Menu

“Ramiz Mehdiyev AMEA-nı istədiyi inzibati orqana çevirib” - DEPUTAT

02.04.2021, 18:31
“Ramiz Mehdiyev AMEA-nı istədiyi inzibati orqana çevirib” - DEPUTAT

Milli Məclisdə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunan zaman söz alan deputat Etibar Əliyev bir sıra məmurların Əmək Məcəlləsinin tələblərindən sui-istifadə etdiklərini bildirdi.

Musavat.com-un məlumatına görə, deputat ardınca AMEA prezidenti Ramiz Mehdiyevin fəaliyyətini tənqid etdi: “Ramiz Mehdiyev AMEA-nı istədiyi inzibati orqana çevirib və əmək qanunlarını kobud surətdə pozur. Belə ki Ramiz Mehdiyev özünün qisasçı və inzibatçı iş sistemini AMEA-ya da gətirib. Bununla da əmək qanunvericiliyinin tələblərini kobud sürətdə pozmağa başlayıb.

Xüsusilə də Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən işçiləri işdən azad edir. Bu yaxınlarda da bir institut direktorunu bu bəndlə işdən çıxarıb. AMEA-da da bu işləri keçmiş bir Rasim Ağasiyev adlı polis işçisinə həvalə edib”.

Şərhlər

hüquqşünas 2021-04-03 11:06:07

AMEA-da Əmək Məcəlləsini pozan 1 nömrəli adam kadrlar və hüquq departamenrinin rəhbəri Rasim Ağasiyevdir.

Məkan 2021-04-03 11:00:41

Allah sizdən razı olsun, Etibar müəllim. Hər zaman ən cəsarətli yazıları siz yazırsınız. Var olun!!! Həqiqətən də Rasim Ağasiyev AMEA-nı polis metodu ilə idarə edir.

Ehtiyat 2021-04-03 10:56:31

Ramiz Mehdiyev artıq qocalıb. AMEA-nı idarə etmək iqtidarında deyil. Onun bu halından istifadə edən sabiqlər-Elton Məmmədov, Yasamal RPİ-nin pasport və qeydiyyat şöbəsindən və AMEA-nın Akif Əlizadənin vaxtında kadrlar departamentində qovulmuş Rasim Ağasiyaev akademiyada at oynadırlarlar. Demək olar ki, AMEA Rasim Ağasiyevin idarəçilinə çevrilib. Rasim müəllim orada polis rejimi qurub, hamını əsarət altında saxlayır. Bir sözlə institut direktorlarının qəniminə çevrilib. Bir iki nəfərdən başqa. Məs. Hüquq və İnsan haqları İnsitutundan əməkdaşların göndərdikləri şikayət və ərizələri heç araşdırmır. Aytən Mustafazadənin qanundan kənar hərəkətlərini ört basdır edir. Axı, özü Əmək Məcəlləsinə zidd olaraq adı çəkilən institutda Miqrant və əcnəbilərin hüququ şöbəsinin müdiridir. 2016-cı ildə kadrlar departamentinin müdiri işləyən zaman həmin şöbəni məhz özü üçün təsis etmişdi.

Dadaş 2021-04-02 23:51:27

Rasim Aģasiyevi korrupsiya əməllətinə görə Akif Əlizadə işdən qovmuşdu. Bu rūşvətxor polisi Ramuz Mehdiyev gələn kimi kadr idarəsinə mūdir əvvəlki yerinə bərpa etdi. O da bir bir elmə öz töhfələrini vermiş alimlərə qarşı səlib yūrūşū elan edib.

.EJDER 2021-04-02 22:26:42

aye,malades eceb edir,ha ha ha ,bizde imtiyazli memur yoxdur deyirsiz bes,hiyyy.bu analoqu olmayan hakimiyyetimizin ,,uqurudur,,

Vətəndaş 2021-04-02 18:56:42

Çeviribmi? Onda müdriyyətindən soruş bu qədər deyilən cinayətlərdən,pozuntulardan sonra həbs olunmağı cəhənnəm niyə o işdən azad olinmur? Niyə talançılar həbs olunmur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol