ABUTALIBOVUN ƏTRAFINDAKI HALQA DARALIR – Sabiq merə qarşı ittihamedici ifadələr ortaya çıxır

Bir neçə gün əvvəl Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinin sabiq Aparat rəhbəri Rasim Quliyevin həbsi ilə bağlı məlumat yayanda, bu işin bir ucunun da mütləq sabiq Bakı meri Hacıbala Abutalıbova gedib çıxacağı bəlli idi.

Xatırladaq ki, Baş Prokurorluq rəsmi açıqlamasında sözügedən şəxsi Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsinə şərait yaratmaqda ittiham edib. Həmin bəyanatda adı çəkilən şirkətin - “FF-2011” MTK-nın rəhbəri Tamilla İbrahimovanın mətbuata açıqlaması isə bu məsələyə görə birbaşa məsuliyyətin Hacıbala Abutalıbovun üzərində olduğunu, şirkətə qanunsuz icazə verilməsində şəxsən Bakı merinin iştirak etdiyini təsdiqləyir.

T.İbrahimova deyir: “2016-cı ildə tikintiyə başlamaq üçün Bakı meriyasından xüsusi nişan aldıq. Tikinti ilə bağlı yeni dəyişikliklər olduğu üçün mən yenidən müraciət edərək, 2018-ci ildə öncədən istənilməyən “Tikintiyə icazə sərəncamı”nı da aldım. Biz tikintiyə başlayandan sonra Mədəniyyət Nazirliyindən ərazidə tarixi memarlıq abidəsinin olduğuna dair məktub gəldi və mən o məktub əsasında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Bizə şəxsən sabiq mer Hacıbala Abutalıbov tərəfindən bildirildi ki, o ərazidə yeganə tarixi bina keçmiş Basin küçəsindəydi və sürüşdürülüb, başqa heç bir tarixi dəyəri olan memarlıq abidəsi yoxdur. Eyni zamanda qeyd etməliyəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 13.01.2017-ci il tarixli, 7-94/17 saylı məktubunda açıq mətnlə bildirilib ki, bütün söküntü işlərini meriya aparıb...”

Xatırladaq ki, prokurorluğun ittihamında tikinti aparılan ərazidə tarixi binanın olduğu göstərilib. Ancaq şirkət rəhbərinin dediklərindən belə aydın olur ki, Abutalıbov bunu danıb və həmin yerdə tarixi memarlıq abidəsinin olmadığını bildirib. Bununla da təkcə sözügedən şirkəti aldatmayıb, həm də barəsində söz açılan binanın sökülməsinə rəvac verib.

Qanunsuz sərəncama gəldikdə isə, Tamilla İbrahimova bu sənədin imzalanmasından şəxsən Abutalıbovun xəbərdar olduğunu qeyd edir: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən dedilər ki, sənin sənədinə Rasim Quliyev icazə verib, bu doğru deyil. Sual verdim ki, bura kim imza çəkməli idi? Dedilər ki, müavin imzalamalıdır. Onlara bildirdim ki, meriyada imzanı kimin atması Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyətində olan məsələdir və şirkətə aidiyyatı yoxdur. Bizim üçün önəmli olan möhürdür. Bütün sənədlərimizdə Bakı Şəhər İcra Hakimiyyətinin möhürü var. Eyni zamanda bundan narahat olduğum üçün Hacıbala Abutalıbovun qəbuluna getdim. Şəxsən özünə sual verdim ki, Hacıbala müəllim, DŞAK mənə irad tutur ki, sənədə qolu müavin çəkməli idi, aparatın rəhbəri niyə qol çəkib? Hacıbala Abutalıbov izah elədi ki, Rauf Pənahov rəhmətə getdiyi üçün müraciət etdim rəhbərliyə. Mənə göstəriş verildi ki, bu işi müvəqqəti kiməsə həvalə elə. Digər müavinim humanitar məsələlərə baxdığı üçün mən də bu işi müvəqqəti Rasim Quliyevə həvalə etdim. Bu barədə, müvafiq sərəncamım da var. Bundan sonra Hacıbala Abutalıbov mənə həmin sənədi təqdim etdi...”

Nəhayət, T.İbrahimovanın açıqlamasında daha bir maraqlı məqam: “Bu gün bütün qurumlar yaxşı bilirlər ki, mənim bu məsələlərdə heç bir günahım yoxdur. 126 şirkətin adı Korrupsiyada ola-ola, sadəcə, mənim şirkətimin adı hallandırılır, mənin işgüzar nüfuzumla oynanılır.”

Belə çıxır ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatında qanunsuz tikintilərlə bağlı 126 şirkətə aid iş var. Və sözsüz ki, bu işlərin böyük əksəriyyətində BŞİH-in, deməli həm də H.Abutalıbovun adı keçir. Bu isə o deməkdir ki, R.Quliyevə qarşı qaldırılan cinayət işi, sadəcə, aysberqin görünən tərəfidir. Və obyektiv araşdırma aparılacağı təqdirdə daha ağır vəzifə cinayətləri və korrupsiya faktlarının üstü açıla bilər. 

