TİBBİ SIĞORTA: AÇIQ QALAN SUALLAR... – “Bəzi məslələr heç bizim üçün də tam aydın deyil"

Aprelin 1-dən icbari tibbi sığorta bütün Azərbaycan əhalisini əhatə edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, bu gündən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də icbari tibbi sığortanın xidmətlərindən yararlana biləcəklər.

Agentiyin bildirib ki, vətəndaşların 2550 sayda tibbi xidmətdən istifadə etməsi mümkün olacaq. İndiyə qədər bir neçə il müddətində ölkənin regionları, son mərhələrdə isə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb.

"Xidmətlər Zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir",- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib.

Qurum elan edib ki, vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan xəstəxanalarda, orada mümkün olmadıqda göndəriş əsasında başqa yerlərdə göstəriləcək.

Agentlik bildirib ki, vətəndaşlar səhhətlərindəki narahatlıqla bağlı təcili tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlardan təhkim olunduqları ərazi üzrə ailə həkimini seçmələri tələb olunur.

"Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir",- Agentlik bildirib. Göndəriş əsasında xəstəxanalara gedən vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Qurum bildirib ki, ölkədəki pandemiya ilə əlaqədar bəzi xəstəxanalar sırf koronaviruslu xəstələrə xidmət göstərir və buna görə də vətəndaşlar birbaşa dövlət xəstaxanalarına müraciət edə bilir.

Agentlik elan edib ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılıb: "Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır".

Vətəndaşlar və ya işəgötürənlər agentliyin səhifəsindəki kalkulyatordan istifadə etməklə onlardan tutulan pulun məbləğini hesablaya bilərlər.

Vüqar Qurbanov: "İcbari tibbi sığorta ölkə üzrə 3550-dən çox xidməti əhatə edəcək"

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov banker.az-a bildirib ki, başlıca hədəf tibbi xidmətlərin sayını və çeşidini artırmaqdır. İcbari tibbi sığorta ölkə üzrə tam əhatə olunanda 3 550-dən çox xidməti əhatə edəcək. Bu xidmətlər də dəyərindən asılı olmayaraq, həyat üçün vacib olan, sağlam həyat sürmək üçün lazım olan tibbi xidmətlərdir”.

Vüqar Qurbanov daha sonra bildirib ki, sığortalı vətəndaş əvvəlcə yaşadığı ərazidəki tibb müəssisəsinə müraciət etməlidir. Əgər müayinə və müalicəsi orada mümkün deyilsə, Agentliklə müqaviləsi olan bütün tibb müəssisələri – həm dövlət, həm də özəl tibb müəssisəsinə yönləndirilir və tam şəkildə ödənişsiz müalicə və ya əməliyyat edilir. Vətəndaşın şikayəti, onun göndəriləcəyi müayinələr proqram vasitəsilə tibb müəssisəsinə göndərilir.

Bəzi hallarda isə regionda yaşayan vətəndaş paytaxtda olarkən təcili şəkildə tibb müəssisəsinə müraciət etməli olur. Bu halda ona hazırda olduğu ərazidə ilkin tibbi yardım göstərilir:

“Əgər şəxs sığortalıdırsa, onun hansı regionda olmasından aslı olmayaraq, dövlət və ya özəl tibb müəssisəsində Agentliyin ödənişi hesabına tibbi xidməti tam şəkildə ala bilər. Təcili və təxirəsalınmaz hallarla bağlı da xidmət tam şəkildə əhatə olunur və buna görə heç bir ödəniş tələb olunmur. Məsələn, miokard infarktı özü də təcili təxirəsalınmaz tibbi yardım hesab olunur. Bu zaman xəstəyə ilkin tibbi yardım göstərilir. Sonra əməliyyat üçün ixtisaslı tibbi yardımla bağlı müqaviləmiz olan tibb müəssisələrinə və ya TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edərək ödənişsiz şəkildə tibbi xidməti əldə edəcək. Təcili hallar üçün heç bir məhdudiyyət yoxdur. Planlı hallar üçün bütün dünyada olduğu kimi növbəlilik halları var. Ola bilər ki, bəzi vətəndaşların yaşadığı yerdə hansısa xidmətə müraciət çoxdur və orada növbə gözləməyə ehtiyac var. Biz çalışırıq ki, belə hallar olmasın”.

Nə qədər tibbi sığorta haqqı ödənilməlidir? Kimlərin sığorta ödənişlərini dövlət qarşılayır?

V. Qurbanovun sözlərinə görə, İcbari tibbi sığorta layihəsi dövlət tərəfindən həyata keçirilən layihədir: "Biznes layihəsi olmadığına görə, onun həyata keçirilməsində gəlir əldə etmək məqsədi güdülmür. Burada həm də vətəndaşın ala biləcəyi xidmətlər zərfi var. Vətəndaşlara ayrı-seçkilik qoyulmur. Onun hansı işdə işləməyindən, hansı miqdarda sığorta haqqı ödəməsindən asılı olmayaraq, xidmətlər zərfindən eyni qaydada istifadə edə bilər.

Dövlət sığorta haqqı məsələsində daha rahat təkliflə çıxış edib. Belə ki, hamilə qadınlar, uşaqlar, işləməyən pensiyaçılar, ali təhsil alan tələbələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək.

Beləliklə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulması nəzərdə tutulur.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Xidməti müqavilə ilə çalışan vətəndaşlardan da sığorta haqqı əmək haqqı 8 000 manata qədər olan hissəsindən 1% və 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% sığorta haqqı tutulacaq.

Bundan başqa, bir kateqoriya insanlar da var ki, onlar fərdi sahibkar kimi VÖEN-lə fəaliyyət göstərirlər. Onlar üçün də sığorta ödənişi minimal əmək haqqının 4 % həcmindən müəyyənləşib. Yanvarın 1-dən etibarən onlar da ödəniş edəcəklər".

İcbari tibbi sığorta özəl klinikalara da aiddirmi?

Vüqar Qurbanov qeyd edir ki, icbari tibbi sığorta təkcə dövlət deyil, Agentliyin müqavilə bağladığı özəl klinikalarına da aiddir. "Elə xidmətlər var ki, onları dövlət xəstəxanası verə bilmir, ancaq özəl klinikalarda mümkündür. Ona görə də özəl tibb müəssisələriylə müqavilələr imzalanır. Bu klinikaları seçərkən də müəyyən kriteriyalar nəzərə alınır. Məsələn, belə klinikalar daha geniş spektrda xidmət təklif edən klinikalar olmalıdır ki, vətəndaş bütün xidməti əldə edə bilsin.

Vətəndaş ərazisi üzrə dövlət tibb xidmətinə daxil olan tibb müəssisəsinə müraciət edir, əgər həmin tibb müəssisəsində ona lazım olan xidmət mövcud deyilsə, İTSDA-nın, həmin tibb müəssisənin göndərişi əsasında özəl tibb müəssisəsində bu xidməti əldə edə bilər,"-deyə o vurğulayıb.

Adil Qeybulla: ""Kim çox xəstəyə baxdı" söhbəti ortaya çıxsa, xaos yaranacaq"

Tibb elmləri doktoru, prosseor Adil Qeybulla "AzPolitika.info"-ya bildirib ki, ictbari tibbi sığorta sosial müdafiənin mühüm bir elementidir. Onun sözlərinə görə, bu sistem Azərbaycanda ilk təcrübə olsa da, dünya təcrübəsi ortalıqdadır.

Professor hesab edir ki, ilk növbədə əhalinin kateqoriyaları ayrı-ayrı qaydada sığortalanmalıdır. Onların əlində sığorta paketi olmalıdır: "İkincisi, sığorta paketləri müəyyən edilməlidir ki, insanlar ilk növbədə hansı xidmətlərdən istifadə etməlidirlər.

Üçüncüsü, sığorta rejimi müəyyən edilməlidir. İnsanlar, hara, kimə, necə müraciət edə bilərlər. Bu vətəndaşın qeydiyyatda olduğu ərazi, yoxsa yaşadığı ərazi, yoxsa, işlədiyi yer üzrədir.

