"VERGİ REKETİNİN" TAMADALIQDAN İCRA BAŞÇISINA UZANAN YOLU – Alimpaşa Məmmədovun qaranlıq DOSYESİ

Dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədov azı 20 ildir ölkədə ən məşhur məmurlardan biridir. Peşəsi tamada olan sabiq icra başçısı ölkədə “vergi-reket sisteminin” yaradıcılarından biri hesab olunur.

Keçmiş vergilər naziri Fazil Məmmədovun "sağ əli" hesab olunan  A.Məmmədov, uzun illər vergi orqanlarında yüksək vəzifələr tutub. Sözün əsl mənasında sahibkarları, dövlət vəsaitlərini çapıb-talayıb, bu "qabiliyyətinə" görə də F. Məmmədovun sevimlisi olub.

Qeyd edək ki, A.Məmmədov Salyan və Şəmkir vergi idarələrinin rəisi olub. Salyanda işləyərkən sahibkarlara divan tutduğuna görə çoxsaylı şikayətlərdən sonra barəsində prokurorluqda cinayət işi başlanıb. Hətta saxlanılıb da. Amma iş bir müddət sonra müəmmalı şəkildə bağlanıb. Fazil Məmmədov bu dəfə onu daha böyük rayona - Şəmkir Vergilər İdarəsinə rəis göndərib. Amma vergi rəisinin bu rayonda o qədər də bəxti gətirməyib.

Şəmkirin o vaxtkı icra başçısı, 3 il əvvəl dünyasını dəyişmiş Aslan Aslanovla onun arasında qarşıdurma yaranıb. Aslanovun Prezident Administrasiyasına davamlı şikayətləindən sonra Fazil Məmmədov onun vəzifəsini dəyişməyə məcbur olub.

Beləliklə, Alimpaşa Məmmədov növbəti dəfə daha yüksək vəzifəyə - Vergilər Nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. O, bu vəzifədə də çox duruş gətirməyib, nazir sevimli kadrını "məsuliyyətli və gəlirli" sahəyə rəhbər göndərib.

Onun Səbail Vergi İdarəsinə rəis olduğu dövrdə Bakının ən bahalı ticarət, iaşə obyektlərindən aylıq "haqqın" miqdarı bir neçə dəfə artırılıb.

Bu da sahibkarlar və onların yüksək ranqlı himayəçiləri arasında ciddi narazılıq yaradıb. A. Məmmədov məmurların müəssisələrini təkrar-təkrar yoxladığına görə yuxarıların qəzəbinə tuş gəlib və nazir bu dəfə dostunu müdafiə edə bilməyib, onu vergi orqanlarından qovmağa məcbur olub.

Bir müddət işsiz qaldıqdan sonra F.Məmmədov yenidən onu reabilitasiya edə bilib. Amma bu "reabilitasiyada" təkcə keçmiş nazir yox, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də mühüm rol oynayıb. Mehdiyevlə isti münasibət qurmağa nail olan A.Məmmədov, qısa müddət sonra Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinə rəis göndərilib.

Bu idarəyə rəhbərlik etdiyi müddəti Alimpaşa Məmmədovun nəhəng pullara sahiblənərək oliqarxa çevrildiyi dövr kimi də qiymətləndirmək olar. Belə ki, o nəzarətində olan bütün ticarət, iaşə, istehsalat obyektlərinə, istirahət mərkəzlərinə böyük "haqq" qoyub. Bu barədə yerli mediada silsilə məqalələr dərc olunub, hətta idarə rəisinin hansı obyektdən nə qədər rüşvət aldığının siyahıları da yayılıb.

A.Məmmədovun qanunsuzluğundan təngə gələn sahibkarlar bir neçə dəfə Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyaları keçiriblər. Amma "güclü əllər" onu müdafiə edib və barəsində hər hansı tədbir görülməyib.

Əksinə, A.Məmmədovun rüşvət yığımında sərgilədiyi performans onun karyera yüksəlişində növbəti dəfə rol oynayıb. Məmmədovu 2012-il də vergi orqanlarının nazirdən sonra ən prestijli postu sayılan Bakı Şəhər Vergilər Departamentinə rəis göndəriblər.

Qeyd edək ki, həmin dövrdə Vergilər Nazirliyinin büdcə qarşısındakı öhdəliklərinin 85 faizi məhz bu Departament tərəfindən toplanıb. A.Məmmədov bu postda çalışdığı iki il ərzində "sahibkarların qənimi" titulunu möhkəmləndirib.

2014-cü ildə isə Ramiz Mehdiyevin və Fazil Məmmədovun dəstəyi ilə Alimpaşa Məmmədovun karyerasınada tamamilə fərqli dövr başlayır.

Mehdiyevin təqdimatı ilə o ölkənin ən böyük rayonlarından biri olan Şəmkirə icra başçısı təyin edilir. Bu tarixdən sonra 200 mindən çox əhalisi olan rayonda sahibkarların "qara günləri" başlayır. Çünki A.Məmmədov vergi orqanlarında qazandığı "təcrübəni" tam gücü ilə Şəmkirdə tətbiq edir.

Bu dəfə təkcə iaşə, xidmət obyektləri, istirahət mərkəzləri deyil, dövlət qurumları da icra başçısının haqq-hesab dəftərində yer alır. İstisnasız olaraq bütün təyinatlar A. Məmmədovun müəyyən etdiyi rüşvət müqabilində həyata keçirilib, bundan başqa maliyyə, təhsil, mədəniyyət və təsərrüfat qurumları aylıq hesab verməyə məcbur edilib.

Bu zaman icra başçısı hamisi Fazil Məmmədovun da üzünə ağ olub, onun obyektlərinə girişir. Amma nazirin sərt təpkisi ilə üzləşir. Bir müddət sonra A. Məmmədov onunla dil tapır və bu dəfə keçmiş nazir özünə məxsus obyektlərin idarə edilməsini də icra başçısına həvalə edir. İcra başçısı onun biznesinin maliyyə, kadr, satış və s. bütün işlərini həyata keçirir.

Məlumatlı mənbə bildirir ki, Alimpaşa Məmmədov Fazil Məmmədovla yaxın olsa da, nazirin özəl işləri, biznesi, xaricə çıxardığı vəsaitlər və sair məsələlərlə bağlı gizli informasiya toplayıb, müvafiq qurumlara ötürüb. Bununla o özünə "dövlətçiliyə sədaqətli məmur" imici yaratmağa cəhd edib.

Ancaq belə görünür, “xidmətləri” onu layiq olduğu sonluqdan xilas edə bilməyib...

"AzPolitika.info"

635x100

Şərhlər

Azpolitikaya 2021-05-04 23:06:34

Xahiş edirik Şəkinin iHB -dan və onun birinci müavinindəndə yazın ki, xalq onların varidatları ilə tanış olsunlar ?

Ş. Bayramov 2021-05-04 11:23:49

XALQ FAZİL MƏMMƏDOVUN HƏBSİNİ GÖZLƏYİR!!!

Cəmil 2021-04-28 12:25:30

.10-20 il yatırlar (bilərəldən ) sonda yalandan əl-ayağa düşürlər ki, vay xəbərimiz olmayıb.Belə sisitem qəsdən qurulmuş,ölkənin zərərinə səbəb olub.İndi də bəziləri,yəni bir çoxları davam etməkdədir.Guya bilmirlər.Yalan!...

Eko 2021-04-28 05:09:05

Mene catmir, Ayqûn kimiler xalq artisti olanda, ûzdeniraqlar televiziyada verlish aparanda , belede olmalididaaa, Xalq artistimiz Ayqun Rôya olanda , memurlarmizda bele olmalidida, Yoxsa dûz demirem ?

Eko 2021-04-28 04:46:48

Mene ele qelir ki, biz dûz yola , hakk yoluna dûshesi deyilik )))..............

elxan 2021-04-27 22:02:08

əslində alimpaşadn da cox sahibkarlara habil məmmədov dahq cox qan uddurub və bunun hesabına özünə milyonlar qazanıb bundan niyə yazıb araşdırma aparılmır

Doctor 2021-04-27 20:31:26

Azpolitika.info saytı bu günə qədər bu məlumatları bilmirdi?.niyə indiyədək yazmirdiz?

