Arayik Arutyunyan dindiriləcək

Xankəndidəki qondarma qurumun oyuncaq “baş prokurorluğu”nun adından məlumat yayılıb.

Bildirilirki, Araik Arutyunyan (Qarabağ terrorçularının başçısı-M.) qaldırılmış cinayət işi əsasında istintaqa dəvə olunacaq və dindiriləcək. Artıq onun dindirməyə dəvət edildiyi bildirilir. Araşdırılan maddə “konstitusiya quruluşunun devrilməsi”ni, hər hansı normanın ləğvini özündə ehtiva edir.

A.Arutyunyanın konkret nədə günahlandırıldığı, yaxud onun ifadəsindən kimlərə qarşı istifadə olunacağı açıqlanmır. Amma Qarabağdakı terrorçu birləşmələr və onların havadarları anlamaq istəmirlər ki, Azərbacan ərazisində yalnız bir Baş Prokurorluq var və İnterpol xəttilə axtarışa verilmiş A.Arutyunyan da Azərbaycana qarşı cinayətlərinə görə tezliklə cavab verəcək.

635x100

Şərhlər

t.ədalət 2021-04-15 21:46:14

Bütün bunlar Azərbaycan tərəfi aldatmaq üçün Putin tərəfindən qurulan oyundur.

Son yazılar