ERMƏNİSTAN TARİXİ SEÇİM QARŞISINDA - Forpost kimi qalmağ, yoxsa suveren dövlət olmağı seçəcəklər?

Ermənilərin tarixin əksinə getməsi, regionumuzda nizamı müəyyən edən tarixi, obyektiv, sivilizasiya amillərini nəzərə almaq istəməməsi onların dövlət, yox forpost qurmasıyla nəticələnir.

Zaur İbrahimli

Rusiya prezidenti və Ermənistan Baş nazirinin sonuncu Moskva danışıqları, bunun davamı kimi Putinin azərbaycanlı və türkiyəli həmkarları ilə müzakirələri bir daha göstərdi ki, ermənilər Azərbaycanın qələbə çaldığı 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrini, bölgədəki ümumi vəziyyəti, yeni dünya nizamı şərtlərini düzgün qiymətləndirə bilmirlər. Bu qeyri-adekvat qiymətləndirmə fikrimizcə, aşağıdakı məzmunu ehtiva edir:

  • 1.30 ildə bütün dəyişən şərtlərin fövqündə qalaraq Azərbaycan cəmiyyətinin işğalda qalan torpaqların azad olunmasının son hökumət və hakim siyasi qüvvələrdən əsas tələbi olduğunu Ermənistanda anlamırlar. Azərbaycanın silahlanmasının, müharibəyə daha hazır olmasının subyektiv iradələrin, yaxud xarici təsirlərin deyil, məhz xalqın bu istəyinin nəticəsi olaraq meydana çıxmasını səbəb deyil, nəticə olmasını başa düşmürlər.Hazırda İkinci Qarabağ savaşının nəticələri ilə bağlı hər hansı proseslərdə Azərbaycanın mövqeyini daha çox bu amil müəyyən edir.
  • 2.Azərbaycan cəmiyətinn özünün böyük ölçüdə müsəlman-türk coğrafiyası, tarixi, düşüncəsinin, mədəniyyətinin bir hissəsi kimi dərk etdiyini, gördüyünü, bugünkü proseslərə xeyli dərəcədə özünün yaşadığı tarixi təcrübədən çıxış edərək yanaşdığını başa düşmürlər.

3. Ermənistanda belə səhv qənaət var ki, Rusiya və digər kənar amillərin təsiri ilə Cənubi Qafqazda tarixi nizamı əbədi şəkildə öz xeyrlərinə dəyişə bilərlər. Tarixən Azərbaycan müsəlman-türk sivilizasiyasının şimal-qərb cinahı təmsilçisi, xristian-bizans sivilizasiyasının kəsişmə nöqtəsində - Cənubi Qafqazda aparıcı mövqeyə malik olub. Bu əsrlər boyu, türk-xəzər-oğuz mənşəli xalqların bu coğrafiyada hakim mövqedə qalmasıyla şərtlənir. Kənar təsirlər ayrı-ayrı tarixi dövrlərdə bu nizamı poza bilərlər, bununla belə, yenə tarix göstərir ki, ilk imkan düşən kimi tarixi nizam bərpa olunur. Ermənilərin son iki yüz ildə siyasəti Haushofer, Ratselin irəli sürdüyü, nasist Almaniyasının rəsmi doktrinasına çevrilən “həyat məkanı nəzəriyyəsi”ni əsas götürür. İnkişaf prosesi daha böyük ərazilərə sahib olmağa can atma kimi qəbul edilir. Lakin tarix bu nəzəriyynin nasist Almaniyası, Yaponiya timsalında çağdaş dövür üçün keçərli olmadığını nümayiş etdiri. Hər iki ölkə militarist doktrinadan və keçmişindən tamamilə imtian edərək rihaf və inkişafa nail oldular . İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, bu konsepsiyaya bağlı 30 il yürüdülən, ölkənin resurslarını udan siyasət 44 günə puç oldu.

4. Anlamırlar ki, Ermənistanın kənar qüvvələrin bilavasitə yardımı ilə əldə etdikləri müvəqqəti xarakter daşıyır, qalıcı ola bilməz. Bunun üçün obyektiv amillər yoxdur, ermənilər öz tarixlərini yalnız kağız üzərində dəyişə bilərlər, onların bütün qonşu xalqlara nifrət siyasəti bumeranq effekti yaradır və hər dəfə tarix təkrarlanır, ermənilər ağır məğlubiyyətə düçar olurlar. Tarixi təcrübənin bu qədər inkar edilməsi sonda ağır nəticələrə səbəb olur.

5. Ermənilərin tarixin əksinə getməsi, regionumuzda nizamı müəyyən edən tarixi, obyektiv, sivilizasiya amillərini nəzərə almaq istəməməsi onun 2004-cü ildə Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun ifadə etdiyi kimi dövlət, yox forpost kimi qəbul edilməsiylə nəticələnir. Eyni zamanda Ermənistanın özünün müstəqil dövlət kimi inkişafı dalana dirənir.

Hələ 2015-ci ildə Rusiya Dəmir Yolları şirkətinin rəhbəri V.Yakunin Ermənistanı dalan adlandırmışdı. Ermənistan Azərbaycan torpaqlarına göz dikərkən işğalçı siyasət yürüdərkən özü səssiz işğala məruz qaldı, forpost, dalan və köhnə silahlar anbarına çevrildi. Real iqtisadi parametrləri təhlil edəndə Ermənistana suveren, müstəqil dövlət demək mübahisə doğurur.

6. Ermənilərdə belə yanlış qənaət formalaşıb ki, onların özlərini müsəlman dünyası ilə sərhəddə yerləşən, guya genosidə məruz qalan xalq, ölkə kimi təqdim etməsi, bununla bağlı təbliğatı imkan yaradıb ki, Azərbaycandan daim haqsız güzəşt tələb edə bilsinlər. Beynəlxalq birlikdə isə istisnasız olaraq haqlı tərəf kimi tanınsın.

Bu yanlış qənaətlər, tarixə yanlış baxış ermənilər və bütün region üçün ağır problemlər yaradır. 44 günlük İkinci Qarabağ müharibəsi Ermənsitan cəmiyyətini bu miflər və tarixin yanlış dərk olunması üzərində düşünməyə məcbur etdi. Ancaq son günlər Ermənistanda başlayan müzakirələr göstərir ki, bu proses, tarixi düzgün başa düşmək, mövcud şərtləri düzgün anlamaq, Azərbaycanı doğru anlamaq prosesi çox zaman apara bilər. Bununla belə, İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətini yalnız hərbi müstəvidə, yaxud geosiyasi müstəvidə axtarmağın ermənilər üçün gələcəkdə daha ağır nəticələr törədə biləcəyini izah etmək Azərbaycan üçün də çox vacibdir.

Artıq erməni cəmiyyətinə anlatmalıyıq ki, dahi Hüqonun dahiyanə ifadə etdiyi kimi 19-cu əsrin planlarında Napoleona yer olmadığı üçün o uduzdu və tarix səhnəsini tərk etdi. Ermənilərə anlatmalıyıq ki, 21-ci əsrdə Ermənistan dövlətinin əvvəlki formatda və konsepsiyada, yəni qaçaq-quldur məzmununda mövcudluğu ola bilməz. Cənubi Qafqazda nizam yalnız bu günün şərtləri ilə müəyyənləşmir, dünənimizdə baş verənlər hazırkı reallıqlara ciddi təsir edir.

Yalnız ayrı-ayrı ölkələrin siyasəti həlledici amil deyil, necə ki, 103 il əvvəl bizim coğrafiyanın taleyi həll olunarkən yenə tarixi, obyektiv, sivilizasiya amilləri ön plana çıxdı. Ermənilərin fitnələri sonda onlara qarşı neqativi artırmaqdan başqa bir işə yaramadı. Sovetlərin köməyi ilə haqsız əldə etdikləri torpaqların taleyi də bu gün tükdən asılıdır.

103 il əvvəl olduğu kimi ermənilərin seçimi onlara münasibəti müəyyən edən əsas amil olacaq. Onlar yenə tarixin əksinə getsələr, tarix özü cəzalandıracaq. Forpostdan suveren dövlətə gedən yol ermənilər üçün açılıb. Bu fürsətdən istifadə etməsələr yenə “kupçası” başqasının əlində olan təsərrüfat, hökmü başqasında olan forpost olaraq qalacaqlar.

635x100

Şərhlər

t.ədalət 2021-04-11 13:05:05

ermənilər də daha Rusiyanın köləsi olmaq istəmirlər.

Son yazılar