Mahmud 2021-04-27 16:44:21

Yaxşı Fazil bunu bəsləyirdi.Bəs bir baxmırdılar ki, bu kimdir. nəçidir,savadı nədir,ağlı necədir?Bu anlaşılmamazlığın günahkarı sistem deyilmi? Deməli köklü dəyişikliyə ehtiyac var.

Zahid 2021-04-27 15:55:23

Zərdab lütfəli adlı bir icra başçısı qoymuşdular 12 il bu kasıb rayonun insanlarının qanını zəli kimi sordu.PA- da da onun əməllərindən hamı xəbərdar idi və Lütvəliyə "Allahın bəlası"deyirdilər.Zərdabda hər kəs onun həbsini gözləyirdi.Amma onu çıxarsalar da indi əlini qolunu sallaya sallaya gəzir.Dedik bundan sonra bir normal icra qoyarlar.Qoydular Amma Lütvəlidən deş detərini--Mərdan Camalovun qoydular.Mərdan da hər gün Lütvəlinin ölənlərinə rəhmət, onu bu rayona göndərənlər isə lənət oxutdurmagı vəzifəsinin icrası hesab edir.Bu başçı seçəndə bunlar kayfda olur nədir? Şirvan şəhərində Mərdan eləmədiyi rəzalət olmadı.İndi nə ahıllar bunu Zərdabda göndərirlər? Bilin: Mərdan puldan ötrü hər kəsi bazarda satar .. Mərdan gələndən bilərəkdən və qəsdən narkomanı, xaini vəzifəyə təyin edir.......Belə idarəetmə olar? Axı bu dəyənəyinə bir başı hökumətə dəyir? Mərdan Yavərim qardaşıdır deyə Hakimiyyət buna dözməli, rəvac verməlidir?

Ədalət-ə 2021-04-27 15:20:37

Kəmalədinin isə prezident olmağını arzulayır.

M.Əsgərov 2021-04-27 15:17:03

kiminsə yaxını, dostu, qohumu, və.s yanaşması ilə deyil,dürüst, vicdanlı, bilik və bacarəqlı adamları vzifələrə təyin etsələr hər şey düzələcək........

İlqar 2021-04-27 14:58:35

Bunlar yırtıcıdırlar.

İlqar 2021-04-27 14:47:00

Bunlarda insanlıq sifəti olmayıb

Roma 2021-04-27 13:54:25

Qəribədir, necə olur ki, uzun illər Vergilər Nazirliyinin tabeçiliyində olan idarələrdə rəhbər vəzifələr tutan, sonralar Nazirin uzun illər müavini və 1-ci müavini olanlar vəzifəcə bir az da böyüyür, Fazil isə az qalır həbsə göndərilir. Belə yanaşmanı mən anlamıram???

Roma 2021-04-27 11:45:53

Bunun bir adına baxın Alimpaşa, yaxşı alim hara, paşa hara?...o ki, qaldı korrupsiya əməllərinə, Fazil Məmmədova kim daha çox pul gətirirdisə o da qabağa gedirdi...

Akif 2021-04-27 10:48:32

Cox teesuf ki, Fazil Memmedovun erazi vergi idare reisleri Fazil cixarilandan sonra da yerlerinde qala bildiler, neinki Alimpawa, FaIzille iwlemiw hemin bu erazi vergi reisleri kicik oliqarxlara cevrile bilibler, bunlardan birini misal gostermek olar, Wemkir vergi idaresinin reisi Fazil Memmedovun sevimlisi Pervin Ehmedov...beleleri hele da var

Roma 2021-04-27 10:38:52

Bunlar, yəni Alimpaşa, Fazil və s. kimiləri Azərbaycan xalqının düşmənləridir...

Ədalət 2021-04-27 10:25:02

XALQ FAZİLİN HƏPS XƏBƏRİNİ ARZULAYİR !

adil 2021-04-27 09:55:44

Allah belasin versin !!!! Qan qussunar !

Veteran 2021-04-27 09:40:47

Bu şox ..... yaramaz adam olub.Köpünü alacaqlar.

Son yazılar