Eldar Mahmudovun rəhbərliyi altında işləmiş daha iki generalın – MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin və həmin nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Nizami Şirinovun həbsi sabiq MTN nazirinin nədən hələ də azadlıqda qalmasına dair məntiqi sualı yenidən gündəmə gətirir. Artıq sözügüdən iki general da daxil olmaqla, indiyə qədər Mahmudovun yaxın ətrafından həbs olunan generalların sayı 6-ya çatıb.
Buraya sonradan azadlığa buraxılan MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, eləcə də MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev, MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev, MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov da daxildir. Daha bir xanım general isə şərti cəza alıb.

Ümumilikdə həbs olunan yüksək rütbəli MTN əməkdaşlarının sayı 30-a yaxındır. Eləcə də Mahmudova yaxın onlarla şəxs işdən qovulub. Qovulanlar sırasında Eldar Mahmudovun sayəsində Azərbaycanın ən gənc generallarından biri olan 36 yaşlı general-mayor Vüqar Allahquliyev də var...
Ən əsası odur ki, yuxarıda adları çəkilən və çəkilməyən MTN-çilər ağır cinayətlərdə ittiham olunublar, ortada danılmaz sübutlar, faktlar, çoxlu sayda zərərçəkənlər var. Azərbaycanda bütün bu cinayətlərin nazir Eldar Mahmudovun rəhbərliyi və tapşırığı ilə icra olunduğuna şübhə edəcək qədər sadəlövh adam çətin ki, tapıla. Elə Mahmudovun özü də istintaqa cəlb olunub, ifadə verib. Ancaq bu adam hələ də həbs olunmayıb.

Baxmayaraq ki, MTN rəhbərliyində demək olar həbs olunmayan, ağır cinayətləri üzə çıxmayan kimsə qalmadı. Belədə sual yaranır ki, görəsən daha kim, yaxud kimlər həbs olunmalıdır ki, növbə nəhayət Eldar Mahmudova da çatsın?
Əslində, “nazir yaxşıdır, ətrafındakılar pis” tendensiyası təkcə MTN-ə yox, digər nazirlik və icra strukturlarına da aiddir. Ən yaxın keçmişişimizdə çoxlu sayda buna oxşar nümunə tapmaq olar.
Məsələn, Ramiz Mehdiyevin birbaşa kurasiyasında olan bir neçə icra başçısı həbs olundu, onların uzun illər Prezident Aparatının rəhbərinə “işlədikləri” heç kimə sirr deyildi. Ancaq R.Mehdiyev azadlıqda və Azərbaycan elminin başındadır.

Yaxud, “Rabitə işi”ndə Əli Abbasovun rəhbərlik etdiyi nazirliyin üst idarəetməsində az qala həbs olunmayan məmur qalmadı. Ancaq Əli Abbasov azadlıqda və öz kefindədir.
Ya da olsun XİN-dəki məlum korrupsiya cinayətlərinin üzə çıxması. Rəhbər vəzifəli şəxslər həbs olundu, ancaq təkcə ABŞ-da milyonlarla dollar qiymətində mənzilləri olduğu üzə çıxan Elmar Məmmədyarova kimsə “gözün üstə qaşın var” demədi.
Eynilə də Mədəniyyət Nazirliyindəki məlum korrupsiya cinayətləri, həbslər və sair – Əbülfəz Qarayev azadlıqda və yığdıqlarını xərcləməkdədir.
Hələ son olaraq, Hacıbala Abutalıbovun “sağ əli” sayılan BŞİH-in Aparat rəhbərinin həbsini, sabiq merinsə özünü mələk sifətində təqdim etməsini və “diqqətdən kənarda” qalmasını demirik. Bu siyahıya Ziya Məmmədovu, Fazil Məmmədovu və digərlərini də əlavə edərək, onu xeyli uzatmaq olar.

Mahmudov kimi, elə bu şəxslərlə bağlı da soruşmaq olar ki, onların tabeliyində və ətrafında olanlardan daha kimlər həbs olunmalıdır ki, növbə bunların özünə də çatsın?
Belə çıxır ki, bu adamların hamısı rəhbərlik etdikləri qurumlarda baş verən cinayətlərdən, oğurluqlardan, korrupsiyadan xəbərsiz və bir növ “süddən çıxmış ağ qaşıq” olublar? Əslində, onların Azərbaycanda və xaricdə malik olduqları varidatdan, cah-cəlaldan, bizneslərdən və s. xəbəri olmayan kimsə yoxdur...
Ancaq maraqlıdır ki, sadalanan və siyahı uzun olduğundan sadalamadığımız iri ranqlı məmurlardan fərqli olaraq, yalnız Səlim Müslümov həbsə atılıb. Görəsən qeyd etdiyimiz məmurların nəyi Səlim Müslümovdan artıq, yaxud əskikdir? Müslümov da daxil olmaqla, bu adamların hamısı eyni bezin qırağı deyillərmi? Axı bu adamlar eyni cinayətləri törədiblər, eyni oğurluqla məşğul olublar – biri beş manat az, biri beş manat çox...
Şübhəsiz, ədalət mühakiməsi o zaman əsl mənada ədalətli olur ki, hamıya eyni dərəcədə tətbiq olunur. İndiki halda isə, yəni mahmudovlar, abbasovlar, abutalıbovlar, mehdiyevlər və digərləri azadlıqda öz lyuks həyatlarını davam etdirirlərsə, artıq “haqq-ədalətin bərpası”, “ədalət mühakiməsi” və s. kimi ifadələr öz mənasını itirir və sınıq-salxaq, yarımçıq anlayış təsiri bağışlayır...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Dövlətə xəyanət edəni heç vaxt bağışlamaq olmaz, kimliyindən asılı olmayaraq ?
"Pullar nazir müavini Əli Abdullayevdədir" - Dələduzluqda ittiham olunan sabiq hakimdən etiraf Tarix: Bu gün, 16:32 | Çap et "Pullar nazir müavini Əli Abdullayevdədir" İki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir. Sahil hakim məhkəmədə pulları indiki nazir müavininə verdiyini iddia edir. Musavat.com xəbər verir ki, uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və son olaraq Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir. Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb. L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə ittiham edilir. Sonuncu məhkəmə iclasında L.Nəbiyev pulları indiki nazir müavinlərindən birinə verdiyini deyib. Daha əvvəl günahını etiraf etməyən və özünü qətiyyən təqsirli bilməyən L.Nəbiyev sonuncu məhkəmə iclasında Azad İbrahimovdan alınan 250 min dollara yaxın pulu Rabitə və yüksək texnologiyalar nazirinin I müavin Əli Abdullayevə verdiyini deyib. L.Nəbiyev qeyd edib ki, pulu verən zaman Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində çalışırmış. Bildirək ki, L.Nəbiyev zərərçəkmiş Azad İbrahimovla qohumdur. L.Nəbiyev bu günə qədər iddia edir ki, Azad Ibrahimovdan pul almayıb. Amma sonuncu məhkəmədə 75 min dolları sürücüsü vasitəsi ilə aldığını, qalan məbləğdən də xəbərinin olduğunu deyib. Bildirib ki, pulların hamısı o zaman yaxın münasibəti olduğu Əli Abdullayevə çatdırılıb. L.Nəbiyev ondan tələb edilən pulların Əli Abdullayevdə olduğunu söyləyib. Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub. Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər dəydiyi müəyyən edilib. Lətif Nəbiyev Rüstəm Abdullayevdən iş qurmaq adı ilə pul alıb. Digər zərərçəkmiş Azad İbrahimovla qohum olan Lətif Nəbiyev ondan 247 min 500 dolları Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alıb. “Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var. Lətif mənə deyirdi ki, narahat olma”- deyə Azad İbrahimov açıqlamasında bildirib. Azad İbrahimov söyləyir ki, Lətif Nəbiyev ondan pul alanda Bakı Apelyasiya Məhkəməsində hakim olub. Daha sonra isə Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunub. “Mənə deyirdi ki, həm də Şuşa şəhər Məhkəməsinin sədridir. Mən 2018-ci ildə şikayət etdim. 2020-ci ilin noyabr ayında isə cianyət işi açıldı”- deyə A.İbrahimov söyləyib. Qeyd edək ki, sabiq hakim Lətif Nəbiyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Dövlətimizə öz xidmətləri ilə xəyanət edən məmurarın hamısı həbs olunmalıdır. Görülmüş tədbirlərdən başqalarıda özləri üçün ibrət dərsi götürməlidirlər .
Rabitə işi"ndə sabiq Rabitə Naziri Əli Abbasov demişdir ki, ayda öz müavini Elmir Vəlizadəyə ayda 30 min manat paçet verir.. Ayda 30 min manat paçet alan Rabitə Nazirin müavini Elmir Vəlizadə həbs olunmaq əvəzinə öz kreslosunu qruyub saxlaya bildi, nəyin hesabına ???
Hörmətli Redaksiya, Mətbuat artıq aylardan bəri Nəcməddin Sadıqov, Ramiz Mehdiyev və digər ünsürlərdən yazırlar, bununla da digər ziyanverici satqın-məmur Elmar Məmmədyarov və onun XİN-dəki cinayət ortaqları arxa plana keçməkdədir. Mammedyarov getsə də, onun əlatıları hələ də iş başındadırlar, Elxan Azayaev, Lamiyyə Canəhmədova, Anar Canəhmədov, Leyla Abdullayeva və Huseyn Huseynov (nənəsi ermənidir) cütlükləri, Xalaf Xalafov, Xatirə Qasımova, Araz Azimov, Ramiz Həsənov və digərləri hələ də “köhnə hamamda dəlləkliklə” məşğuldurlar, hər vəchlə islahatlara mane olurlar, onu gözdən salmağa çalışırlar, və erməni-rus koloniyasını himayə etməkdə davam edirlər. Bu qurumu yenidən diqqət mərkəzində saxlamağınızı xahiş edirik.
Biri yazır Əli Abbasov Ramiz Mehdiyevin adamıdır,digəri isə digər bir söz...Həqiqətə gəldikdə isə Əli Abbasov öz ideyasına,işinə bağlı olub,əlindən gələni edib ki,başcılıq etdiyi qurum irəli getsin....
başa düşürəm , qorxursuz ,insafnız və vicdanız olsun ,görürsüz və susursuz ,əhmədləri
Ətraflarının nə haqqı var ki, nazirin gstərişindən kənara çıxsın.Ətraf buyruq qulu olub və nazirlərin cinayətkar göstərişlərini yerinə yetirib və onlara hesabat (qazanc) verib.
Nə dediyinizin fərqindəmisiniz...
Əli Abbasov...HAQQ adamıdır. Onu sakit buraxın... Vicdaninız olsun.
Ramiz Mehdiyev hebs edilmelidir!
Sabiqlərin hamısını Əli Əsədova müşavir təyin etsələr daha ədalətli olar ,onların nəyi Əhməddən əksikdir və ya artıqdır
Yəqin nazirlərin xəbəri olmayıb heçnədən.
pulu az olanlar türmədədir, pulu çox olanların pulu az olanlardan fərqi budur.