Sonrakı prinsp əlbəttə həmin paketlərdən nə zaman istifadə edilə biləcəyi ilə bağlıdır. Müddətə gəldikdə, vətəndaş bir il müddətinə sığorta olunur və bu hər il təzələnir. Ümumiyyətlə tibbi sığorta sistemi tətbiq olunursa, insan ömürlük sığortalanır. Sadəcə olaraq, əmək haqqından tutulmalar, büdcədən maliyyələşənlər hesabına sığorta olacaq. Daha sonra əhalinin gəlirsiz hissəsi - tələbələr, təkuşaqlı analar və işsizlər büdcə hesabına sığorta olunurlar. Biznesmenlər və məmurlara da ayrı qaydada sığorta oluanacaqlar. Beləliklə əhalinin bütün təbəqələri sığorta paketindən göstərilən xidmətlərdən istifadə etməlidirlər. Təəssüf ki, bu məsələlər paketdə aydın əksini tapmayıb".

A. Qeybulla hesab edir ki, bu işdə ən böyük problem əvvəlcədən həkimlərin fiks maaşının təyin olunmamasıdır: ""Kim çox xəstəyə baxdı" söhbəti ortaya çıxsa, əlbəttə ki, xaos yaranacaq. Yenə də əvvəlki sistemə qaydacağıq. Belə ola bilməz. Daha sonra cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır ki , insanlar bütün detalları bilsinlər".

Onun sözlərinə görə, hazırda sığorta ilə bağlı çoxsaylı suallar yaranıb onlara mütləq aydınlıq gətirilməlidir.

"Məsələn, hər bir vətəndaş bilməlidir ki, xəstələndiyi halda hara müraciət etməlidir. Yaşayış yeri üzrə poliklinikaya, xəstəxanaya, yoxsa sahə həkiminə? Bütün bunların hamısı detalları ilə insanlara izah olunmalıdır. Təəssüf ki, bu prosesindən əvvəlindən ciddi maarifləndirmə işi aparılnmayıb. İnsanlar arasında çaşqınlığın səbəbləri bununla bağlıdır. Bəzi məslələr heç bizim üçün də tam aydın deyil,"--deyə A. Qeybulla vurğulayıb.

Həkim ən vacib məslələrdən biri kimi ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın təmini və ictimai nəzarətin təmin olunmasını göstərib.

Elçin

"AzPolitika.info"

635x100

Şərhlər

Mahir 2021-04-07 23:14:09

Əli Əhmədovun və onun qohumlarının qurduğu oyuncaq sığorta sistemindən başqa nə gözləyirsiniz ki.... Bu sistem Əli Əhmədova daha çox pul qazandıqmaq üçün qurulmuş korrupsiya sistemidir... Həm İcbari Sığorta Agentliyinin, həm də TƏBİB-in rəhbərliyi Əli Əhmədov qohum-aqrabalarıdırlar

RT 2021-04-03 05:35:40

Bu aciq aydin , reketlikdi((( Pul yuqmaqdi . Bu qerari verende , baxmadilar ? kishidi arvaddi ?

t.ədalət 2021-04-02 14:22:37

Əvvəllər adamlar tapmaca oyunu ilə əylənirdilər.Mobil telefon bu əyləncəni əvəz etdi.İndi icbari tibbi sığorta həmin tapmacaya çox bənzəyir.Əhali ona necə tibbi xidmət göstəriləcəyini bilmir.Hər şey tapmaca kimidir.Xəstə adam sağlam adam kimi bir sıra vəzifələrin icrasına məcbur edilir.Filan yerə get,filankəs səni filan yertə göndərsin-tapmaca deyilmi?Belə getsə əhali bir il də tapmacalara çarə axtaracaq.

Helime(davam) 2021-04-02 12:46:19

Tutalim, keskin appendisitle xeste gelib. Emeliyyati aparmaq uchun hechbir material yoxdur(sap, cuna, yod, dermanlar ve s). Hekim ne etmelidir? Xeste az qalir hekimi oldursun ki, maashimdan sigorta odeyirem, her shey pulsuz olmalidir. Hekim ozu almalidir, beyem? Biz ,hele, sogortaya hazir deyilik. Birmenali. Hele gorulesi chox ishler var. Yalandan, haziriq demekle deyil.Bu meseleler hekimle pasiyenti uz-uze qoyacaq.

Helime 2021-04-02 12:40:56

Tibbi sigorta ile ishlemeyi klinikalardan teleb etmek uchun, klinikalari(dovlet xestexanalarini) tam temir edib, her shey ile tehciz etmek lazimdir. 30 il temir olunmayan, tokulub, geden, xestex-ri dehlizi boyamaqla sigortaya kechirtmek mumkun deyil.

Son yazılar