Menu

Sabah temperatur enəcək: güclü külək və yağış

18.10.2014, 12:52
Sabah temperatur enəcək: güclü külək və yağış

Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u günün ikinci yarısından başlayaraq hava şəraitinin dəyişəcəyi, axşama doğru isə daha da kəskinləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq və axşam daha da şiddətlənəcək.

Arabir yağış yağacaq, gecə saatlarında bəzi yerlərdə intensivləşəcək.

Havanın temperaturunun oktyabrın 19-u günün birinci yarısında 20-25 dərəcə isti təşkil edəcəyi, axşam saatlarından başlayaraq kəskin, 10-12 dərəcə aşağı düşəcək.

Rayonlarda isə sabah oktyabrın şimal və qərb bölgələrindən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı gözlənilir. Oktyabrın 19-dan 20-si gündüzədək güclü qərb küləyi əsəcək.

Havanın temperaturu oktyabrın 19-u axşamdan başlayaraq oktyabrın 20-də ötən günlərlə müqayisədə 8-12 dərəcə aşağı düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol