Menu

“İşdən çıxarılmamışam, məzuniyyətdəyəm” – Elton Məmmədov

14.04.2021, 17:51
“İşdən çıxarılmamışam, məzuniyyətdəyəm” – Elton Məmmədov

Keçmiş deputat, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər idarəsinin müdri Elton Məmmədovun tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı xəbər yayılıb.

Xatırladaq ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin AMEA prezidenti postuna gətirilməsindən sonra keçmiş deputata vəzifə verməsi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olmuş, Elton Məmmədov keçmiş nəqliyat naziri Ziya Məmmədovun qardaşı olduğundan hakimiyyətdən "vurulmuş" oliqarxiyanın Mehdiyevin təşəbbüsü ilə yenidən təşkilatlanması kimi şərhlərə yol açmışdı.

Elton Məmmədov "AzPolitika.info"-ya açıqlamasında məzuniyyətdə olduğunu bildirib. Qeyd edib ki, hazırda AMEA-nın İşlər idarəsinin müdiridir. O, işdən çıxarılması ilə bağlı yayılan xəbərin doğru olmadığını bildirib.

"AzPolitika.info"

Şərhlər

ayrım 2021-04-14 21:59:09

Bunu işdən cixarmaq məzunuyyətə göndərmək nədi aybqardaş bunu və qardaşını onun oğlanlarını dövlətin ən cətin günlərində milyonlarını taladıqlarına görə müharibə qanunlarına görə .... Bir qaziyə pul tapıb sağlamığını bərpa də bilmiyən dövlət ondan oğurlanan milyonlara görə bu tayfanı dərhal həbsə atib ən ağır cəza verməlidir.

Elmi işçi 2021-04-14 19:34:23

Gəlib AMEA-nı xaraba qoydun. Yıģdıqların azmış, AMEA-nı da bazars çevirdin.

Rt 2021-04-14 18:08:35

Ôlene kimi oturun orda (( qetmeyin haaa hecara ,,,,

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol