Menu

Myanmada polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 700 nəfəri ötüb

12.04.2021, 00:40
Myanmada polislə toqquşmalarda ölən mülki şəxslərin sayı 700 nəfəri ötüb

Myanmada təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ölən mülki şəxslərin sayı 701-ə çatıb.

Siyasi Məhbuslara Yardım Təşkilatının yaydığı gündəlik hesabata əsasən, hazırda etirazlarda iştirak edən 3012 nəfər tutularaq saxlanılıb.

Onlardan 656 nəfərə həbs hökmü verilib.

Qeyd edək ki, fevralın 1-də Myanmadakı hərbi çevrilişdən sonra ölkədə etirazlar səngimək bilmir. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol