydı bu şeyaqetsizler millionlarla insanlara rehberlik edib dünyaya öeydan oxumazdılar.Yeqin ki Azerbaycan qardaş Türkiyye ile bu meselelere aydınşıq getirevekler onda bı iş bizim xeyrimize olmaşıdır

t.ədalət - ə 2021-04-02 15:12:53

Kremlden asili olanlarin hamisi...........və biclik, hiylegerlik, yalanchiliq ile meshquldurlar.

t.ədalət 2021-04-02 11:43:48

Bütün sahələrində taleyimizə atılan daşlar Rusiyadan qaynaqlanır.Rusiyanın hazırladığı casus şəbəkəsi hələ də fəaliyyətdədir.QHT tərəfindən maliyyələşdirilən bu şəbəkə müxtəlif adlar altında fəaliyyət göstərir.Bu şəbəkə ölkəmizin həyatında baş verən müsbət dəyişikliklərin qarşısını almaq üçün daima Rusiyanın kəşfiyyat orqanları ilə ünsiyyətdədirlər.Rus kəşfiyyatının Azərbaycandakı ən etibarlı casus yuvası Respublika veteranlar şurasıdır.

Pasim 2021-04-02 11:42:05

Bu məsələnin iddiliyini nəzərə alsabelə hallar daxili auditoriyada həll edilmir. Faktlarla rəsmi ollaraq.ı Rusiyaya nota verilməli,cavab istənilməli və cavab ictimaiyyətə çatdırılalıdır.İkinci tərəfdən yAzərbaycanın kosmosdakı peykləri niyə bu raketlərin haradan və kim tərəfoindən atıldığı barədə məlumatlara malik deyilik?ıinvasiy

Son yazılar