ABŞ gedir, “Əl-Qaidə” qalır – Əfqanıstanı nə gözləyir?

Əfqanıstan hökuməti “Əl-Qaidə” də daxil olmaqla, 20 terrorçu qruplaşmaya qarşı müharibənin ön xəttində olduqlarını söyləyib. Bununla bağlı xəbərdə bildirilir ki, “Əl-Qaidə” Talibanla əlaqəli şəkildə 34 vilayətdən 19-da fəaliyyət göstərir.

“AzPolitika.info” “Afghanistan Times”-a istinadla xəbər verir ki, Əl-Qaidə “Lashkar-i-Cungvi”, “Ansar ul İslam”, Özbəkistan İslam Hərəkatı və digər terrorçu qruplarla da əlaqələrini davam etdirir. Əfqanıstanın kəşfiyyat agentliyi Əl-Qaidənin ölkədəki digər terrorçu qruplarla taktiki, kəşfiyyat və ideoloji kateqoriyalarda əlaqə saxladığını deyib. Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyinin (NDS) direktoru Ahmad Zia Sarac ölkədəki terrorçu qruplaşmalar barədə xəbərdarlıq edib: “Bu, regional və beynəlxalq müharibədir. Bütün məsuliyyəti Əfqanıstan təhlükəsizlik və müdafiə qüvvələrinin üzərinə qoymaq səhvdir, çünki gələcəkdə bütün bölgə bu təhlükə ilə üzləşəcək. Bütün bu təhdidlər üzərində çox gecikmədən birlikdə çalışsaq, yaxşı olar”.

NDS-ə görə, Əfqanıstanda Əl-Qaidənin ərəb dövlətləri, Banqladeş, Birma, Maldiv adaları, Pakistan, Özbəkistan, Qırğızıstan, Çeçenistan və Türkiyədən 400-600 silahlı adamı var.

Bu arada, ABŞ Prezidenti C.Baydenin fevral ayında “biz Üsamə Bin Ladenə qarşı insaflı davrandıq və “Əl-Qaidə”nin terror təhdidlərini zəiflətdik. Artıq əsgərlərimizin 20 illik şücaət və fədakarlıqdan sonra evlərinə qayıtma vaxtı gəldi” açıqlamasına cavab olaraq “Əl-Qaidə” sözçüsü CNN-ə verdiyi müsahibəsində deyib ki, ABŞ-ın Əfqanıstandan geri çəkilmə oyunu sona çatmayıb. O, Amerikanın bütün İslam ölkələrindən getməsini tələb edib.

L.SƏMLA

“AzPolitika.info”

635x100

Şərhlər

Özgür 2021-05-04 20:25:01

XAOS!

Son yazılar