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Aborigen 2021-04-08 12:27:34

Daldan çox yavaş atılan daş...

Məmməd 2021-04-07 22:51:04

Şou davam edir. Millətin pulunu yeyənlərə heç nə olası deyil

t.ədalət 2021-04-07 20:37:38

Hacıbəlanın ətrafı onun 5-7 milyard manat var-dövlət topladığını deyir.Elə bilirəm ki,onu həbs etmək yox,5 milyard manat pul tələb etmək lazımdır.Azad edilmiş ərazilərin bərpası üçün onda yetərincə pul var.Hacıbəla Fiduma ilə birlikdə Binəqədi rayonunda torpaq satmaqla bir-neçə milyard dollar qazanıb.O pulları ondan almaqla Azərbaycanın indiki durumunu düzəltmək olar.

A.Məmmədov 2021-04-07 20:30:00

Bakı şəhər İcra Hakimiyyətində rüşvət sisteminin yaradığısı Hacıbalanın birinci Aparat rəhbəri Əli Hacıyev idi. Ə.Hacıyev, Bakı şəhər İcra Hakimiyyətindəki bütün maliiyə əməliyyatlarını sədri Eldar Yunusov olan İqtisadiyyat Komitəsi vasitəsi ilə aparırdı və Bakı Maliyyə İdarəsini bu prosesdən uzaqlaşdırmışdı. Tikinti işlərinə rəhbərliyi tikintidən başı çıxmayan R.Pənahov aparırdı. Əsas pul yığan “memar” Sədaqət Məmmədova idi. Sonra R.Pənahovu Memarlıq və Şəhərsalma İdarəsinin rəis əvəzi vəzifəsindən çıxardılar və bu vəzifəyə şertyoj çəkən Akif Abdullayevi təyin etdilər. Bu idarəni kənardan başqa bir qadın idarə etməyə başladı. Ə.Hacıyevi B.Fərəcbəyli ilə əvəz etdilər. H.Əliyev sarayının arxasında köçürmə zamanı şəxsi rüşvət oyunu ortaya çıxan kimi onu vəzifəsindən qovub, R.Quliyevi Aparat rəhbəri vəzifəsinə təyin etdilər. R.Quliyev saxta sənədlər düzəltməyi birinci dəfə deyil. Mənim işdən azad edilməyim barədə sərəncamın verilməsi üçün əsas Aparat rəhbəri Rasim Quliyevin mənim barəmdə yazdığı Xidməti məlumat olmuşdur. Xitməti məlumatın üstündə sərəncam hazırlanması barədə Hacıbala Abutalıbov göstəriş yazıb və 13.12.11 tarixi qoyub. Amma Xidməti məlumatın ikinci abzasında yazılan “Qəbulda olarkən” ifadəsi Xidməti məlumatın 13.12.11 tarixdən sonra yazıldığını sübut edir. Çünki Hacıbala Abutalıbovun qəbulunda mən 13.12.11 tarixdə olmuşam. Qəbulda baş verənlər barədə, qəbuldan sonra yazmaq olar. Hacıbala Abutalıbovun diktəsi ilə Xidməti məlumatı yazan Rasim Quliyev öz məlumatına özü də inanmadığından onu Hüquq şöbəsinin müdiri Sani Nəsibova, Qaşqın və məcburi köçkünlərlə iş şöbəsinin müdiri Namiq Məmmədova, Təsərrüfat bölməsinin müdiri Cəfər Hüseynova və Qəbul otağının müdiri Tahir Nəsimova imzalatdırıb. N.Məmmədov və T.Məsimov 13.12.11 tarixdə mənimlə birlikdə hacıbala Abutalıbovun qəbulunda olmamışlar. Mən hesab edirəm ki, bu saxtakarlığa görə Hacıbala Abutalıbov, Rasim Quliyev və xidməti məlumata qol çəkmiş digər dörd nəfər “Cinayət Məcəlləsi”nin 309.1, 313 və 314.1 maddələri(xidməti səlahiyyətlərinin hududlarından acıq-aşkar kənara çıxmaq, vəzifə saxtakarlığı, səhlənkarlıq) ilə cinayət məsuliyyətinə cəlb edilməlidirlər.

Xalq 2021-04-07 19:51:14

Düppədüz.

.EJDER 2021-04-07 18:10:40

aye,bu d..... illerle bizi analoqu olmayan inkiwafa aparef,....

YAP-a sual 2021-04-07 17:57:38

Niyə bu qədər il onun bu cinayətlərini müəəyən edib ölçü götürmürdülər?Bu suallata kim cavab verməıodor?

Son yazılar