"YOLUXMALAR NƏTİCƏSİNDƏ BİR GÜNDƏ 10 XƏSTƏXANA DOLUR" - "Kafe-restoranlar bağlanacaq, nəticə verməzsə..." + VİDEO

"Koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin". Bunu ARB24-ün "Nə baş verir?” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.

O bildirib ki, gündəlik yoluxma sayındakı artım nəticəsində TƏBİB-in statistikasına əsasən respublikadakı bütün xəstəxanalar korona xəstələri üçün xidmət göstərsə, təxminən 40 min çarpayı ehtiyatı olar: "Bugünkü aktiv xəstə sayı ilə bağlı rəqəmlər onu göstərir ki, biz artıq bu statistikanın yarısını tamamlamışıq. Əksər klinikaların 150-250 nəfərlik çarpayısı var. Gündəlik 2500-ə yaxın insanın virusa yoluxması nəticəsində bir gündə 10 xəstəxana dolur. Belə olan halda isə təbii ki, məcburiyyət qarşısında qapanmalara gediləcək".

Həkim onu da qeyd edib ki, qapanmalar çərçivəsində SMS-icazə sistemi də tətbiq ediləcək: 'Növbəti addım yəqin ki, ənənəvi tədris davam edən universitetlərdə tədrisin dayandırılması, kafe-restoranın bağlanması barədədir. Bu qərarlar nəticəsini verməsə, çox güman ki, daha ciddi addımlar atılacaq, ticarət obyektləri bağlanacaq və SMS-icazə sisteminə keçiləcək".

635x100

Şərhlər

.EJDER 2021-04-05 01:59:12

YALAN DANIWANA LEHNET

MRP 2021-04-04 23:04:42

Bu həkim adi riyazi hesablamanı bilmir.Yoluxanların hamısı xəstəxanaya yerləşdirilmir.Gündəlik sağalanlar və dünyasını dəyişənləri hesaba alsaq 2500 yoluxmadan deyilənlər çıxılsa 1250 nəfər qalır.

Adem 2021-04-04 21:50:26

Rusiyada heç vaxt SMS icazə sistemi tətbiq edilməyib bu virus meydana çıxandan sonra amma onlarda vəziyyət bizdən yaxşıdı.Demeli bu SMS icazə sistemi çıxış yolu deyil eksine SMS icazə sistemi yoluxmanı daha da artırır

Vətəndaş 2021-04-04 20:22:27

Mövsümi qripdir.Korona çıxandan sonra xeyir ola qrip yoxa çıxıb. Ümumiyyətlə bütün xəstəliklır yoxa çıxlb. 2-cidi də Azərbaycan varlı ölkələtə aiddir. Pul verinnnnnnnn..........

t.ədalət 2021-04-04 19:49:27

Axı,müalicə də yoxdur.Tanıdığımız ziyalılar xəstəxanaya düşən kimi ölür.

t.ədalət 2021-04-04 19:19:55

Qapadın.Ancaq camaatın dolanışıq pulunu verin...Qapadırıq-demək asandır.Ancaq əhaliyə pul verməkdən danışan yoxdur.Nə düşübsünüz bu camaatın üstünə?

Son yazılar